Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramil Soruşur Yazılma Tarixi:02.07.2017 15:32:43

men nece oyrene bilerem hara dusduyumu ? xais elesem linkin ata bilersiz ?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Faiq Soruşur Yazılma Tarixi:02.07.2017 14:21:52

Salam mən FHN-ə düşmüşəm, ali təhsilliyəm 1 il sonra zabit kimi qalıb işləyə bilərəm?

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
XAN Soruşur Yazılma Tarixi:02.07.2017 13:02:40

Salam menim adim xan mektebe gore 4 ay esgerliye gecikmisem bu il mektebden cixdim men bilmek isteyirem esgerliye aparacaqlar yoxsa yox

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Elşən Soruşur Yazılma Tarixi:02.07.2017 11:06:53

Men bunnan qabagda sorusdum cavab veren olmadi men hekim komissiyasindan kecmişəm amma mənə fərdi cagırış bərəqəsi verilməyib bunun səbəbi nədir?

Bildiririk  ki, Siz Xidmətin Kəpəz rayon şöbəsinin çağırış komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.
Kənan Soruşur Yazılma Tarixi:02.07.2017 09:27:17

Salam mən Neftçala rayon hərbi komissarlığı tərəfindən 2 ildir ki yubadiliram və artıq 2 ildir ki məni bir neçə xəstəxanalara göndərirlər dəqiq cavab verilmir xaiş edirəm ki mənə dəqiq cavab verəsiniz. Təşəkkürlər.

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Neftçala   rayon  şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına 06.07.2017-ci il tarixdə təqdim olunmusunuz.          
Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Neftçala rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Nicat Soruşur Yazılma Tarixi:02.07.2017 03:44:12

Salam men dovlet serhed xidmetine duwmuwem hansi rayonda herbi xidmetde olacagimi bilmirem onu nece oyrene bilerem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Allahşükür Soruşur Yazılma Tarixi:02.07.2017 01:35:36

Salam. Mən iyul ayının 3ü hərbi xidmətə yola düşürəm. Hərbi vayenkomatımıza çağırış günü hansı sənədləri aparmalıyam?

Bildiririk ki, hərbi xidmətə göndərilmə günü müddətli həqiqi hərbi xidmətə çağırılmış və hərbi hissələrə göndəriləcək bütün çağırışçılar özləri ilə şəxsiyyət vəsiqələrini, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrini və hazırlandıqları xüsusi hərbi ixtisaslar üzrə vəsiqələrini  fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və ya bölməsinə gətirmələri zəruridir.
Sərxan Soruşur Yazılma Tarixi:02.07.2017 01:27:52

Salam iyulun 17 gedirem eskerliye....xahis edirem hara duseceyimi deyin ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Əkbər Soruşur Yazılma Tarixi:01.07.2017 18:46:28

Salam men hansi herbi xidmete dusduyumu ve ne vaxt herbiye gedeceyimi bilmek isteyirem nece oyrene bilerem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Fuad Soruşur Yazılma Tarixi:01.07.2017 16:44:33

Salam,mən xaricdə magstratura səviyyəsinə qəbul olmuşam və bu barədə müvafiq sənədi notariat qaydada təsdiqlədib hərbi komissarlığa təqdim etmişəm lakin sonradan ödənişli əsaslarla qəbul olduğumu öyrənib könüllü sürətdə hərbi xidmətə getmək üçün ərizə yazmişam 2 gün əvvəl ancaq bu gün digər bir universitetden ödənişsiz əsaslarsız qəbul olduğum haqda məlumat almışam.sualım odur ki,mən yazdığım könüllülük ərizəsin ləğv edib xaricdə magstr təhsilimi davam edə bilərəm mi?Minnətdaram.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  10.07.2017-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsinə gəlməyiniz zəruridir. 
Cədvəldə sətir sayı :14897