Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Amid Soruşur Yazılma Tarixi:26.05.2017 11:34:38

salam. size elektron muraciet yazmisdiq ama hele cavab gelmeyib. xahis olunur cavablandirasiniz.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə baxılmışdır.              Bildiririk ki, müraciət etdiyiniz məsələ ilə əlaqədar 31.05.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi portalından Sizə cavab göndərilmişdir. 
ceyhun Soruşur Yazılma Tarixi:26.05.2017 09:25:52

salam. mən işlə bağlı sənədlərimi poçt vastəsi ilə göndərmişəm. imtahanlarln nə vaxt olacaqını öyrənmək istərdim. Təşəkkür edirəm

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Sizin barədə (poçt vasitəsilə) heç bir səndə daxil olmamışdır.
Məhəmməd Soruşur Yazılma Tarixi:25.05.2017 21:24:51

Salam Azərbaycanda Doktoranturaya daxil olanda Hərbi Xidmətə getməmiş olsan belə Hərbi Bilet verilir və xidmətdən azad edilir. Soruşmaq istəyirəmki Bu Xarici Ölkədə Universitetdə Doktoranturaya qəbul olandada edilmirmi? Yoxsa ancaq Azərbaycanda Doktoranturaya qəbul olanda elmi işçi kimi Hərbi Bilet verilir?

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər və hərbi biletlə təmin olunurlar.   Əlavə olaraq qeyd edirik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət bir dəfə verilir.
Amin Soruşur Yazılma Tarixi:24.05.2017 19:20:34

Salam mən Hacıqabul rayon qeydıyyatındayam. Mən öz hərbi biletimi. İtirmişəm bunun. Üçün nə etməliyəm mənə köməklik. Edərdınız

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, mövcud qanun-vericiliyə uyğun olaraq, itirilmiş hərbi biletin əvəzinə yeni hərbi bilet tələb olunan təsdiqedici sənədlər əsasında verilir. Odur ki, qeyd olunan məsələ ilə bağlı Sizə köməklik göstərilməsi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Müşfiq Soruşur Yazılma Tarixi:24.05.2017 13:39:36

salam Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində işlə təmin olunmaq isdəyirəm. Bunun üçün nə etməliyəm? Ali təhsilliyəm, Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət etmişəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Amin Soruşur Yazılma Tarixi:24.05.2017 09:36:08

Salam mən Aslanov Amin Rövşən oğlu Hacıqabul rayon. Qeydıyyatındayam. Mən özmə məxsus hərbi biletimi. İtirmişəm Xahiş edirəm mənə hara müraciət. Etməli olduğum barədə məlumat. Verərdiniz

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, mövcud qanun-vericiliyə uyğun olaraq, itirilmiş hərbi biletin əvəzinə yeni hərbi bilet tələb olunan təsdiqedici sənədlər əsasında verilir. Odur ki, qeyd olunan məsələ ilə bağlı Sizə köməklik göstərilməsi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Ağarza Soruşur Yazılma Tarixi:23.05.2017 14:31:51

Salam.Mən hərbi tibbi kamissiyadan kecmişəm ve məni döş qəfəsi deformasiyasi ilə əlaqədar Travmatologiya inistutuna göndərdilər.Orda 15 dərəcəlik onurğa əyriliyi (2ci derəcəli skolioz)olaraq diaqnoz qoyuldu. Lakin hecbir şikayətim yoxdur və qalan bütün müaiyənələr qaydasındadır. Mən indi bilmək isteyirəm mən hərbi xidmətə yararlı olaraq əsgər gedə bilərəmmi?Yani bir problem olmazki?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
RƏŞAD Soruşur Yazılma Tarixi:23.05.2017 10:48:39

salam men saytda qeydiyatdan kecib is ucun muraciet etmek isteyirem.qeydiyyatdan kecdim ama portala gire bilmirem.mailime tesdiq ucun hec bir seyde gelmiyib yeniden qeydiyatdan kecmey isteyende deyir qeydiyyatdan artiq kecmisiz.ama giris ede bilmirem.mene komey ede bilersiz?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portalına daxil olmuş müraciətiniz tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, portala daxil olmaq üçün e-mail ünvanınızı daxil etməklə yeni şifrə əldə edə bilərsiniz. E-mail ünvanınızı daxil etdikdə yeni şifrə Sizin elektron poçtunuza göndəriləcəkdir. 
Nadir Soruşur Yazılma Tarixi:20.05.2017 18:33:11

Salam, bize qardasimin tekrar tibbi muayineden kecmesi ucun cagiris vereqesi gelib amma qardasim burada yasamir rosiyyadadir ve gelib getmeye imkani yoxdur.sizden xaisim budurki yol gosteresiniz ki biz ne edek?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, müraciətinizdə qardaşınızın adı, soyadı, atasının adı, təvəllüdü və hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və ya bölməsi dəqiq göstərilmədiyi üçün barəsində araşdırma aparmaq mümkün olmamışdır.             Qeyd edirik ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qoca Soruşur Yazılma Tarixi:20.05.2017 15:42:21

Zehmet olmasa menimde sualıma cavab vererdiz,men esgerliye getmek üçün ,aprel ayı qospitalda müayineden keçmişem mene 66c diaqnoz yazıblar 3 il möhlet,mende gedib bawqa yerde müayineden keçirem mende ele bir şey yoxdu,men kime müraciyat eliyim bununla baglı

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Cədvəldə sətir sayı :14897