Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəqani Soruşur Yazılma Tarixi:17.06.2017 17:18:45

Salam men bu cagiris xidmete gedirem,ali tehsilliyem ve oxuyub zabit olmag isdeyirem nece ede bilerem melumat vererdiz zehmet olmasa,yeni nece aydan sonra oxumaga gede bilerem?

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Sənan Soruşur Yazılma Tarixi:17.06.2017 13:05:20

salam 9100 a mesaj gonderirem alinmir konturda var nə vaxt və necə öyrənə bilərəm hara düşdüyümü?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Ele həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Nurməhəmməd Soruşur Yazılma Tarixi:17.06.2017 00:13:09

Salam, əyər xarici ölkədə magistr pilləsində təhsil almaq istəyirəmsə ,qəbul sənədimin(tərcümə və təstiqini) maksimal nə vaxta kimi müvafiq yerə təqdim edə biləm ki mənə 2 il möhlət versinlər? Çağırışım iyulun 3 di

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Xalid Soruşur Yazılma Tarixi:17.06.2017 00:00:19

Salam.Men iyul ayında əsgər gedəcəm. Bilmek isteyirdimki leytenant olmaq üçün ne etməliyəm neçə il qulluq etməliyəm və birdeki əsgər olanda 1 illik qulluq edib sonra qulluq vaxtI bitir eve qayıdırsan buna leytenant da daxildir? Yoxsa artıq leytenant olduqdan sonra 5 ilden bir ayrı ayrı bölgələrdə xidmət edirsen? Etrafli izah edərdiz də zəhmət olmasa

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Valeh Soruşur Yazılma Tarixi:16.06.2017 22:45:18

Salam, məm magisrtaturaya görə mövlət almışdım amma indi iyulda əsgərlikə getmək istəyirəm.Bunun üçün nə etməliyəm?

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Zaur Soruşur Yazılma Tarixi:16.06.2017 18:46:06

Salam mən sol böyrəyin hipoplaziyası diaqnozu ilə üç dəfə Respublika klinik xəstəxanasına göndəriş almışam. Xəstəxana tərəfindən gələn cavabların 3-də eyni oldugu halda İmişli rayon hərbi kommisarlığı nə məni hərbi xidmətə cagırır, nə də ki hərbi xidmətdən azad edir. Böyrəyin fəaliyyəti var və 8.2 x 3.3 x 1.0 kimi ölçülərə malikdir. Xahiş edirem ki bu məsələ ilə bağlı məni aydınlandırasınız.

Müəyyən olunmuşdur ki 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin İmişli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, əlavə olaraq səhhəti ilə əlaqədar Respublika Klinik Xəstəxanası”na əlavə müayinəyə göndərilmiş və müayinə nəticəsində təyin olunmuş “Sol böyrəyin hipoplaziyası, funksiyanın saxlanması ilə” diaqnozuna müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Siz 2017-ci ilin iyul çağırışına cəlb olunacaqsınız.
Emin Soruşur Yazılma Tarixi:16.06.2017 09:07:41

Salam men berde rayonundan 3 iyul 2017 tarixinde heqiqi herbi xidmete cagrilmisam bilmek isteyrem hara dusmusem mumkunse deyerdiz Emin Memmedov Abbas oglu 19.07.1998 Berde rayon qullar kendi

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.           
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz Bərdə rayon şöbəsinə müraciət edə bilərsiniz.
Elnur Soruşur Yazılma Tarixi:15.06.2017 22:51:01

men hara dusduyumu bilmek bilmek isteyirem

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Ramil Soruşur Yazılma Tarixi:15.06.2017 17:12:34

Bir Daha Salam mene 11 iyula cagiris gelib men bildiyime gore and icme gunune kimi getmeye bilerem ? yoxsa 11 iyulda getmeliyem ?

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Ramiz Soruşur Yazılma Tarixi:15.06.2017 14:48:33

Mən bu il Universiteti bitirirəm.İyul ayında hərbi xidmətə yola düşməliyəm.Mənimlə birlikdə oxuyan digər tələbə yoldaşlarım artıq rayon komisarlıqlarında tibbi müayinədən keçib .Amma mənə hələki çağırış haqqında heç bir məlumat verilməyib .Maraqlanmaq istəyərdim ki , mən iyul ayında dəqiq hərbi xidmətə yola düşəcəm ya yox ? Əgər yola düşəcəyəmsə , bunun haqqında məlumat nə vaxt veriləcək mənə??

 Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  22.06.2017-ci il tarixdə Xidmətin Füzuli rayon şöbəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 15) gəlməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14890