Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ANAR Soruşur Yazılma Tarixi:15.06.2017 00:51:16

Salam, Men ailenin tek ovladiyam Atamda Rehmete gedib Anam ishlemir Ancag men ishdeyrem, men herbi xitmetden Qalmag sansim var?

Bildiririk ki, valideynlərindən birini və ya hər ikisini itirmiş çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nurlan Soruşur Yazılma Tarixi:14.06.2017 11:15:26

Salam bildiyimiz kimi keçən il cənab Prezidentin verdiyi fərmanla magistraturaya qəbul olanlara möhlət hüququnun verilməsi nəzərdə tutulurdu. Mənim sualım isə ondan ibarətdir ki, mən magistraturaya daxil olduqdan sonra təhsilimi donduraraq hərbi xidmətə getmək istəyirəm. Bu mümkündürmü? Əgər mümkündürsə, bunun prosedur qaydası necədir? Mümkün deyildirsə, o zaman bu hansı qanun və ya digər normativ sənədlə tənzim edilir? Öncədən təşəkkür edirəm.

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Ceyhun Soruşur Yazılma Tarixi:13.06.2017 21:40:21

İyulun 3-ü hərbi xidmətə çağırılmışam. İyun ayının sonları xarici ölkəyə gedib gəlməyimə hər hansı bir məhdudiyyət varmı?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Xəqani Soruşur Yazılma Tarixi:13.06.2017 13:08:34

Salam.yazib size bildirmek isteyirem ki,2003-2004 -cu ilde herbi xitmetde olduqum muddetde ehtiyyat zabit hazirliqi kursu kecerek leytinant rutbesi alaraq 2004-2006 -ci ilde zabit kimi herbi xitmetde olmusam ve hal hazirda ehtiyyatda olan zabitem lakin bu qeydiyyat elektron hokmet portalinda qeyd edilmeyib komeklik gostermeyinizi xahis edirem

Bildiririk ki, Xidmətin vahid elektron məlumat sistemində texniki yenilənmələr səbəbindən zabit kimi hərbi xidmətdə olmağınız barədə məlumatlar qeyd olunmamışdır. 
Müraciətinizlə bağlı elektron məlumat sistemində yenilənmə işləri aparılmış və hərbi xidmətiniz barədə məlumatlar tam öz əksini tapmışdır. 
Kamran Soruşur Yazılma Tarixi:11.06.2017 20:26:45

Men hara dusduyumu bilmek isdeyirem yalniz beyaxdan internetde tapa bilmirem. Zehmet olmasa bu barede mene komek edin bilmek isdeyirem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Ramil Soruşur Yazılma Tarixi:11.06.2017 16:27:56

salam men iyulda esger gedirem inwAllah snayper kursuna yazilmaq isteyirem nece ede bilerem etrafli melumat vererdiz zehmet olmasa

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır.
Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.
 Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən  vətəndaşlar üçün snayper ixtisası üzrə  hazırlıq kursları təşkil edilmir.
Tural Soruşur Yazılma Tarixi:11.06.2017 10:53:17

Salam.Mən gizir kimi xidmət eləmək istəyirəm.Eşitmişəmki hər şəhər üzrə çağırılış məntəqəsinə gedib müraciət eləməliyəm.bilmək istədiyim buduki əlavə nə suallar veriləcək və narmativ nə qədərdi.Mənim 26 yaşım var

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.3 maddəsinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə -ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. «Gizir hazırlığı kursu»na namizədlərin seçimi Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində təşkil edilir. Bu səbəbdən kursların hansı müddətdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz. .
Əli Soruşur Yazılma Tarixi:10.06.2017 21:21:04

Salam Aleykum Mən bilmək iüdəyirəmki muddetden artiq herbi xidmet nece ede bilerem? Mənim diplomum yoxdu gizirliyi oxya bileremmi? mumkundurse cavab yazin.

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Həmin Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçmələri qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur. 
Rauf Soruşur Yazılma Tarixi:10.06.2017 20:20:55

Salam Demeli men halhazirda 1 ci kursu bitirirəm.Üniversitetdən arayış apardım (arayışda 2021ci ilə kimi orda oxuyacağım yazılır)və mənə möhlət yazıldı.Möhlət 2017 iyul ayının 1 -ə kimi verilib.Mən də iyulun 3ü ölkə xaricinə gedəcəm . Bu möhlətin dolması mənə problem yaradarmı?Deyilmişdi yaradacaq.İndi mən nə etməliyəm?Hərbi komissarlıq məndən 2 ci kursa keçmək haqqında sənəd istəyir hansıkı üniversitet onu özü hər il oktyabr ayında verir və mən üniversitetdən istəyəndə deyildiki biz özümüz oktyabrda yolluyacıq indi verə bilmərik. Bununla bağlı kömək gözlüyürəm zəhmət olmasa yazardız nə etməli olduğumu

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  19.06.2017-ci il tarixdə Xidmətin Abşeron rayon şöbəsinə gəlməyiniz tövsiyə olunur.
Vüqar Soruşur Yazılma Tarixi:08.06.2017 20:56:40

Qanda Q-6-FD fermentinin çatişmamazlığı olan çağırışçı herbi xitmetə gedirmi.

Qanda qlükoza-6-fosfat-dehidrogenaza fermentinin çatışmazlığı olan çağırışçılar qanyaradıcı sisteminin funksiyalarının pozulması dərəcəsindən aşılı olaraq “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-cı maddəsinin I qrafasına uyğun şəhadətləndirilirlər.  
Cədvəldə sətir sayı :14890