Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
tural Soruşur Yazılma Tarixi:20.06.2017 19:49:53

salam. qeydiyyatda olduqum rayonun vayinkomatinda ise qebul olmaq ucun ne etmeliyem?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Rəvanə Soruşur Yazılma Tarixi:20.06.2017 14:56:51

Salam. Mənim qardaşım hərbiçi idi gizir vəzifəsində çalışırdı. Onun barəsində cinayət işi açıldı və məhkəmədən cərimə ödəməklə işinə xitam verildi. Bilmək istərdim yenidən hərbiye sənələrin verib yenidən işə qəbul ola bilərmiii...?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən, şəxsin məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir.
Xəzər Soruşur Yazılma Tarixi:20.06.2017 08:20:49

Salam.Men bilmey istiyirdimki.sulhmeramli kimi xidmet etmey ucun hara muraciet etmeliyem ve neynemeliyem

Sülhməramlı Qoşunlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:19.06.2017 23:18:16

Salam ayin 3 u esger gedecem hara duwduyumu qabagcadan hardan oyrene bilerem? qeyd edimki iyulun 3 unedi cagiriwim

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Ele həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Kənan Soruşur Yazılma Tarixi:19.06.2017 13:41:22

Salam mən könüllü olaraq Azerbaycannan kənarda Həqiqi Hərbi Xidmət edə bilərəmmi ? məs. (Əfqanıstanda)

Müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 1997-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılmışdır. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (http://www.mod.gov.az/) müraciət etməyiniz tövsiyə olunur. 
Mirmətin Soruşur Yazılma Tarixi:19.06.2017 11:14:51

Salam, mən hal-hazırda çağırışçıyam. Hərbi xidmət başlayana qədər ölkəni tərk edə bilərəm ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
HÜSEYN Soruşur Yazılma Tarixi:19.06.2017 07:39:43

Men Yolcueyv Huseyn Vilayet oglu iyulun 4du Herbi xidmete cagirilmiwam ve 9100 vesiqemin nomresin gonderdim ama Mene cavab gelmiyib hara duwduyum barede. Xais edirem melumat vererdiz

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Ele həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Kənan Soruşur Yazılma Tarixi:18.06.2017 21:26:21

Salam, Mən xaricdə magistr təhsili almaq üçün universitetlərə müraciət göndərmişəm və müraciətimlə bağlı cavab 26 iyun tarixində açıqlanacaq. İyul çağrışçısıyam və çağırıldığım rayonda tibbi müayinədən keçmişəm, bilmək istəyirəmki 26 iyun tarixindən sonra qəbul olsam və qəbul kağızımı təqdim etsəm hərbi xidmətdən möhlət hüququ ala bilərəm yoxsa gecdir o tarix?

Sualınızla əlaqədar bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Ayxan Soruşur Yazılma Tarixi:18.06.2017 09:46:55

Salam, men kollec (texnikom) eyani tehsil aliram, 2015 ci ilde cagiris gelmişdi, mohlet huququ verildi indi iyul 2017 cagiriscisiyam bilmek isdeyirem men ne qeder xidmet edecem 1 il yoxsa 1il 6 ay. 1 il etmek olur ya nece? Cox isdeyerdim 1 il herbinqulluq kecirdim. Evvelceden Tesekkurler.

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. 
Əvəz Soruşur Yazılma Tarixi:17.06.2017 20:41:16

Salam.Mənə iyul ayının 3 ü çağırış gəlib ve inşallah hərbi xidmətə gedib xitmət etməyi özümə borc bilirəm. Lakin mənim səhətimdə olan bəzi kiçik problemlərə görə 2 ay fizioterapiyaya getmeyim məsləhət olunub həkim tərəfindən. Buna görə mən çağırişa İyul ayının 20 dən sonra gedə bilərəm? Bu legaldı(qanuni).Mümkündürsə qeydiyyatda olduğum vaynkomatdan tələb edə bilərəm? Təşəkkürlər.

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14890