Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Soruşur Yazılma Tarixi:18.05.2017 10:45:50

Salam. 4 cu kurs telebesiyem. Herbi komisarligdan cagriw gelib mene.Hekim muayinesi falan. Indi men Baki weherindeyem qeydiyatda oldugum yer ise Neftcala rayonudur.Hal hazirda imtahanlarim cox oldugunnan gedmemiwem rayona. Bilmey isteyrem ki en gec ne vaxta qeder gede bilerem? Yeni son vaxt ne vaxtdi?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2017-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2017-ci il tarixdə başa çatdırılır.
Ceyhun Soruşur Yazılma Tarixi:18.05.2017 08:19:54

Salam.Hərbi xidmətə bölgü zamanı oğlanların boyu nə kimi əhəmiyyət daşıyır? Hansı boy ölçülərinə üstünlük verilir?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Bu zaman çağırışçının antropometrik göstəriciləri (boy, çəki) onun təyin olunduğu  qoşun növünün tələblərinə cavab verməlidir.
Səfər Soruşur Yazılma Tarixi:17.05.2017 21:39:14

Salam.Men oyrenmek isteyirem ki cagiriscilarin herbi xidmet orqanlarinda (Edliyye,DTX,DQ,DSX ve s) xidmete gonderilmesi hansi shertler ve yaxud kriteriyalar esasinda heyata kecirilir.Evvelceden minnetdaram.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Kamran Soruşur Yazılma Tarixi:17.05.2017 12:21:47

Men snayper kursuna qosulmaq ucun hara muraciyyet ede bilerem?

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır.                                                                                                       Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.  Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən  vətəndaşlar üçün snayper ixtisası üzrə  hazırlıq kursları təşkil edilmir.
Rauf Soruşur Yazılma Tarixi:17.05.2017 08:18:45

Mən 1ci kursam hal hazırda universitetdə oxuyuram.Forma 10 təqdim elədim hərbi mağırış məntəqəsinə .onlar mənə sadəcə 3 ay möhlət yazdılar.Ama mən hələ 2021 ci ilə kimi universitetdə oxuyacam.ama möhlət 2017 ci il iyul ayına kimidi.Soruşduqda dedilərki biz 1 ildən 1 yazırıq. Gərək sizin 2 ci kursa keçdiyinizi bilək sonra yazaq.Ama qrupda digər uşaqlarda 2021 ci ilə kimidi.Universitetin hərbi çağırış hissəsindən soruşanda mənə deyildiki onları belə birşey istəmə hüququ yoxdu biz hər il özümüz yolluyuruq kağızı.indi mən nə etməliyəm Mən İyul ayında ölkə xaricinə çıxacam . Möhlətim iyulun 1 i qutarır bu problem yaradarmı?ona görə uzatmaq istəyirdim vaxtını

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 25.07.2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Müvəqqəti Təlimat”ın müvafiq bəndinə əsasən, vətəndaşlara təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında qəbul olunur. Əlavə olaraq qeyd edirik ki, təhsilini davam etdirmək üçün çağırışdan hüququ möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən Xidmətin idarə, şöbə və bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər. Həmin arayış təqdim edildikdə, Sizə çağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqədə müvafiq qeydlər aparılacaqdır.  
Ələddin Soruşur Yazılma Tarixi:16.05.2017 23:30:50

hansı hərbi hissəyə və ya hansı bölgəyə düşmə məsələləri hansısa aktla tənzimlənir? tənzimlənirsə hansı aktdır?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
ceyhun Soruşur Yazılma Tarixi:16.05.2017 11:33:11

salam.SHXÇDX işə qəbul üçün imtahan varmı

Nəzərinizə çatdırırıq ki, namizədliyinə baxılan vətəndaşların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir, müsabiqədə ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Ceyhun Soruşur Yazılma Tarixi:15.05.2017 17:01:00

Salam.men bilmek isteyirem SDXCDX -ya işə qebul ucun hazirliq vesaitinj hardan ala bilerem?ve bu qurumda iwlemek ucun herbi xidmetde olmaq vacibdir?

Portalın sual-cavab bölümünə daxil olmuş müraciətinizə əsasən bildiririk ki, https://www.exidmet.seferberlik.gov.az/Registration/Create  linkindən istifadə etməklə Xidmətin rəsmi saytında  qeydiyyatdan keçə bilərsiniz.
Turan Soruşur Yazılma Tarixi:15.05.2017 12:58:57

Salam. Men işə qəbulla baglı məktub göndərmişəm poçt vasitəsilə. Aprel ayinin 25 göndərmişəm. Və hələdə cavab gəlməyim. Zəhmət olmasa məlumat vererdizdə bu baredə.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 02.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər göndərilmiş ərizənizə 1650 №-li 16.05.2017-ci il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir.
Aytən Soruşur Yazılma Tarixi:14.05.2017 18:28:39

Salam Men Eldarova Ayten Faiq qizi 1997 ci ilde bakida anadan olmusam 2014 Azerbaycan Maliyye iqtisad kollecine daxil olmusam Asan xidmetdede konullu fealiyyet gostermisem 2ayda is tecrubem var men Bilmek isteyiremki Men seferberlikde islemek isteyirem texnikom tehsilliyem

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Cədvəldə sətir sayı :14897