Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ruslan Soruşur Yazılma Tarixi:31.03.2017 20:23:50

mene 6 ayliq mohlet verilib xesdelikle elaqeder .bilmek isdeyirem bu muddet erzinde olke xaricine cixmagima her hansi mehdudiyyet qoyulubmu

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Nihad Soruşur Yazılma Tarixi:31.03.2017 17:13:03

Salam, men pavska almisam. aprel ayinin 3 herbi xidmete yollanacam. bu gun mart ayininb31 dir nasi herbi hissede qlluq edecem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Timur Soruşur Yazılma Tarixi:31.03.2017 16:55:34

Salam.men daxili qosunlara dusmusem.amma yazilmiyib hansi rayon hansi herbi hisse.bunu nece oyrenmek olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Rəşad Soruşur Yazılma Tarixi:31.03.2017 16:51:39

Salam mən 20.01.1998 ildə doğulmuşam. 2016 Yanvar ayinda herbi xidmətə getməliydim amma qan azliğım var 1 illik aprel 2017 ile qeder mohlətdəydim mohlətim bitib ancaq yenə qobustan rayonu və hematologiya inistutunda kamisyadaan kecmişəm yenədə qan azliqi var mən ali təhsil müəssəsinə ərizə vermək istəyirəm ancaq yazılırki mohlət almaləsəz mən əyər aprel atprakası gedmirəmsə niyə sənət verə bilmərəm aprelin 30 qəbul imtahanıdır xaiş edirəm cavablandırın

Müəyyən edilmişdir ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Qobustan rayon bölməsinin çağırış komissiyası tərəfindən  təkrar tibbi şəhadətləndirilərək 03.04.2017-ci il tarixdə  müvafiq arayışlarla təmin edilmisiniz.
Saleh Soruşur Yazılma Tarixi:31.03.2017 11:54:03

Salam mən işlə bağlı elektron müraciət etmək istəyirəm.Ərizə,Anket, Tərcümeyi-hal bölməsini doldurmuşam.əlavə edilmiş sənədlər bölməsinə diplom, şəxsiyyət vəsiqəsi, hərbi bilet şəkillərini əlavə edmək mümkün olmur.xahiş edirəm mənə köməklil edəsiniz.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Orxan Soruşur Yazılma Tarixi:31.03.2017 10:01:31

Mənə aprelin 3-nə çağırış gəlib hara düşdüyümü deyə bilərsiz?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:31.03.2017 02:02:35

Mən keçən ilin məzunuyam.Bu ilin may ayının 10da 18 yaşım tamam olur.Bu il Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün ərizə vermişəm.Mənə qəbul imtahanında iştirak etməyim üçün möhlət verməyinizi xahiş edirəm.Qəbul olduğum təqdirdə yalnız Dövlət Sərhəd Xidmətinə sənədlərimi verəcəyimi öz imzamla təsdiq etməyə hazıram.Dövlət Sərhəd Xidmətinə qəbul olmaq mənim ən böyük arzumdur və xahiş edirəm mənə bu məsələdə kömək edin.

Bildiririk ki, 2016-cı ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir. Əlavə olaraq qeyd edirik ki, 2016-cı ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2017-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Elvin Soruşur Yazılma Tarixi:31.03.2017 01:02:35

Hansi Herbi Hisseye Dushduyum Barede Melumat Almaq Isteyirdim amma mene bele msj geldi (Göndərilən məlumatlara uyğun çağırışçı tapılmadı.)

Qeyd eydiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
TURAL Soruşur Yazılma Tarixi:31.03.2017 00:43:34

men 1994 cu il tevelludem Sabirabadda yasayiram Rusiyada universitet bitirmisem.ama sehhetimde problem oldugu ucun ozumu herbiye yararsiz hesab edirem.sentyabr ayindan bir nece defe komissiyalardan kecmisem.hec bir cavab gelmeyib .bugun oyrendimki mene 3 ay da mohlet veribler.aprelde yene komissiyaya cagiracaqlar Baki seherine.men nece eleye bilerem ki yararsiz oldugumu tesdiq eden senedleri alim?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Vüqar Soruşur Yazılma Tarixi:30.03.2017 23:45:58

men hara dusmusem region ya paytaxt?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14804