Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:19.07.2017 13:06:51

Salam,Öd kisəsindən əməliyyat olunmuşam biri yəni daş olduğuna görə öd kisəsi götürülüb hərbi xidmətə yararlı hesab olunuram?xahiş eliyirəm mənə dəqiq cavab verin

Çağırışçıların “Öd kisəsinin çıxarılmasından sonrakı vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 58 “b” maddəsinin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı çıxarılır.  
Nurlan Soruşur Yazılma Tarixi:19.07.2017 11:17:31

Mene iyulun 15 cagiris vereqesi verilib amma hele hara dusduyum bilinmir.Ne vaxt bilinecek ? Zehmet olmasa cavab vererdinizde.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nemət Soruşur Yazılma Tarixi:18.07.2017 23:10:46

Salam hər vaxtınız xeyir .Məni mayın 27-si qeydiyyatda olduğum hərbi komissarlığ belimə görə həkimə göndərmişdi,amma o vaxtdan cavablar vaynkomata gəlib çıxmayıb.Çağırış vərəqəmdə iyun ayının 3-di.Belə çıxır mən hərbi xidmətə yararsızam?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə  təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Orxan Soruşur Yazılma Tarixi:18.07.2017 20:09:28

Salam.mən hansı hərbi hissəyə düşdüyümü bilməy istəyirəm.deyə bilərsiz?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşid Soruşur Yazılma Tarixi:18.07.2017 19:51:31

Salam, varikoz genislenme diaqnozu herbi xitmete cagirilmamaga sebeb ola biler mi?

II dərəcəli xroniki vena çatışmazlığı (uzunmüddətli yeriş və ya ayaq üstə çox dayanma zamanı ayaqlarda və baldırlarda əmələ gələn, gecə və ya gündüz istirahəti ərzində çəkilən vaxtaşırı ödemlərin olması) əlamətləri ilə müşayiət olunan varikoz xəstəliyi ilə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “c” bəndinin I qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Əlavə olaraq bildiririk ki, aşağı ətrafların vena çatışmazlığı əlamətləri olmayan (I dərəcə) varikoz xəstəliyi hərbi xidmətkeçməyə mane olmur.
Rəhman Soruşur Yazılma Tarixi:18.07.2017 17:36:50

ayin 25i saytiniza yerlerin yuklenmesi demek 25innen tez gede bilmerik demekdirde ele? yoxsa ola biler ki raon herbi kamissarligina sizden once siyahi gelsin ve biz xidmete baslayaq?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İlham Soruşur Yazılma Tarixi:18.07.2017 17:15:27

Salam, mən ali təhsilimi başa vurmuşam və bu ay əsgər getməliyəm, lakin sənədlərimdə olan bəzi əksik məlumatlara görə sənədim ləngiyirdi. Bu hal artıq öz həllini tapdı və sənədlərim və özüm hərbi xidmət üçün tam hazır vəziyyətdəyəm. Lakin Ağdam şəhər komisarlığından bildirilir ki, adlar artıq göndərilib artıq gecdir. Bilmək istəyirəm, yenidən adların çıxması mümkündürmü? Mən, adımın çağırışçı kimi qeyd olunmasını istəyirəm. Əgər mümkündürsə mən ürəkdən gedib hərbi xidmətimi çəkmək, vətənimə xidmət etmək istəyirəm. Cavabınızı səbirsizliklə gözləyirəm.

Bildiririk ki, müayinənin nəticələri Xidmətin Ağdam rayon şöbəsinə geç daxil olduğuna görə Sizi 2017-ci ilin iyul çağırışına cəlb etmək mümkün olmamışdır.            Odur ki, Siz Xidmətin Ağdam rayon şöbəsi tərəfindən 2017-ci ilin oktyabr çağırışında   müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Rauf Soruşur Yazılma Tarixi:18.07.2017 13:06:23

Salam .Mənim əmim oğlu 19 mart 1995 təvəllüdlü Məmmədli Əziz Zahir oğlu (şəxsiyyət seriya nömrəsi 08672381) hansı hərbi hissəyə düşməyini öyrənmək istəyirik.Elektron öyrənmə sisteminizdən və 9100 sms xidməti heç bir məlumat vermiş.Tezliklə cavabınızı gözləyirik.Təşəkkürlər.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Qəfər Soruşur Yazılma Tarixi:17.07.2017 22:55:24

Salam revmatizm qeyri aktiv faza meokarditik kardio skleroz diaqnozla hərbi xidmətə yararliyam ya yox

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “ç” maddəsinin I qrafasına əsasən: “Revmatizm, qeyri-fəal mərhələ. Miokarditik kardioskleroz” diaqnozu təyin edilən çağırışçılar “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilirlər.
ceyhun Soruşur Yazılma Tarixi:17.07.2017 21:37:54

Salam.Mən işə qəbulla bağlı sənəd vermişəm. nə vaxt imtahan olacaqını öyrənmək istəyirəm. Təşəkgür edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə (telefon rabitəsi vasitəsi ilə) əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14897