Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Töhfə Soruşur Yazılma Tarixi:31.05.2017 09:54:04

menim nisanlim semkirde herbi hissededi il yarimligd bu ay 11 ayi tamam oldu 12 ci aya kecirik ama hele mezuniyyete gelmeyib bilmek isdiyirik ne vaxt gelecek ve nece gunluk gelecek

“ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr  tarixli  377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında “ Əsasnamənin 120-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına–müddətli həqiqi hərbi xidmət ərzində - bir dəfə 10 gün müddətinə növbəti məzuniyyət verilir.         Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti məzuniyyətə buraxılmaları barədə xidmət keçdikləri qoşun növünün komandanlığına müraciət etmələri tövsiyə olunur.           
Muxtar Soruşur Yazılma Tarixi:30.05.2017 22:18:59

Oğlum Ağayev Muxtar Mehman oğlunun ne vaxt hərbi xidmətə getməyinin vaxtını və harada xidmət edəcəyini öyrənmək istəyirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  02.06.2017-ci il tarixdə Xidmətin Binəqədi rayon idarəsinə gəlməyiniz tövsiyə olunur.
Muxtar Soruşur Yazılma Tarixi:30.05.2017 21:58:13

Oğlum Ağayev Muxtar Mehman oğlu 03.07.1998-ci ildə Bakı şəhərində anadan olmuşdur.Hal-hazırda Göyçay Dövlət idarəetmə və Texnologiya kolleçinin məzunudur.Bilmək istəyirdik ki, o hərbi xidmətə nə vaxt çağırılacaqdır.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  02.06.2017-ci il tarixdə Xidmətin Binəqədi rayon idarəsinə gəlməyiniz tövsiyə olunur.
Elçin Soruşur Yazılma Tarixi:29.05.2017 20:58:43

Salam. Mən hərbi biletimi itirmişəm və elektron hökümət portalı vasitəsilə(itirilmə haqqında sənəd və işsizlik haqqında arayış) itirilməsi barədə müraciət etmişəm. Orada qeyd olundu ki, 3ün 4ə şəkillə və sənədlərin əsli ilə hərbi çağırış məntəqəsinə müraciət olunduqdan sonra hərbi biletin yenisi veriləcək. onu bilmək istərdim ki, hərbi çağırış məntəqəsinə nə zaman müraciət edim. Əvvəlcədən minnətdarlığımə bildirirəm.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, təkrar hərbi bilet verilməsi ilə bağlı hərbi qeydiyyatda olduğunuz Xidmətin Nizami rayon idarəsinə şəxsən müraciət etməlisiniz.  
Amin Soruşur Yazılma Tarixi:28.05.2017 22:37:11

salam men herbi hiseden 2 aylig esger olarag esebilikden texris olmusam mene Herbi pensiya dusur yoxsa yox?

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarına əsasən,  xəstəliyin səbəb əlaqəsinin hərbi xidmətlə əlaqəli olması təyin edildiyi təqdirdə, müvafiq sənədlərlə  aidiyyəti üzrə qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi Tibbi sosial ekspertiza komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Kamran Soruşur Yazılma Tarixi:28.05.2017 14:46:01

Salam. Mən Sumqayıt şəhər sakiniyəm. Hərbi xidmətdə 2011-2012 illərdə olmuşam. Səhhətimlə əlaqədar hərbi xidmətdən təxris olmuşam. Hərbi biletdə sülh dövründə yararsız müharibə dövründə məhdud yararlı qeyd olunub. Xəstəlik 2c di. Xarici pasportumun vaxtini uzatmaq istəyəndə hərbi biletimdə 2ci dəfə müayinədən keçməlidir qeydi mane olmuşdur. Bununla əlaqədar Sumqayıt şəhər SHÇDXya getdim.odan məni nüayinə üçün Sumqayit şəhər vərəm dispanserinə göndərdilər. Mənə ordan verilmiş rəylə birlikdə SHÇDX təzdən müraciət etdim. Orda baş həkim və digər həkimlər rəyi imzaladıqdan sonra bütün sənədləri arxiv otağına qoydular. Komissiyanın cavabını öyrənmək üçün iyun ayından başlayaraq hər dəfə müraciət etməli olduğumu bildirdilər. Bilmək istərdim bu proses nə qədər müddətə davam edir? Sadəcə mənə bütün bunlar süründürməçilik kimi gəlir. Bəzi xoşagəlməz halları mən qeyd etməmişəm. Bilmək istərdim qanunla bu proses nə qədər çəkir. Artiq bir aydan çoxdur ki mən vaxt itirirəm. Xahiş edirəm bu haqqda mənə məlumat verəsiniz.

Portala daxil olan müraciətinizlə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, hərbi xidmət dövründə xəstəliklə əlaqədar ehtiyata buraxılmısınız. Bu səbəbdən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən müvafiq tibb müəssisəsinə müayinəyə göndərilmisiniz. Tibbi müayinələrin nəticələrinə uyğun olaraq əvvəlki xəstəlik diaqnozunuz təsdiq olunmuşdur. Sağlamlıq vəziyyətinin müayinə aktı Xidmətin Sumqayıt şəhər idarəsinə daxil olduqdan sonra hərbi biletiniz rəsmiləşdirilərək 30 may 2017-ci il tarixdə özünüzə qaytarılmışdır.  
Emin Soruşur Yazılma Tarixi:28.05.2017 11:45:50

Hərbi xidmətə yararsız bileti əldə edənlər yenidən yoxlanılır. ?Yeni herbi xidmete, xidmet edib yarimciq qayidb sigorta alanlarada aitdi bu qanun?? xahis edirem cavab yazardiz

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hərbi xidmət dövründə xəstəliklə əlaqədar ehtiyata buraxılan vətəndaşlar hazırda hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və ya bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən təkrar tibbi şəhadətləndirilməlidirlər.
Amid Soruşur Yazılma Tarixi:27.05.2017 23:29:37

salam, size elektron muraciet yazilib ama helede cavab gelmiyib xahis olunur melumatlandirasiniz meni

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə baxılmışdır.              Bildiririk ki, müraciət etdiyiniz məsələ ilə əlaqədar 31.05.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi portalından Sizə cavab göndərilmişdir. 
Elturan Soruşur Yazılma Tarixi:27.05.2017 22:56:04

Salam iyul cagriücilari hacan bilinecek hansi herbi xitmede duüdukleri xaiü bu barede mene melumat vererdiz

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Kamil Soruşur Yazılma Tarixi:27.05.2017 14:14:21

Salam.4cu kursu bitirdim.iyulda yeqinki esgerliye gedirem. Qrup yoldaslarima muayine ile baqli cagirilis olub voenkamatdan. Ancaq mene olmayib hele.qeyd edimki Sabuncu voenkamat qeydiyyatindayam

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  02.06.2017-ci il tarixdə Xidmətin Sabunçu rayon idarəsinə gəlməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890