Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Etibar Soruşur Yazılma Tarixi:20.04.2017 09:52:53

Soyadımı dəyişdirildikdən sonra hərbi bileti dəyişməliyəmi? Yəni, yeni hərbi bilet almalıyam?

Bildiririk ki, soyadınızda edilən dəyişikliklə bağlı hərbi biletinizin xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər ediləcək və Xidmətin aidiyyəti idarə, şöbə və bölmə rəisi  tərəfindən imzalanaraq möhürlənəcəkdir. Odur ki, mövcud sənədlərinizlə ( şəxsiyyət vəsiqəsi, hərbi bilet ) hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə şəxsən müraciət etməlisiniz.
Nuran Soruşur Yazılma Tarixi:20.04.2017 00:43:47

Salam. Mən 2016 cı ilin oktyabr çaqrışında şikayətim əsasında Lənkəran rayon Mərkəzi xəstəxanasında müayinə olunmuşdum və mənə taxıkardiya , 1 dərəcəli mitral prolaps və mitral prolaps kimi diaqnozlar qoyulmuşdur. Ardından rayon hərbi kamisarlıq elə həmən ay məni bakiya kardioloji instituta təkrar müayənəyə yollamışdır diaqnozlarım təsdiqini tapmışdır və mənə müalicə üçün 6 aylıq möhlət verilmişdir. 2017 ci oıin aprel ayında yenidən çaqırıb kamissiya yoxluyub və yenədə məni xəstəxanaya yollayib 6 ay əvbəl olduqu kimi yene 1 ci dərəcəli mitral prolaps və mitral çatışmamazlıq bununla yanaşı kəskin ifadə olunmuş astonevrotik vəziyət və veqetativ damar distoniyası kimi fiaqnozlar qoyulub. İndi isə mənə kamisarlıqda dedilərki məni ozləri Bakiya TQDK nin binasının yaxınlıqında olan hospitala aparacaqlar və orda herbi qulluqa yararlı olub olmamam hakda qerar qebul edecekler. Səhətimnən əlaqədər uzun yol gede bilmirəm məcburi getdiyim halda 3 4 gun əziyət çəkirəm. Soruşuramki bu axırıncı yoxlanışdı və ya yene meni incideceksiz başka hansisa xestaxanaya yoxıanışa gondereceksiz deyillerki biz bilmirik Bakıdakı kamissiya ola biler yollasın sizden mene yol gostermeyinizi xaiş edirem

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:20.04.2017 00:07:48

Salam Mən Aprel Döyüşləri İştirakçısıyam mən veteran vəsiqəsi necə ala bilərəm və bu barədə hara müraciyyet etməliyəm cox sag olun

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət keçdiyiniz müvafiq dövlət orqanının aidiyyəti komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.
Elmir Soruşur Yazılma Tarixi:19.04.2017 10:50:36

Menim suala cavab yazmadniz xais edirem yazin

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Murad Soruşur Yazılma Tarixi:18.04.2017 22:21:30

20.04.2017 ci ilde çağırış gəlib hara düşdüyümü bilmək istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Emin Soruşur Yazılma Tarixi:18.04.2017 18:13:55

Salam Menim 14 yasim var 2002-ci ilem .Gelen Il meni vaenkamata aparacaqlar hansi goz derecesine qeder olannari aparillar herbi xidmete ? Mumkunse Cavabliyardiniz. Hemdeki Biraz ceplikde var gozumde cox deyil.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elmir Soruşur Yazılma Tarixi:18.04.2017 11:57:55

Salam men sizden xais edirem men Hara dusduyum haqqda melumat veresniz aprelin 22 si gedirem men internet vastesiyle smsle gönderirken cavab yazilmir havax bilnecek Hara dusduyum

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəmiş Soruşur Yazılma Tarixi:17.04.2017 22:45:15

Salamun aleykum. Men öyrənmək istəyirəm hara düşmüşəm zəhmət olmasa cavablandirardız.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Ələskər Soruşur Yazılma Tarixi:17.04.2017 20:50:34

Salam. SHXÇDX-nin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu elektron formada göndərmk istəyirəm. Orada qeyd olunubki Təhsil haqqında sənəd kopiyasın və hərbi biletin kopiyasın müraciəta elektron formada əlavə etmək lazımdı. Amma alınmir. Orada yalniz bir sened elave olunur, ve müraciyti göndər basanda qeyd edirki sənədlər yüklənməmişdi. Nece edim ki mən müraciəti tam formada göndərim. Təşəkkür edirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, yenidən həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə)  qəbulla bağlı namizədliyinizə baxıla bilər.
ELCAN Soruşur Yazılma Tarixi:17.04.2017 17:53:11

SALAM MEN ELCAN BILMEK ISTEYREM KI HANSI HERBI XIDMETE DUSMUSEM 20.04.2017 BU VAXT CAGIRIBDILAR

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897