Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlkin Soruşur Yazılma Tarixi:30.06.2017 15:37:46

335 nömrəli hərbi hissə harda yerleşir

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Elçin Soruşur Yazılma Tarixi:30.06.2017 14:12:33

Salam yazmışdınız ki hara düşəcəyinizlə bağlı ayın 30 u bilinəcək saytda. Yazıram xanaları doldruram yazır ki belə bir çağırışçı tapılmadı. 30 dan əvvəldə belə idi indidə. 91 00 a da göndərdim şv-nin nömrəsini heçnə gəlmədi.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:30.06.2017 13:26:44

Bineqedi rayonunun cagirişcilari bilinir hara duşub bilinirse mende cixmir sms le gondersen seriya nomresini gonderim?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:30.06.2017 12:51:00

Salam hamida bilinir hara dusublem men bilmirəm qeyd edimki iyulun 24gedirəm xidmətə

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Hakim Soruşur Yazılma Tarixi:30.06.2017 12:26:46

Salam. Mən Sərhəd Qoşunlarına düşmüşem. Hansı bölgəyə düşdüyümü necə örgənə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Əli Soruşur Yazılma Tarixi:30.06.2017 12:13:54

HARA DUSMUSEM

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.  
Elvin Soruşur Yazılma Tarixi:30.06.2017 10:43:08

Mudafiyə Nazirliyi cast 193 harda yerləşir

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur
Firavan Soruşur Yazılma Tarixi:30.06.2017 09:47:41

Salam . Indi akademik borcu olan tələbələrə möhlət verilirmi? Eyer varsa o haqda məlumat vərmeyinizi xahiş edirəm. Bu haqda qeydiyyatda olduğum (Astara rayon) şöbəsinə müraciət etdim universitetin verdiyi arayişla ama qəbul etmədilər

Bildiririk ki, təhsilalma ilə bağlı tələb olunan qaydada tərtib edilmiş sənədlər çağırışa hazırlıq dövründə adiyyəti üzrə Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edilməlidir. 
Mirnamik Soruşur Yazılma Tarixi:30.06.2017 05:47:29

Salam mene iyulun birine gelib herbi cagiris hara dusduyum bilinir ?Tesekkurler

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.  
Zahid Soruşur Yazılma Tarixi:30.06.2017 03:02:04

Burda qeyd edibsiz ki, Iyunun 30-u hansi herbi hisseye dushmek barede melumat almaq olar.Buna baxmayaraq menim adim cixmir sizin saytda.Hansi sebebe gore adim cixmir? Evvelceden teshekkurler.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Cədvəldə sətir sayı :14890