Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yusif Soruşur Yazılma Tarixi:22.07.2017 12:38:22

Salam.Mən iyun ayında müayinədən keçib çağırışçı olaraq iyul ayının 1 üçün çağırış vərəqəsi almışam.Bu il magistratura pilləsinə qəbul olduğum üçün sənədləşmə işləri ilə əlaqədar valideynlər birdə öz ərizəmi iyul ayının 11 də komisarlığa təqdim etmişəm.İndi isə bilmək istəyirəmki mənim hərbi xidmətdən qalma ehtimalım var? və hansı hərbi hissəyə düşdüyüm 25 i açıqlanacaq?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Məhəmməd Soruşur Yazılma Tarixi:22.07.2017 11:09:17

Salam mənə iyul ayının 20 nə çağırış vərəqəsi verilib amma hara düşdüyüm və nə vaxt gedəcəyim bilinmir. Xaiş edirəm bu haqda mənə məlumat verəsiniz.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Elmin Soruşur Yazılma Tarixi:22.07.2017 10:47:24

Salam menim qolumda siniq var tam acilmir mene mehdud yararli yazilaraq esgerliye aparirlar. Mehdud yararli esgere getmek olur ? Olursada nece?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Emil Soruşur Yazılma Tarixi:22.07.2017 09:51:19

Salam Bilmək isterdim ki, doktoranturaya daxil olduqda doktorlar üçün möhlət hüququ verilirmi? Və doktoranturanı bitirdikdə fəlsəfə doktoru adını qazandıqda çağırışçı hərbi xidmətdən azad olunurmu? Əvvəlcədən təşəkkürlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir. Həmin Qanunun 23.0.1-ci maddəsinə əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər. 
Elvin Soruşur Yazılma Tarixi:22.07.2017 09:33:20

Men 24 xidmete gedirem indilerde bilinse hara dusduyumuz cox yaxsi olar

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Hüseyn Soruşur Yazılma Tarixi:22.07.2017 00:26:10

Salam.Tibbi arayışımı hərbi komissarlığa hələ də catmadigina görə oktyabra qalıram.Zəhmət olmasa bu işlə maraqlana bilərsiniz?qeyd edimki 12 iyul keçmişəm tibbi yoxlamadan.Təşəkkürlər

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "sual-cavab" bölümünə göndərdiyiniz müraciətlərinizə tərəfimizdən baxılmışdır. 
Nəzərinizə çatdırırıq ki, müvafiq araşdırmanın aparılması ilə bağlı təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər (rayon) idarə, şöbə və bölməsinin adı göstərilmədiyi üçün müraciətinizin həlli mümkün olmamışdır. 
FUAD Soruşur Yazılma Tarixi:21.07.2017 18:10:26

Salam, 12.09.1995 tevelludlu bu ayki cagirisciyam, yoxlanis ucun bakiya travmotologiyaya gonderildim her sey saglam cixdi, herbi xidmete yararli qebul olundum. amma herbi komisarliq yerlerin doldugu ucun oktyabrda gedeceyimi dediler yeni oktyabra qaldim, bu ne ile elaqedardir, yeni herbi castlar artiq dolub? Konullu nese erize yazib bu ay getmek mumkundur?

Bildiririk ki, sənədləriniz Xidmətin Şirvan şəhər şöbəsinə geç daxil olduğuna görə Sizi 2017-ci ilin iyul çağırışına cəlb etmək mümkün olmamışdır.            Odur ki, Siz Xidmətin Şirvan şəhər şöbəsi tərəfindən 2017-ci ilin oktyabr çağırışında   müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Yusif Soruşur Yazılma Tarixi:21.07.2017 18:08:16

Mən iyul çağırışçısıyam Səbail rayon idarəsindən mənə sənədlərimin tam düzəlmədiyi və oktyabrda gedəcəyim bildirilib mən iyul ayında getmək isdəyirəm bu mümkündürmü? Xahiş edirəm cavab verəsiniz

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Səbail   rayon idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına 07.07.2017-ci il tarixdə təqdim olunmusunuz.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Səbail   rayon idarəsiinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Nadir Soruşur Yazılma Tarixi:21.07.2017 17:32:48

Ayın 1inə çağırış vərəqəsi verilmişdi mənə, ama adım siyahıda olmadığı üçün geri qayıtdım. Nə zaman əsgər gedəcəyimi bilmək istəyirəm hara düşdüyüm önəmli deyil. Cavablandırarsanız sevinərəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
ramin Soruşur Yazılma Tarixi:21.07.2017 17:14:36

Salam.Meni Sumqayt seher herbi komisarligi terefnden herbi xdmete getmek ucun cagrdlar ve butun senedlermi yigib getmwdm .Magistraturaya senedlermi verdiyime gore Herbi komisarliga senedlerimi gec apardim.butun senedlerim qaydasndadi.Iyul ayinda herbi xidmete getmeliem lakin adim Cagiriscilarin arasinda yoxdu..sadece bilmek isteyiremki men bu ay gedecem yoxsa oktyabrda?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14897