Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əvəz Soruşur Yazılma Tarixi:25.06.2017 11:53:43

salam, mənim çağırış vərəqəmdə 09.06.2017 üçün çağırış gəlib. burada mexaniki sehv olubdu, buna görədə mən çağırışı 09.07.2017 kimi qəbul edə bilərəm? bir digər sualım isə budurki, çağırış vərəqəsində özünüzlə pasport və qeydiyat vərəqənizi götürməlisiniz yazılıbdı, qeydiyat vərəqəsi deyəndə nə nəzərdə tutulur?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz. Digər sualınızla əlaqədar bildiririk ki, Sizin ilkin hərbi qeydiyyata alınma haqqında (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqəni özünüz ilə götürməyiniz tələb olunur.
Kənan Soruşur Yazılma Tarixi:25.06.2017 01:41:25

Salam mən Neftçala rayon hərbi komissarlığı tərəfindən 2 ildir ki yubadiliram və artıq 2 ildir ki məni bir neçə xəstəxanalara göndərirlər dəqiq cavab verilmir xaiş edirəm ki mənə dəqiq cavab verəsiniz.

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Neftçala   rayon  şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına 06.07.2017-ci il tarixdə təqdim olunmusunuz.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Neftçala rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Nizami Soruşur Yazılma Tarixi:24.06.2017 20:58:11

Salam.Məni iyul ayının 21-i Herbi Xidmətə çağrıblar bilmək isteyirəmki mənim xidmət edecəyim herbi hissə ne zaman bilinəcək

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Hüseyn Soruşur Yazılma Tarixi:24.06.2017 16:36:23

Salam.men bu ilin aprel ayinda herbi xidmete getmeliydim.ama 2014cu il noyabr 19da ag ciyer exinakok diaqnozila emeliyat olundum. Meni vayankumatdan hospitala gonderdiler orda dedilerki yararlisan ama emeliyatin ustunden 3 il keçmelidi ona gore de 2018ci ilin yanvar ayinda herbi xidmete gedeceysen. Men isdeyiremki yaxin mudette hec olmsas oktyabir ayinda herbi xidmete gedim. Birde konulu erize yazsam okytabirda gedmey mumkum olacagmi?xahiw edirem Mene bu bardede komeyliy edin. Huseyn abdulayev yasar oglu zaqatala rayon kamisarligi.

Bildirilir ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararlılığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin tələblərinə əsasən müəyyən edilir.             Eyni zamanda nəzərinizə çatdırırıq ki, sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə yararsız olan  vətəndaşların hərbi xidmətə göndərilməsi qanunvericiliyin tələblərinə ziddir.   
Rəşad Soruşur Yazılma Tarixi:24.06.2017 16:35:42

03.07.2017 ci il tarixində hərbi xidmətə çağirilmişam .Hara düşdüyümü necə bilərəm?

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Eltun Soruşur Yazılma Tarixi:24.06.2017 15:58:01

Salam. Mən bilmək istəyirdim ki, hansı hərbi hissəyə düşmüşəm ?

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nizami Soruşur Yazılma Tarixi:23.06.2017 17:22:32

men 2 defedı sualı yazıram amma gostermırsız.mene iyulun 21 ne gelib herbi cagris pavesqamida dunen veribler bilmek isteyrem ne zaman bilinecek hara dusduyum

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Ele həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Ömər Soruşur Yazılma Tarixi:23.06.2017 00:48:08

Salam men Bakalavrı Türkiyede qebul olmuşam ve hemin universitetden qebul mektubnu almışam men nece edim ki mene möhlet versinler ve ne qeder möhlet verecekler mene? Teşekkür edirem.

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin bakalavr səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə  şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Nizami Soruşur Yazılma Tarixi:22.06.2017 23:14:46

SALAM.Meni iyulun 21i herbi xidmete cagiriblar cagiris vereqemi bugun almisam bilmek olar hansi herbi hissede xidmet edeceyim ne vaxt bilinecek?.onceden Tewekkurler

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Ele həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Nizami Soruşur Yazılma Tarixi:22.06.2017 23:10:49

Salam.Men iyulun 21 herbi xidmete cagrilmisam menim hansi herbi hisseye dusduyum ne zaman bilinecek pavesqami bugun almisam vainkomatdan.Tewekurler

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Ele həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Cədvəldə sətir sayı :14897