Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Təbriz Soruşur Yazılma Tarixi:27.05.2017 11:48:54

Mən bilmək istəyirəm ki, uzaqgörmə zəifliyi minimum neçə olmalıdır ki (məsəl üçün -4 və ya -3) mən hərbi xidmətə yararlı sayılım?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Əlavə olaraq bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Vaqif Soruşur Yazılma Tarixi:26.05.2017 17:09:40

Salam. Mən 3il müddətində ehtiyyata alınmışdım.indi ehtiyyatdan düşdüm. Rayon Səfərbərlik idarəsindən bildirdilərki mən Bakı şəhərində elavə bir komisiyadan keçməliyəm.bu komisiyanın vaxdl dəqiq bilinmir. Dedilərki biz vaxdını dəqiq bildirəcəyik. Həmin komisiya mənim universitet imtahanı ilə üst-üstə düşsə nece olacaq? Onun vaxtını dəyişə bilərəm?

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır. Məktubunuzda göstərilən məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) çağırış komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.  
Aydın Soruşur Yazılma Tarixi:26.05.2017 14:39:58

Salam. Xahiş edirəm tez bir zamanda cavablandırın. Mən Naxçıvanda yaşayıram yoxlanışlarda EKQ-də ürək döyüntüsü çox çıxıbdı. Məni göndərdilər Naxçıvandakı kardioloji bölməyə. Orda qan analizlərim, Exo yoxlanışında ürəyim tamamilə sağlam çıxdı və heç bir problemin olmadığını dedilər. Gətirdim aktı verdim hər kəs sonradan qospitalda yoxlanışa getdiyi halda məni Bakı şəhərinə yoxlanışa göndərmək istəyirlər məcburi yoxsa oktyabra saxlıyacıyıq deyirlər. Bu nə dərəcə düzgündür mən sağlam insanam bu nə etdikləri nə anlam verir ya nə səbəbi var bunun? Sizdə elə bir qanun var ki Bakıya yoxlanışa göndərilməliyəm? Mən qospitalda yoxlanışda olmadan məni Bakıya göndərirlər. Mənim pulum yoxdu etdikləri haqsızlığa görə borc edib Bakıya niyə gəlməliyəm ki? Həm bu dövlətin işidi mən öz büdcəmdən 1 manat da xərcləməli deyiləm. Xahiş edirəm köməkliyinizi göstərin, nə etməli olacağımı deyin.

Bildiririk ki, Siz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz şöbəsində qeydiyyatda olduğunuz üçün qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə muraciət etməyiniz tövsiyə olunur.
Amid Soruşur Yazılma Tarixi:26.05.2017 11:34:38

salam. size elektron muraciet yazmisdiq ama hele cavab gelmeyib. xahis olunur cavablandirasiniz.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə baxılmışdır.              Bildiririk ki, müraciət etdiyiniz məsələ ilə əlaqədar 31.05.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi portalından Sizə cavab göndərilmişdir. 
ceyhun Soruşur Yazılma Tarixi:26.05.2017 09:25:52

salam. mən işlə bağlı sənədlərimi poçt vastəsi ilə göndərmişəm. imtahanlarln nə vaxt olacaqını öyrənmək istərdim. Təşəkkür edirəm

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Sizin barədə (poçt vasitəsilə) heç bir səndə daxil olmamışdır.
Məhəmməd Soruşur Yazılma Tarixi:25.05.2017 21:24:51

Salam Azərbaycanda Doktoranturaya daxil olanda Hərbi Xidmətə getməmiş olsan belə Hərbi Bilet verilir və xidmətdən azad edilir. Soruşmaq istəyirəmki Bu Xarici Ölkədə Universitetdə Doktoranturaya qəbul olandada edilmirmi? Yoxsa ancaq Azərbaycanda Doktoranturaya qəbul olanda elmi işçi kimi Hərbi Bilet verilir?

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər və hərbi biletlə təmin olunurlar.   Əlavə olaraq qeyd edirik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət bir dəfə verilir.
Amin Soruşur Yazılma Tarixi:24.05.2017 19:20:34

Salam mən Hacıqabul rayon qeydıyyatındayam. Mən öz hərbi biletimi. İtirmişəm bunun. Üçün nə etməliyəm mənə köməklik. Edərdınız

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, mövcud qanun-vericiliyə uyğun olaraq, itirilmiş hərbi biletin əvəzinə yeni hərbi bilet tələb olunan təsdiqedici sənədlər əsasında verilir. Odur ki, qeyd olunan məsələ ilə bağlı Sizə köməklik göstərilməsi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Müşfiq Soruşur Yazılma Tarixi:24.05.2017 13:39:36

salam Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində işlə təmin olunmaq isdəyirəm. Bunun üçün nə etməliyəm? Ali təhsilliyəm, Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət etmişəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Amin Soruşur Yazılma Tarixi:24.05.2017 09:36:08

Salam mən Aslanov Amin Rövşən oğlu Hacıqabul rayon. Qeydıyyatındayam. Mən özmə məxsus hərbi biletimi. İtirmişəm Xahiş edirəm mənə hara müraciət. Etməli olduğum barədə məlumat. Verərdiniz

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, mövcud qanun-vericiliyə uyğun olaraq, itirilmiş hərbi biletin əvəzinə yeni hərbi bilet tələb olunan təsdiqedici sənədlər əsasında verilir. Odur ki, qeyd olunan məsələ ilə bağlı Sizə köməklik göstərilməsi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Ağarza Soruşur Yazılma Tarixi:23.05.2017 14:31:51

Salam.Mən hərbi tibbi kamissiyadan kecmişəm ve məni döş qəfəsi deformasiyasi ilə əlaqədar Travmatologiya inistutuna göndərdilər.Orda 15 dərəcəlik onurğa əyriliyi (2ci derəcəli skolioz)olaraq diaqnoz qoyuldu. Lakin hecbir şikayətim yoxdur və qalan bütün müaiyənələr qaydasındadır. Mən indi bilmək isteyirəm mən hərbi xidmətə yararlı olaraq əsgər gedə bilərəmmi?Yani bir problem olmazki?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
Cədvəldə sətir sayı :14890