Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşən Soruşur Yazılma Tarixi:13.07.2017 20:51:24

Salam.Men 3 ay evvel varkasell emaliyyati olmusam ve herbiye 6 ay muveqqeti yararsiz sayilmisam meni hansi ay herbi xidmete cagirlacam ve cagirildiqda yeniden hekim komissiyasindan kececemmi?

Müalicə üçün verilmiş möhlət hüququ bitdikdə, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Siz, qeydiyyatda olduğunuz Gəncə şəhər Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
İmamverdi Soruşur Yazılma Tarixi:13.07.2017 19:50:59

Salam 05.06.2017 tarixdə Bakı şəhərində tibbi muayinədən keçmişəm. 38 gündür cavab gəlməyib, cavabın bu qədər gecikməsi ola bilərmi?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Pərviz Soruşur Yazılma Tarixi:13.07.2017 19:46:18

Salam 2 ci dərəcəli yararsız xəstəlik hansı xəstəlikdir?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) və Sizə müayinə nəticəsində təyin olunmuş diaqnoz dəqiq göstərilməlidir.
Nemət Soruşur Yazılma Tarixi:13.07.2017 19:05:55

Salam hər vaxtınız xeyir.Bağışdayın bir söz soruşum.Bu skallioz neçənci dərəcə olanda aparmırlar?

Bildiririk ki, çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən onurğanın deformasiya və funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin “b” və ya “c” bəndinin I qrafasına əsasən onurğanın II-III mərhələ skoliozu olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Fərman Soruşur Yazılma Tarixi:13.07.2017 16:16:14

Salam mən bilmək istərdim ki,sizin əməkdaşlarınız sırasına necə və nə vaxt qoşula bilərəm?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Rustam Soruşur Yazılma Tarixi:13.07.2017 13:47:42

Salam mən iyul ayının 20 si hərbi xidmətə cağrılmışam saytdada hara düşdüyüm haqda məlumatı elə ayın 20 si cıxacağını yazır. Bu haqda dəqiq.məlumat verməyinizi xahis edirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:13.07.2017 11:44:24

Salam men 06.07.2017 mene ayin 15 cagiris vereqi verdiler hara duwduyumu ne vaxt bile bilerem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cəlil Soruşur Yazılma Tarixi:12.07.2017 22:37:22

Salam , mən magistraturya imtahan vermişəm , kəsilmişəm . Əlavə olaraq mənə Bakı şəh. xəstəxanalardan birinə göndəriş verilirdi imtahanlarnan əlaqədar olaraq gedə bilmədim. Bu çağırış adım çıxmayıb , 20-25 iyuldan etibarən hər hansı hərbi hissəyə təyin oluna bilərəməmmi ? və bu müddət ərzində xəstəxanadan yoxlanışdan keçib hərbi hissəyə göndəriş ola bilərmi? Xahiş edirəm sualımı cavablandırasız . Əvvəlcədən təşəkkürlər.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Xidmətin Kəpəzı rayon şöbəsinə gəlməyiniz zəruridir. 
Tural Soruşur Yazılma Tarixi:12.07.2017 18:26:35

Salam. Növbəti imtahana hansı müddətdə sənədlərimi verib iştirak edə bilərəm? Və ya hansı müddət ərzində ikinci dəfə imtahan hüququndan istifadə edə bilərəm? Xahiş ətraflı cavablandirardiniz

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 01.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Nicat Soruşur Yazılma Tarixi:12.07.2017 16:10:29

Salam , Naxçıvana əsgərlərin aparılma relslerinin tarixi nə vaxtdır ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14890