Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Firavan Soruşur Yazılma Tarixi:29.06.2017 23:51:02

Salam . Indi akademik borcu olan tələbələrə möhlət verilirmi? Eyer varsa o haqda məlumat vərmeyinizi xahiş edirəm. Bu haqda qeydiyyatda olduğum (Astara rayon) şöbəsinə müraciət etdim universitetin verdiyi arayişla ama qəbul etmədilər

Bildiririk ki, təhsilalma ilə bağlı tələb olunan qaydada tərtib edilmiş sənədlər çağırışa hazırlıq dövründə adiyyəti üzrə Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edilməlidir. 
Murad Soruşur Yazılma Tarixi:29.06.2017 23:27:51

Mene ayın 3nə çağırış gəlib. Bu gün mənlə eyni vaxtda gedəcək insanlar hara düşdüklərini bu gün bildilər. Mən şəxsiyyət vəsiqəmin seriyasını göndərdim ama çağırışçı tapılmadı gəlir. Nədən ola bilər?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Fərid Soruşur Yazılma Tarixi:29.06.2017 23:18:31

Salam mənim xidmət edəcəyim qoşun növü kimi Ədliyyə Nazirliyi göstərilir amma hansı rayon və ya şəhərdə neçə nömrəli olduğu haqqında məlumat qeyd olunmayıb onu hardan öyrənə bilərəm?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.  
Xanqulu Soruşur Yazılma Tarixi:29.06.2017 22:37:32

Men hansi herbi hissede qulluq edecem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.  
SAMİR Soruşur Yazılma Tarixi:29.06.2017 20:43:01

MƏNİM ÇAĞRIŞÇILAR ARASINDA ADIM ÇIXMADI

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
İlham Soruşur Yazılma Tarixi:29.06.2017 20:05:49

SALAM.Meni iyulun 24 ü herbi xidmete cagiriblar cagiris vereqemi almisam bilmek olar hansi herbi hissede xidmet edeceyim ne vaxt bilinecek?.onceden Tewekkurler

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Elvin Soruşur Yazılma Tarixi:29.06.2017 20:03:34

təvəllüd-10.10.1995.ali təhsilliyəm idmançıyam.sol ayağımın altında düzlük var.hərbidə xidmət edə bilərəmmi

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Əlavə olaraq bildiririk ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Qoşqar Soruşur Yazılma Tarixi:29.06.2017 20:00:04

salam men MUDAFIE NAZIRLIYI 051 sayli herbi hisse dusmusem hemin herbi hisseden bolunme vaxti hara duse bilerem?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Özal Soruşur Yazılma Tarixi:29.06.2017 19:39:12

salam 91 00 nomresine sexsiyyet vesiqemn seriyasiz nomresn yaziram cvb gelmir, niye gore ,?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Müzəffər Soruşur Yazılma Tarixi:29.06.2017 19:02:58

Adımızı çağırışçıların siyahısında tapmırıq

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Cədvəldə sətir sayı :14890