Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nemət Soruşur Yazılma Tarixi:10.07.2017 00:31:35

Salam hər vaxtınız xeyir,bir söz soruşum mən sms göndərirəm, mənə belə çağırışcı yoxdu cavabı gəlir.Çağırış vərəqəmə ayın 3-ü yazılıb.Məni vaynkomat belimə görə xəstəxanaya göndərmişdi,amma onun cavabı vaynkomata gəlib çıxmayıb.Mən hara düşdüyümü nə vaxt öyrənə bilərəm

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.  Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:09.07.2017 22:13:44

Salam məni xəstəxanaya göndərdilər ayın 6sı cavab çıxıb yararlıyam ayın neçəsi gedəcəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Tural Soruşur Yazılma Tarixi:09.07.2017 19:28:46

Salam. Mən ehtiyatda olan zabitem. .Səfərbərlik xidmətinə işləməyə heddsiz maraqim və bacariqim var. Xidmətdəisə qəbul olmaq üçün nece köməklik edə bilərsiniz?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 01.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Kənan Soruşur Yazılma Tarixi:08.07.2017 18:06:52

Salam mən Neftçala rayon hərbi komissarlığı tərəfindən 2 ildir ki yubadiliram və artıq 2 ildir ki məni bir neçə xəstəxanalara göndərirlər dəqiq cavab verilmir bu ayın 6 sı tibb universitetinin yanındakı hospitala apardılar yenə cavab vermədilər xaiş edirəm ki mənə dəqiq cavab verəsiniz. Təşəkkürlər

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən (06.07.2017-ci il tarixdə) şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Samir Soruşur Yazılma Tarixi:08.07.2017 11:37:02

Salam, mənə bu ayın 4nə çağırış gəlmişdi. Həkim komissiyasından da keçmişəm, ama saytda hara düşdüyüm çıxmadı. Komissarlığdan marağlandlm, dəqiq bir söz demədilər. Qeyd edim ki, magistraturaya imtahan verib, hər iki mərhələdə iştirak etmişdim, lakin heç bir ixtisas seçimi etməmişəm. Vayenkomatdan da deyirlər DİMnen adın qebul olanlar siyahısında gəlib. Mən iyulda gedməyçün neyləməliyəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Samir Soruşur Yazılma Tarixi:08.07.2017 10:50:48

Salam necesiniz men Mayin 7 sinde Ad gunum tamam olub ve iyulun 19 gedecem melumatlari doldururam gelmir tapilmadi deyir hardan orgene bilerem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Amil Soruşur Yazılma Tarixi:08.07.2017 10:09:01

Salam, hərbi bilet itdikdə və harda itdiyi məlum olmadıqda hara müraciət etmək lazımdı ?Hansı sənədlər lazım olur ?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, itirilmiş və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün Siz hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. Qeyd edirik ki, mövcud qanunvericiliyə əsasən, hərbi vəzifəlilərə itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletlər aşağıda göstərilən sənədlər əsasında verilir: 1. ərizə; 2. şəxsiyyət vəsiqəsi; 3. qeydiyyat kartasının surəti; 4. qeydiyyat-xidmət kartasının surəti; 5. inzibati xəta haqqında protokol və cərimənin ödənməsi haqqında qəbz və ya xəbərdarlıq edilməsi barədə qərar; 6. 3x4 ölçüdə 2 ədəd fotoşəkil; 7. DİN-nin müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış.
Telman Soruşur Yazılma Tarixi:08.07.2017 09:42:50

Salam.Oğlum 3 il əvvəl Respublika tibbi komissiyanın qərarı ilə hərbi xidmətə müvəqqəti yararsız hesab edilib və ona hərbi bilet yazılıb.İyul ayında isə yerli hərbi komissarlıqdan bildirilib ki,oğlunuz yenidən həkim tibbi komissiyasından keçməlidir.Oğlum hazırda Türkiyədə bakalavr təhsili alır.Bu barədə təhsil aldığı xarici universitetin Sənədi təqdim edilsə də Mingəçevir hərbi komissarlığı sənədi qəbul etmədi.Bizə bildirildi ki əgər tibbi komissiyadan hərbi xidmətə yararsızlığı sübut olunmasa o zaman xarici universitetin sənədi əsas olaraq qəbul ediləcək. Sizcə bu nə dərəcədə qanunidir?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.         Müəyyən edilmişdir ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin Nəsimi rayon idarəsinin çağırış komissiyası tərəfindən  təkrar tibbi şəhadətləndirilərək yekun qərarın qəbul edilməsi üçün Mərkəzi hərbi həkim komissiyasına  göndəriş verilərkən getməkdən imtina etmisiniz.         Bildiririk ki, Siz barənizdə həqiqi hərbi xidmətə göndərilib-göndərilməməyinizə dair qanunamüvafiq qərar qəbul edilməsi üçün mütləq şəkildə Xidmətin Nəsimi rayon idarəsinə gələrək tələb olunan bütün müayinələrdən keçməlisiniz.
Pərviz Soruşur Yazılma Tarixi:07.07.2017 12:28:21

salam.size yazmışdım ancaq cavab vermədiz. mənim herbi biletime yararsiz 2018 ci ili kimi yazilib..mən hərbi xidmətə getmək istəyirəm və nece ləğv etmək olar yararsızlığı

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Faiq Soruşur Yazılma Tarixi:07.07.2017 11:11:46

Salam, mən e-gov.az portalında hərbi xidmətdə olmağım haqqında arayışı çıxardım. Nəticədə məlum oldu ki, hərbi xidmətdə olduğum qoşun növü səhv yazılıb. Belə ki, 2008-2009 cu illərdə, FHN -nin Mülki Müdafiə qoşunlarında hərbi xidmətdə olmuşam. Amma arayışda həmin dövrlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olduğum yazılır. Xahiş edirəm bu yalnışlığın düzəldilməsinə köməklik göstərəsiniz. Hörmətlə. K.F.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, hərbi xidmət dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmə-lərdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə xidməti fəaliyyətdir. Bu səbəbdən Sizin 2008-2009-cu il tarixlərdə xidmət müddətiniz Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hesab olunur. Xidmət etdiyiniz qoşun növü göstərilməklə arayış verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Nizami rayon idarəsinə şəxsən müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897