Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vahid Soruşur Yazılma Tarixi:28.06.2017 15:22:56

Salam . qolumda kəsiy olduğu üçün Komissarlığ Maştağaya 1 saylıya göndərib 1 gün qalmışam orda . artıq 1 həftədi Komissarlığdan bir xəbər yoxdu . zəng edirəm müvəqqəti işləmir telefonları . hara muraciət edə bilərəm ? iyulda getməliyəm .

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Zaməddin Soruşur Yazılma Tarixi:28.06.2017 15:05:16

Salam. Bilmək istəyirəm görək iyul ayının 3 ü çağrılış gələnən sora iyul ayının 25 inə kimi xidmətə gedə bilərəm?

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız zəruridir.
Kamran Soruşur Yazılma Tarixi:28.06.2017 13:42:41

Salam mənə çağırış hələdə gəlmiyib niyə?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:28.06.2017 13:32:38

Salam.Mən bu il 4cü kursu bitirmişəm ama kəsrlərim olduğuna görə bu il diplom ala bilmirəm.Qrup yoldaşlarımın hamısına hərbi xidmətə çağırış məktubu gəlib ama mənə gəlmiyib hələ də.Onu da deyim ki,mənim səhhətimdə problem olduğuna görə həkim deyibki əsgərliyə gedə bilməzsən.Mən də istəyirəmki çağırış məktubu gəlsin və mən komissiyaya həkimin verdiyi sənədi göstərə bilim.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.    
İsrafil Soruşur Yazılma Tarixi:28.06.2017 13:19:20

Iyun ayinda hərbi xitmətə gediyimiz yer nevaxt bilinəcək

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Fərid Soruşur Yazılma Tarixi:28.06.2017 11:22:54

Salam,men AKU universitetini bitirirem,iyulun 4-du herbi xidmete caqrilmişam,mən herbidə zabit olmaq üçün hara müraciət edim? Və mənim xidmətim zabitlik kursuyla birlikdə neçə ay çəkəcəy? Və xidməti başa vurduqdan sonra mən müqavilə bağlamasam nə olacaq fərari sayliram?

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:28.06.2017 05:35:12

Salam. Mən ali təhsilliyəm, iyulun 4-nə çağırış gəlib. Bilmək istəyirəm ki, ali təhsillilər üçün hərbidə qalıb işləmək imkanı verilir?Verilirsə necə və hansı şərtlərlə verilir.Həmçinin hərbi xidmətə getdikdə eşitmişəmki kurs keçməklə leytenant rütbəsi əldə edərək leytenant olaraq xidmət etmək mümkündür , u doğrudir?Doğrudursa bu barədə ətraflı məlumatı necə əldə edə bilərəm?

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:27.06.2017 20:10:48

Mənə iyul ayının 1-i tarixinə çağırış gəlib. Ancaq dişlərimin müalicəsi iyul ayının 14-ü nə kimi çəkəcək. bu cür hallar üçün qanunla əlavə müddət verilə bilərmi,. əgər müalicə aldığım poliklinikadan arayış gətirsəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
ramazan Soruşur Yazılma Tarixi:27.06.2017 20:06:58

Salam, mən Azərbaycan Dövlət Dəniz Akademiyasini bitirmişəm, 03.07.2017 tarixində hərbi xidmətə cağirilmişam. Arzum Azərbaycan Hərbi Dəniz Qüvvələrində qulluq etməkdir. Xahiş edirəm bunun üçün hara müraciət etmək lazim olduğunu bildirəsiniz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
şəmşir Soruşur Yazılma Tarixi:27.06.2017 18:17:16

mem iyul ayinin 3 u heqiqi herbi xidmete cagrilmiwam . hara duwduyumu oyrenmek isdeyirem

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897