Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:26.04.2017 18:53:00

Salam,Mənim qardaşım Mustafayev Xəyal Şirzad oğlu Masallı rayon şöbəsindən müayinə olunmaq üçün hərbi qospitala göndərilmişdi.müayinənin cavabı necə olub bilmək olar?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün qardaşınız Mustafayev Xəyal Şirzad oğlunun şəxsi işi ilə birgə Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Röyal Soruşur Yazılma Tarixi:26.04.2017 16:32:14

Salam iyul ayinda yoxsa iyun ayinda cagiris gelecek ve ayin necesi bu sualima cvb veresniz minnetdar qalaram

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Əlavə olaraq bildiririk ki, iyul çağırışına hazırlıq işlərinə may ayından etibarən başlanılır.
Sənan Soruşur Yazılma Tarixi:26.04.2017 11:25:08

Salam.menim dunen yeni 25 aprel 18 yasim tamam oldu cagiris vereqesinde 20si yazilib ama hele ne cagiran var nede hara dusduyumu deyen.bu saytdada axtaranda bele cagirisci yoxdur-yazilir.zehmet olmasa deyerdizde men aprelde gedecem yoxsa iyulda.

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
idris Soruşur Yazılma Tarixi:26.04.2017 01:03:35

Salam.Mən ötən il SHXÇDX yə işlə( həqiqi hərbi xidmət) bağlı olaraq müraciət etmişdim.Qeyd edimki ehtiyatda olan leytenantam.oktyabrin 27-si imtahana çağrıldım ama imtahandan keçmədim.Sualım budurki mən ikinci dəfə yani bu il təkrar imtahan verə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 27.10.2016-cı il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Sənan Soruşur Yazılma Tarixi:26.04.2017 00:01:06

Salam. Bugun yeni 25 aprel 18 yasim tamam oldu men aprel cagirisi herbi xidmete gedecem yoxsa iyul ? cagiris veregesi verilib ama hele hara dusduyum ve ayin necesi gedeceyimi bilmirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Əli Soruşur Yazılma Tarixi:25.04.2017 15:36:05

Salam men ayin 27.04.2017 ad gunumdu və mən 28-si esger gedecem hara dusecem cavab verseniz cox şad olar.Təşəkurlər

bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təyin olunmusunuz. 
Turan Soruşur Yazılma Tarixi:25.04.2017 11:27:18

Salam. Men ise qebulla bagli muraciet etmisdim ve fevral ayinin 2 si imtahan verdim. Muvafiq kecid balini yiga bilmediyim ucun qebul olunmadim. Ve men yeniden hazirlasmisam bu orqanda islemey isteyirem.Ali tesilliyem, Ixtisasim Kompyuter muhendisliyidir. Herbi xidmetdede olmusam. Musbet xasiyetnameynen bitirmisem Herbi xidmeti Bilmek isteyirem 2 ci defe nece imtahan vere bilerem?. xahis edirem mene komek ederdizde .

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 02.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Elvin Soruşur Yazılma Tarixi:25.04.2017 09:26:57

Salam mən Astara rayon səfərbərlikdən 2015 ci ildə kamsiyaya keçməyə çağırılmışam və o vaxtan mənə herbi qosbital 6 ay vere vere meni yubadir həm ürəkdən həmdə dəri xəstəliyim var dəri həkimi hələ xəstə olmağıma baxmayaraq mənə sen sağlamsan deyir baxmayaraq ki mənə dəri zöhrəvi dispanseri 62 c bəndi ilə kağız vermişdi götürüb meni təzədən kamiyaya salıb mənə bu səfərdə ürəkdən alti ay verir men onsuzda urek xestesiyemde ne alti ay verir ki, mənə hərbi bilet vermirlər mən xaiş edirəm araşdırılsın

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işinizlə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Xidmətin Astara rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririq ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq olunduğu halda, Siz hərbi biletlə təmin olunacaqsınız.
Murad Soruşur Yazılma Tarixi:25.04.2017 01:01:23

salam men Memmedov Murad23.06.1996 ci il tevellduluyem , 2013 cu ilde orta mektebi bitirib unverstete qebul olmusam 2017 de yeni bu il bitirmeliydim ama kesrim cixdiqi ucun bitire bilmirem, men bu ay unversteti dondursam meni herbi xidmete aparacaqlar?yoxsa 6 ay mohlet verecekler ? Xais edirem sualimi cavablandirardiz

     Cavab: Bildiririk ki, Siz akademik məzuniyyət götürdüyünüz halda, 2017-ci ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.
Kamran Soruşur Yazılma Tarixi:24.04.2017 21:05:04

Salam men neqodniyam dovlet yoxlanisina Aprelin 5-i girmisem.Bilmek isteyiremki sonuncu Dovlet yoxlanisindan sonra qerar nece gun erzinde cixir tesdiglenir.Tesekkurler

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14890