Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
KƏKLİK Soruşur Yazılma Tarixi:08.06.2017 19:10:09

Mən Sərdarov Tural Ramis oğlunun xalasi sizdən xahiş edirəm Sərdərov Tural hər iki valideynini itirdiyinə və evin tək övladı olduğuna hərbi xidmətini nəzərə alasınız.Bu haqda zəhmət olmasa məlumat verardiniz.Əvvəldən təşəkkürlər.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.  
Kamran Soruşur Yazılma Tarixi:08.06.2017 15:37:03

Salam. Hərbi xidməti səhhətimdə yaranmış promleblə bağlı yarımçıq başa vurmuşam, 3 aya yaxın qospitalda yatmışam, hərbi biletdə xəstəliklər cədvəlinin 2ci qrafasının 2c maddəsi üzrə sülh dövründə hərbi xidmətə yararsız, hərbi dövrdə məhdud yaralı sayılıb, bilmək istərdim mənə pensiya düşürmü? Və hansı əllillik kateqoriyasına aid edilirəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portalına daxil olmuş müraciətinizə əsasən bildiririk ki, pensiya təminatı əlillik təyin olunduqdan sonra sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin səbəbləri, habelə başvermə müddətinin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti daxilindədir. Odur ki, qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. 
Anar Soruşur Yazılma Tarixi:07.06.2017 19:18:03

Salam,mənim oğlum bu il universiteti bitirir.Magistraturaya imtahan verib İ və İİ turu keçib,demək olar ki, qəbul olub. Sebail rayonu xidmətə çagiriş idarəsi ona çagiriş vərəqi göndərib,oglum da ora gedib hətta tibbi müayinədən keçib ona deyiblər ki,iyul çağirişinda əsgər gedəcəksən.Hələ onda İİ turun imtahani olmamişdi.İndi 2 turu da keçib.Mən bu gün ora zəng etdim dedilər ki bize kagiz gətirin.Mən də müraciət etdim Dovlət imtahan komissiyasina onlar bildirdilər ki,əgər vətəndaş ərizə veribsə magistraturaya ona avtomatik oktyabra qədər möhlət verilir,bu qanunda var.Çünki bu qəbulun cavabi avqustda bilinəcək.Bunlar isə bizdən sənəd istəyir,Biz nə etməliyik?

Sualınızla əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Əsəd Soruşur Yazılma Tarixi:07.06.2017 11:59:48

Salam. Zehmet olmasa, hanası bölgəyə (herbi hisseye) düşdüyüm barədə melumat verin.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Əliheydər Soruşur Yazılma Tarixi:06.06.2017 22:38:26

Uzağı zəif görməyə görə hansı halda hərbi xidmətdən möhlət verilir?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Azər Soruşur Yazılma Tarixi:05.06.2017 22:51:46

Salam.Məbim belimdə skolyoz var və məni vaynkamatda yararsız hesab eləyib hərbi bilet verdilər.Ancaq mən qəti şəkildə könüllü olaraq hərbi xidmətə gerətmək isdəyirəm.Bu mümkündür? Mümkündürsə hara müraciət edim?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.-ci maddəsinin tələblərinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.           Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar.
Adgözəl Soruşur Yazılma Tarixi:05.06.2017 21:27:31

salam, mən iyul ayi çağırışçısıyam iyulun 4-nə çağırış vərəqəm verilib ama hara düşəcəyim haqqda məlumatı ne vaxt öyrənə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Emil Soruşur Yazılma Tarixi:05.06.2017 20:33:43

Mənim atam vəfat edib.Hərbi qulluq etdiyim ərazi yaşadığım ünvandan hansı məsafədə olmalıdır? Qeyd edim ki,anam şəkərli diabet və hipertoniya xəstəsidir.Eyni zamanda amam təqaüdçüdür.Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr üzrə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur.
Hüseyn Soruşur Yazılma Tarixi:05.06.2017 17:26:09

Salam. Mən 2012 -ci ilin oktyabr ayından 2014- cü ilin aprel ayına dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində leytenant rütbəsində, taqım komandiri vəzifəsində xidmət etmişəm. Hal-hazırda ehtiyyatda olan zabitəm. Mənim hərbi bilətdə olan xidmət müddətimin əmək kitabçasına yazılması üçün hara müraciət etməliyəm?

Bildiririk ki, əmək kitabçanızda hərbi xidmət müddətinin qeyd edilməsi ilə bağlı aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissəyə müraciət etməlisiniz.
Nail Soruşur Yazılma Tarixi:05.06.2017 13:28:07

Salam. Xarici dövlətdə magistr pilləsində təhsil almaq üçün müraciət etmişəm. Mənə cavab olaraq göndərilən sənəd odur ki, iyunda qərar veriləcək. Çağırışım isə iyulun 3-dür. Qərarın kağızı iyulun 5-dən sonra gəlsə çox böyük şeydir. Belə bir vəziyyətdə mən hansı sənədi təqdim edim ki, çağırışım bir az çəkilsin?

Sualınızla əlaqədar bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Cədvəldə sətir sayı :14890