Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Soruşur Yazılma Tarixi:10.05.2017 15:39:58

Mən snayper kurslarına qoşulmaq istəyirəm.nə etməliyəm kursa qoşulmaq üçün.

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır.Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.  Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən  vətəndaşlar üçün snayper ixtisası üzrə  hazırlıq kursları təşkil edilmir.
Əliağa Soruşur Yazılma Tarixi:10.05.2017 07:06:35

Salam men Xususi Teyinayli Desteye ise duzelmek isteyirem herbi vezifem (manqa komandiri ) rutbem (cavus ) Milli qvardiyanin Fexri Qaravul Boluyunde xidmet etmisem 2013 cu ilde kecirilen paratda istirak edmisem boyum 188 cekim 99 .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməyiniz tövsiyyə olunur.
Elnur Soruşur Yazılma Tarixi:10.05.2017 01:47:31

salam.mən 4-cü kurs telebesiyem.05.05.2017 tarixinde xarici pasport almaq ucun asan xidmete muraciet etmisem.muraciete baxis zamani cagiris menteqesine tehkim edilme haqqinda vesiqede mohletle bagli möhürün olmamasi esas getirilerek meni herbi komisarliga yonlendiribler.herbi komisarliqda ise gecikdiyimi esas getiriller.hemin vaxta kimi ise hemin muesseden bu mesele ile bagli hec bir resmi ve ya qeyri resmi xeberdarliq olunmuyub.mohur vurulmadigi ucun xarici pasport ala bilmirem şbu mesele huquqi yolla nece tenzim olunmalidir?bu meseleni tenzimleyen her hansisa normativ akt varmi?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 25.07.2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Müvəqqəti Təlimat”ın müvafiq bəndinə əsasən, vətəndaşlara təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında qəbul olunur. Əlavə olaraq qeyd edirik ki, təhsilini davam etdirmək üçün çağırışdan hüququ möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən Xidmətin idarə, şöbə və bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər. Həmin arayış təqdim edildikdə, Sizə çağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqədə müvafiq qeydlər aparılacaqdır.  
Kamran Soruşur Yazılma Tarixi:09.05.2017 21:59:35

Salam menim sag dow qefesimde yaniq var ve hereket etmeyime ve fiziki iw gormeyime cetinlik yaradir ve sidetli agrilar verir 2014 cu ilde Cumsud Naxcivanski adina herbi liseye qebul olmaq ucun muraciet etmiwem ve sag dow qefesimde olan yaniga esasen yararsiz sayilmiwam ve qebul olunmamiwam. 16 yasim tamam olduqca herbi qeydiyyata alinmiwam ve komisarliq terefinden ILKIN HERBI QEYDIYYATA ALINMA HAQQINDA vesiqede yararli oldugum qeyd olunub bunun ne qeder duzgun oldugu orgenmek ve dovlet komisiyasina nece muraciet ede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Siz, müddətli həqiqi hərbi xidmətə çağırış zamanı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nicat Soruşur Yazılma Tarixi:09.05.2017 12:24:36

Salam.Neyrodermit diaqnozu qoyulan şəxs hərbi xidmətə yararlı sayılır?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Çağırışçıların dəri və dərialtı toxumaların xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
ÜMİD Soruşur Yazılma Tarixi:08.05.2017 20:21:52

MƏN 1999 CU İL TƏVƏLÜDLÜ ƏDİLOV ÜMÜD ZAHİR OĞLU HAL HAZIRDA AĞDAŞ RAYON CARDAM KƏNDİNDƏ OXUYURAM MƏN 2017 CİLOKTYABR AYINDA HƏRBİ XİDMƏTƏ DÜŞÜRƏM ONA GÖRƏ HARA DÜŞDÜYÜMÜ BİLMƏK İSTƏYİRƏM ZƏHMƏT OLMASA BİLMƏKİSTƏYİRƏM

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar şəxsiyyət vəsiqələrinin nömrələrini mobil telefonlardan 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmələri barədə məlumat öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Bəxtiyar Soruşur Yazılma Tarixi:08.05.2017 18:25:44

Salam, universitetə sənəd vermək üçün möhlət arayışı istəyirlər, qeydiyyatda oldugum rayon deyir bakıdan almaq lazımdır arayışı. Bunun üçün hara müraciət etməliyəm?

Bildiririk ki, sualınızın düzgün cavablandırılması üçün adınızı, soyadınızı, təvəllüdünüzü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını  qeyd etməlisiniz
Nahid Soruşur Yazılma Tarixi:07.05.2017 21:47:21

Salam mənim sol gözumdə problem olduğundan Zərifə Əliyeva adina balnisada olmuşam orada diaqnoz qoyulubki, sol gözdə om göz dibində psipsiyali distrofik ocağlar as yirtiğ aşkar olunub yirtiğlarin biri orta ölçudə digər 2-si balaca delikdir mənə hərbi xidmətə getməyə qanun yol verirmi

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ceyhun Soruşur Yazılma Tarixi:07.05.2017 18:33:40

Universiteti Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə bitirib əsgər gedəcəm, eyni zamanda 2 ildən artıq təşkilat və müəssisələrdə sənədləşdirmə və təşkilatı işlərdə işləmişəm, bu kimi təcrübəmə əsaslanaraq, hərbi xidmətdə rabitəçi və yaxud kargüzarlıq üzrə xidmət etməyim üçün əvvəlcədən yoxsa sonradan müraciət etməliyəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar müddətli həqiqi hərbi xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Röyal Soruşur Yazılma Tarixi:06.05.2017 21:38:35

Salam mən ali tehsilliyem ve tehsilimi bitirdikden sonra ehtiyat zabit olmusam vaxt bitdikden sonra texris olmusam men yeniden herbiye ve yaxud seferberlik ve heqiqi xidmet orqanlarinda ise duzelmek isteyirem xahis edirem mene kimeklik ve ya hara elektron ve yaxid muraciet edeceyimi bildiresiniz avtomobil taqim komandirliyi kursun bitirmisem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələylə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
Cədvəldə sətir sayı :14897