Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Müşfiq Soruşur Yazılma Tarixi:04.06.2017 14:46:51

Seferberlik ve herbi xidmete çağırış üzre dövlet xidmetinde işlemek isdeyirem. Bunun üçün hara ve hansı senetlerle müraciyet ede bilerem?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Rəşad Soruşur Yazılma Tarixi:03.06.2017 22:15:29

Salam Mən İyulda Əsgər gedirəm Bakıda qalıram Milli Qvardiya Düşə bilərəm? Boyum 1.85

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Ramazan Soruşur Yazılma Tarixi:02.06.2017 12:12:46

Salam Meni Xestexanaya Gosderibler Resbulbaniskiye 2gun getmiüem ustunen 1ay kecib vayinkamat bir cavab demir gedecem getmiyecem qubadliyam sumqayitdadi vayinkamat ozum getmey isteyirem konullu

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin sağlamlıq haqqında müayinə aktınız 06.06.2017-ci il tarixdə Xidmətin Qubadlı rayon bölməsinə göndərilmişdir. Aidiyyəti üzrə Qubadlı rayon bölməsinə müraciət etməyiniz tövsiyyə olunur.
isgəndər Soruşur Yazılma Tarixi:02.06.2017 00:19:33

salam Ali təhsillilər hərbi xidmətdə könüllü olaraq leytinant rutbəsin ala bilər?

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Nəsib Soruşur Yazılma Tarixi:01.06.2017 15:57:00

Salamlar. Çox xahiş edirik sizdən bir problemə açıqlama gətirərdiniz. Əvəzov Ümüd Müslüm oğlu, Salyan rayonunun Yeni kənd qəsəbəsindən aprel ayında hərbi xidmətə çağırılmalı idi. Lakin onun guya xəstəliyinin olmasını əsas gətirərək hərbi xidmətə göndərmədilər. İndiki iyul çağırışına da salınmayıb.deyirlər guya gələn ilə qalıb.Valideynlərə Salyan SHXÇDX-dən dəqiq bir söz demirlər ki xidmətə aparmamaqda səbəb nədir.çox xahiş edirik suala dəqiq cavab verəsiniz və e mail adresinə göndərəsiniz.

Müəyyən edilmişdir ki, Əvəzov Ümid Müslüm oğlu Xidmətin Salyan rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”nda qeyd olunmuş müvafiq diaqnoza uyğun olaraq Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsi ilə “1 (bir) il müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir.
Ağarza Soruşur Yazılma Tarixi:01.06.2017 14:08:51

Salam. Men Nəsirov Ağarza Nizami oğlu 4cu kursu bitirirem ve meni 16may tarixinde tibbi yoxlaniwa cagirmiwdilar.Yoxlaniwdan kecdim ve dow qefesi deformasiyasi diaqnizu ile Travmatalogiya inistutuna gonderiw yazildi.23may tarixinde yoxlaniwdan kecdim ama hele vayonkamatdan bir xeber yoxdu. Netice nece oldu ve mene cagiriw ne vaxt geleceyini bilmirem. Xaiw edirem bu haqda melumat veresiniz.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır.               Təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilmədiyi üçün müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması mümkün olmamışdır.
Rasim Soruşur Yazılma Tarixi:01.06.2017 14:07:30

Salam.Mən iyul ayinin 1-i hərbi xidmətə çağırılmışam.Həkim komissiyasının sədri əlimin üstündə adi bir yara olduğuna görə deyir 3-4 gün dəlixanada yatmalısan.bu nə qədər düzgündür?Və dəlixanaya getməsəm nə baş verəcək?

Müəyyən olunmuşdur ki, 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz, Xidmətin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Odur ki, əlavə tibi müayinələrdən keçməyiniz mütləqdir.
Kamran Soruşur Yazılma Tarixi:31.05.2017 23:54:35

Salam,men bilmek isterdim deniz qoşunlarına da aiddir nazirliyin saytındakı ehtiyyat zabit kursları ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portalına daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt, hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məslə ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. 
Ceyhun Soruşur Yazılma Tarixi:31.05.2017 23:35:29

Salam. SHXÇDX-i dövlət qulluğu kateqoriyasına daxil edilib? Əgər edilibsə bu yerli idarə, şöbə və bölmələrdə çalışan mülki işçilərədə şamil ediləcək? Yəni onlarda dövlət qulluğçusu statusu daşıyacağlarmı? Xahiş edirəm sualımı ətraflı cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında”  Əsasnamənin 1.7-ci bəndinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin kadr tərkibi hərbi qulluqçulardan və işçilərdən (dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan mülki işçilərdən) ibarətdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmus “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat strukturu”na əsasən, dövlət qulluqçusu olan mülki işçilərin kadr tərkibi yalnız Xidmətin Aparatında müəyən edilmişdir.
Emil Soruşur Yazılma Tarixi:31.05.2017 20:25:16

Salam. Mən ehtiyat zabit kursunu keçərək leytenant rütbəsini almışam və 2008-2010-cu illərdə zabit olaraq hərbi xidmətdə olmuşam. Hərbi xidmət müddətində müvafiq olaraq maaş almışam və aldığım maaşdan Dövlət Sosial Müdafiə Fonduna tutulmalar olub. Belə olan təqdirdə zabit kimi xidmət etdiyim 1 il 6 ay (18 ay) müddət mənim sosial sığorta stajıma da aid edilməlidir. Amma belə bir problem yaranıb ki, mənim əmək kitabçam hərbi xidmətdən sonra açılıb və əmək kitabçamda hərbi xidmət müddətim aid edilməyib. Hazırda işlədiyim idarədə də əmək kitabçasında qeydiyyat olmadığı üçün problem yaranıb. Bu barədə soruşduqda bildirdilər ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən əmək kitabçamda müvafiq dövrə dair qeydlərin aparılmalıdır. Mən özüm Qaradağ rayonunda uçotdayam. Sualım isə belədir ki, bu barədə mənə necəsə köməklik edə bilərsinizmi? Rayon şöbəsində əmək kitabçamda qeydiyyat apara bilərlərmi? Sualım anlaşılmayan olarsa, çox xahiş edirəm, 0506840647 nömrəsi ilə mənimlə əlaqə saxlayasınız. Öncədən minnətdaram. Hörmətlə.

Bildiririk ki, əmək kitabçanızda hərbi xidmət müddətinin qeyd edilməsi ilə bağlı aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissəyə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14890