Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
KƏNAN Soruşur Yazılma Tarixi:13.05.2017 23:11:40

Salam İşə qəbulla bağlı CV formanın blankını neçə əldə etmək olar? mümkünsə elektron variantın lınkını cavabda yerləşdirə bilərsiniz?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
FUAD Soruşur Yazılma Tarixi:13.05.2017 18:52:06

Salam, Ali tehsilliler herbi xidmeti zabit kimi (45 gunluk kurs kecmekle leytenant rutbesi ve ya diger) qulluq ede biler? hansi qosun novunde bu mumkundur? ve ya 1 illik xidmet bitdikden sonra mumkun olur? ixtisasim energetika.

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Odur ki, Siz qulluq (xidmət) edəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Aytən Soruşur Yazılma Tarixi:13.05.2017 09:21:40

Salam. Men Eldarova Aytən Faiq qizi 1997 ci il de Bakı şəhərində anadan olmuşam. 2014 cu İldə azərbaycan maliyyə İqtisad Kollecinə daxil olmuşam 2015 bitirmişəm.4 Sayili Asan xidmetdə könüllü olmuşam 2ayliqda resepşn İş təcrübəm var.mənim size sualım odurki mən sizdə necə işləyə bilərəm Texnikom bitirmişəm orta tehsilliyəm

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Elşad Soruşur Yazılma Tarixi:13.05.2017 00:33:32

Salam Meni Gence seher kepez rayon sobesinden iyulun 3 u herbi xidemete cagirisdi mene deye bilersiz hansi herbi hissede xidmet edecegimi?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
seyidağa Soruşur Yazılma Tarixi:12.05.2017 22:23:34

mən 1999 ci il təvvəlüdlü ekberzade seyidaqa abduleli oğlu hal hazirda bərdə rayon mallagüllər kəndində yaşayıram 2017 ci ilin oktiyabir ayi xidmete duşurəm ona görə hara düşdüyümü bilmək isdəyirəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.          Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Hikmət Soruşur Yazılma Tarixi:12.05.2017 18:35:03

Salam.Mən bu saytdakı qeydiyyatımı silmək istəyirəm yəniki Deaktiv etmək istəyirəm profilimi.Necə edə bilərəm?Şəxsi kabinetdə deaktivlə bağlı heçnə yoxdu.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə baxılmışdır.              Bildiririk ki, www.seferberlik.gov.az portalının istifadə qaydalarına əsasən istifadəçilər tərəfindən yaradılmış “şəxsi kabinet”in (profilin) silinməsi nəzərdə tutulmamışdır.  
Hüseyn Soruşur Yazılma Tarixi:12.05.2017 14:45:39

Salam... Men 11.04.2017 tarixinde herbi xidmete yararsiz oldugum ucun tekrar tibbi yoxlanisa getdim. Butun hekimlerden kecdim ve saglam oldugum bildirildi. Bir nece gun bundan qabag qeydiyyatda oldugum herbi komissarliga muraciet eledim dediler ki sizin cavablar hele gelmiyib. Bilmek isteyirem ki cavablar ne vaxt gelecek? Herbi xidmete gede bilecem? Ne herbi komsarliq bir soz deyir ne de herbi qospital. Xahis edirem menim suallarima etrafli cavab veresiniz...Tesekkurler

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir
Seymur Soruşur Yazılma Tarixi:11.05.2017 18:27:32

Esgerlikde namaz qilmaq olur

Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir, dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir
Seymur Soruşur Yazılma Tarixi:11.05.2017 15:42:44

Salam naxçivanda herbi xidmetden sonra gizir lik oxumaq olar.

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Gizir hazırlığı kursu”na seçilmək məqsədilə namizəd kimi qeydə alınmağınız üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Xəyyam Soruşur Yazılma Tarixi:10.05.2017 20:18:18

Mədədə erroziya olan şəxs hərbi xidmət üçün yararlı sayılırmı? Əgər şəxs yararsızdırsa neçə müayinədən sonra yararsız hərbi vəsiqəsi ala bilər? Şəxsin hərbi qulluğa gələcəkdə getməsi mümkündürmü?

Mədənin selikli qişasının eroziv dəyişiklikləri olan və “Xəstəliklər cədvəli”nin müvafiq qrafaları üzrə şəhadətləndirilən şəxslər müalicə olunur və müalicədən sonra hərbi xidmətə yararlı sayılırlar. Əlavə olaraq bildirirəm ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897