Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
erik Soruşur Yazılma Tarixi:08.04.2017 19:35:05

Mən Ərəbxanov Erik Əlixan oğlu 13 iyul 1999-cu ildə Qusar rayonu Zindanmuruq kəndində anadan olmuşamş. 2016-cı ildə tam orta məktəbi bitirmişəm. 2016-cı ilin aprel ayinda sənədlərimi Heydər Əliyev adina Azərbaycan Ali Hərbi Məktəbinə verdikdə yaşım çatmadığı üçün ərizəm qəbul olunmadi. Bu il 2017-ci ildə 18 yaşım tamam olacaq və mən yenidən sənədlərimi Heydər Əliyev adina Azərbaycan Ali Hərbi Məktəbinə ərizə vermək istədikdə Qusar rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti əsgər getməli olduğumu bildirir. Lakin Heydər Eliyev adina Azərbaycan Ali Hərbi Məktəbin qəbul qaydalarında bildirilir ki, 17 yaşı tamam olan, 20 yaşına çatmayan və mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə, zabit hərbi rütbəsi olmayan, ali hərbi məktəbdə oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər, həmçinin, dövlətlər arası müqavilələrə əsasən xarici ölkələrin hərbi qulluqçuları qəbul edilirlər. Mən də hər bir Azərbaycan vətəndaşı kimi ali tehsil almaq istəyirəm. Yaranmış problemlə bağlı nə etməliyəm.

Bildiririk  ki, 2016-cı ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2017-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
FUAD Soruşur Yazılma Tarixi:08.04.2017 17:25:18

Salam, 22 yasim var bu il univerisiteti bitirib insAllah herbi qulluga getmeliyem, sualim beledir dos qefesimde batiq var meni esgerliye aparacaqlar? birde qeyd edim ki 9 cu sinifde herbi qeydiyyata alinan zaman bu problem uze cixmisdi ve menim mualice olunmagim meslehet gorulmusdu amma o vaxtdan beri hecne deyismeyib( dos qefesimde batiq qalib deyisen bir sey deyil). qabaqcadan tesekkurler.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Əlavə olaraq bildiririk ki, çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən onurğanın deformasiya və funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
RƏŞİD Soruşur Yazılma Tarixi:08.04.2017 12:06:17

Salam men atamin vefatinan soram 3 ayliq muavinetiyle bagli muraciyet etmiwdim size ve muraciyetime cavab vererek bildirmiwdiz ki lazim olan senedler yigilib teqdim olunmalidir xidmetin aparatina 28 03 2017 de senedler verilib ve sizden cox xais edirem muvaminetin odenlimesine tez zamanda baxasiz

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına ünvanladığınız müraciətə baxılmışdir. Məlumat üçün bildiririk ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının üç misli miqdarında müavinət ödənilir. Müavinətin ödənilməsi üçün tələb olunan sənədlər(SHXÇDX rəisinin adına ərizə, ölüm haqda şəhadətnamənin surəti və ölüm haqda şəhadətnaməni verən orqan tərəfindən arayış, dəfn mərasimini təşkil edən şəxs barədə yerli icra orqanı tərəfindən arayış , dəfn mərasimini təşkil edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməlidir.
Fehruz Soruşur Yazılma Tarixi:08.04.2017 00:35:26

Salam men Mahmudov Fehruz Namiq oglu. 1998ci il dekabr 5 de anadan olmusam .Paveskada aprelin 22 ne herbiye caqirilmisam ama hara dusduyumu bilmirem . 9100da mesaj gonderirem deyilir ki bele bir caqirisci yoxdu xahis komeylik elierdiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fehruz Soruşur Yazılma Tarixi:08.04.2017 00:21:47

salam. men aprelin 22-ne herbiye caqirilmiwam ama bilmirem hara duwmuwem 9100-da mesaj gonderirem ancaq deyilirki bele caqiriwci yoxdu.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
ELNUR Soruşur Yazılma Tarixi:06.04.2017 18:56:40

Salam mən sizə işə qəbulla bağlı sənədlərini təqdim etmişəm. Zəhmət olmasa nəticəsi hakda məlumat verərdinizdə.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Kənan Soruşur Yazılma Tarixi:06.04.2017 18:24:20

Salam.men 2 ildir ginekomastiya diaqnozu ile 6 ay muddetinde olmaqla mohlet aliram.bunun mualicesinin olmadigini nezere alaraq men 35 yasina kimi herbi xidmete yararsiz sayilacam ve herbi bileti ancaq 35 yasdan sonra ala biecem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Qədir Soruşur Yazılma Tarixi:06.04.2017 17:21:37

Salam Men herbi biletimi ala bilmirem bununla bagli nece defelerle 012 4930652-53 seferberlik xidmeti ile elaqe saxlamisham helede ishime baxilmayib.vayonkamat deyir hardan yoxlanishdan kecmisen get orlara muraciet ele senin senedivi gondersinler men Siti hospitalda Tibb universitetinin yaninda yoxlamada kecmishem. siti hospitala yaxinlashiram deyir sen kimsen senin isive baxan adam var o gelsin sene biz hec ne deye bilmerik. zehmet olmasa bu meslede mene tez bir zamanda komek edesiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin elektron saytına daxil olmuş müraciətinizdə, hərbi biletlə təmin olunmasında problemlərlə üzləşdiyinizi göstərdiyi halda, məlum olmuşdur ki, Siz, Bakı şəhərində olduğundan Xidmətin Kürdəmir rayon şöbəsinə hərbi biletin alınması üçün öz əminiz oğlunu göndərmisiniz. Xidmətin Kürdəmir rayon şöbəsinin rəisi tərəfindən Sizinlə telefon vasitəsi ilə əlaqə saxlanılıb və çağırışçının şəxsən gəlib, müvafiq sənədlərə imza etməklə hərbi biletin təhfil alması barədə məlumat verilmişdir. Lakin, şəxsən müraciət etməyiniz barədə məlumatlandırıldığınıza baxmayaraq, Siz, bu günə gədər Xidmətin Kürdəmir rayon şöbəsinə müraciət etməmisiniz. 
Elmin Soruşur Yazılma Tarixi:05.04.2017 21:04:02

Salam mene cagiriw 3une gelib Aprel priviziyem ama adim hecyerde cixmir aparmadilar . Nece olacag indi . Bu ay qalacam ki ?

Qeyd eydiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Elman Soruşur Yazılma Tarixi:05.04.2017 10:37:49

Salam. men ayin 3 u yaxinlaşdim voenkamata menim adim gonderilenlerin siyahisinda yox idi. 9100 da gonderirem deyir cagirişci tapilmadi saytivizdaa yoxluyuram eyni şey çagirişci tapilmadi. men ne etmeliyem?

Qeyd eydiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890