Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səddam Soruşur Yazılma Tarixi:22.04.2017 22:05:19

Men hansi herbi hisseye düşmüşem.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Araz Soruşur Yazılma Tarixi:22.04.2017 14:28:05

Salam,men 2016 cı il oktyabr ayında hərbi həkim komissiyasının qərarı ilə 6 ay müddətində herbi xidmətə müvəqqəti yararsız hesab edilmişem,bilmək istərdim ki,bu hal gələcəkdə təkrarlana bilərmi və ali təhsilli şəxslər gələcəkdə iş tapmaq üçün müsabiqə və vakansiyalarda iştirak edə bilərlərmi?yəni bu zaman məhdudiyyət qoyula bilermi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Müraciətinizdə qeyd etdiyiniz ikinci sualla əlaqədar bildirmək istəyirik ki, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir, bununla əlaqədar olaraq  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (http://www.mlspp.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
ümüd Soruşur Yazılma Tarixi:22.04.2017 12:21:33

Salam men aprel cagiriscisiyam ama har duseceyim baresinde hecbir melumatim yoxdur aprelin 19 yasim 18 oldu orgenmek isdiyirem men har dusmusem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cahangir Soruşur Yazılma Tarixi:22.04.2017 10:26:22

Oğlum Ayazov Bulud Cahangir oğlu ( 19.11.1997-ci il təvəllüdlü ) 2016-ci ildən hərbi xidmətə çağırılıb və ona hər iki ayaqlarda dörd və beşinci barmaqların inkişafdan qalması, birinci dərəcəli yastı pəncəlik diaqnozu qoyularaq iki dəfə 6 aylıq möhlət, bir dəfə 3 ayliq möhlət hüququ verilib və sonra ARTI-da 07.03.2017 tarixində hərbi hospitalda yoxlanişdan keçib və yararsız sənədi ilə geri qaytarılıb. Sonra isə yenidən 13.04.2017-ci il tarixində Şabran rayon Hərbi Komisralığına yararlı adı ilə çağırılıb. Hər iki ayaqlarında olan bu xəstəlik sağala bilmədiyi halda ( barmaqlar üst-üstə minir və ayaqqabı geydikdə çətinlik törədir ) oğlum necə hərbi xidmətə çağırıla bilər? Bu məsələyə aydınlıq gətirmənizi xahiş edirəm.

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, 1997-ci il təvəllüdlü Ayazov Bulud Cahangir oğlu razılaşdırılmış qrafikə əsasən nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək sərəncamla təyin olunduğu Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə 24.04.2017-ci il tarixdə təhvil verilmişdir. Əlavə olaraq bildiririk ki, övladınız səhhəti ilə əlaqədar xidmət etdiyi hərbi hissə komandirinə müraciət edə bilər.
Hacı Soruşur Yazılma Tarixi:22.04.2017 03:18:01

Salam.Mənim qardaşım xaricidə Tibb fakültəsində təhsil alır. Bakalavr pilləsini bitirdikdən sonra,Ordinatura pilləsində təhsilini davam etdirmək məqsədi ilə,ona möhlət hüququ verilə bilər mi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinin tələblərinə əsasən, xarici ölkələrdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səvəyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.
Murad Soruşur Yazılma Tarixi:22.04.2017 01:35:18

Salam Men ilkin herbi qeydiyata alinma vesiqesini itirmisem yenisi elde etmek ucun elektron muraciet etmek istedim lakin issizlik haqqinda arayis istedi mense telebeyem, mene komeklik ederdiz zehmet olmazsa, birde hansi muddetde elde ede bilerem?

Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin  qəsdən korlanılmasına və ya itirilməsinə görə - xəbərdarlıq və ya əlli manat məbləğində cərimə edilirlər. Həmin məcəllənin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar göstərilmişdir. İnzibati xəta törətmiş şəxsin tələbə olması bu halların heç birinə aid deyil. Bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Hikmət Soruşur Yazılma Tarixi:21.04.2017 20:05:36

Bir daha salam.Əvvəl göndərdiyim sualın cavablandığını burada görmədiyimdə qərara gəldim ki yenidən yazım.Sonra Elektron Hökümət Portalında yoxladım ki xidmət keçməyib sözü düzəlib və hərbi xidmətdə olub yazılıb.Düzəlişə görə təşəkkür edirəm.Lakin bir sualım var.Sual belədiki mən 4 oktyabr 2016 da ehtiyata buraxılmışam və 11 oktyabr yaşadığım yer üzrə qeydiyyata alınmışam şöbə tərəfindən.Qeydiyyata alındığım 11 oktyabr tarixi Elektron Hökümət Portalında yazılmışdı düzəlişdən əvvəl.Lakin indi siz düzəliş etdikdən sonra o tarix silindi və qeydiyyata düşdüyüm tarix kimi dünənki tarix yazıldı yəni 20 aprel 2017.Bu indi mənə gələcəkdə problem yaratmazki sənədlərnən bağlı?Yəni mən 4 oktyabrdan 2016 dan 20 aprel 2017 yə qədər harda qeydiyyatda olmuşam?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Elektron İnformasiya Sistemində hərbi qeydiyyata götürüldüyünüz tarix dəyişdirilərək    11.10.2016-cı il qeyd edilmişdir. 
Hikmət Soruşur Yazılma Tarixi:21.04.2017 19:34:15

Salam.Mən 2015-2016-cı illərdə hərbi xidmətdə olmuşam.Elektron hökümət portalında hərbi xidməti keçməyim barədə arayış bölməsinə daxil oluram orada yazılır ki hərbi xidmət keçməyin.Bu niyə belədi?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Elektron İnformasiya Sistemində hərbi qeydiyyata götürüldüyünüz tarix dəyişdirilərək    11.10.2016-cı il qeyd edilmişdir. 
sahib Soruşur Yazılma Tarixi:21.04.2017 14:06:31

menim hansi herbi hisseye dusmeyim nevaxt bilinəcək

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:20.04.2017 20:35:30

Mən, Goycay şəhərində hərbi geydiyatdiyam və orada yaşayiram-27.07.2000-ci il təvəludəm 11-ci sinifdə oxuyuram. hərbi xidmətə getməmişdən gabag snayper kurslarina yazilmag istəyirəm-mən hara muraciət etməliyəm?

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır.                                                                                                       Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.  Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən  vətəndaşlar üçün snayper ixtisası üzrə  hazırlıq kursları təşkil edilmir.
Cədvəldə sətir sayı :14897