Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Saləddin Soruşur Yazılma Tarixi:21.07.2017 15:31:59

Salam zəhmət olmasa deyərdiz göz dərəcəsi necə olduqda əsgərliyə yararsız sayılır. Mənim göz dərəcəm (R) S -6.50. C- 2.50. A160. S.E -7.75 (L). S -5.00. C -4.00. A180. S.E -7.00. Məni yararlı yazaraq əsgər göndərirlər halbuki məni yoxlamadilar vainkomatda.

Məlum olmuşdur ki, Siz, 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Yasamal rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək, sərəncamla Dövlət Sərhəd Xidmətinə təyin olunmusunuz. Əlavə olaraq bildiririk ki, səhhətiniz ilə əlaqədar xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət edə bilərsiniz.
Rəşad Soruşur Yazılma Tarixi:21.07.2017 15:15:19

Mene ayin 1 paveska verilib adim cixmir burda nede vaynkamatda 25 deqiq cixacaq adim yoxsa oktyabr cagirisina qaldim men sualima xaiw edirəm dəqiq cvb yazasiz

Bildiririk  ki, Siz Xidmətin Binəqədi rayon idarəsinin çağırış komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.          Odur ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün 08.08.2017-ci il tarixdə Xidmətin Binəqədi rayon idarəsi tərəfindən Mərkəzi hərbi-həkim komissiyasına  təqdim olunacaqsınız.
Rustam Soruşur Yazılma Tarixi:21.07.2017 14:38:15

Salam hara düşdüyümüz haqda məlumatın 25 iyul tarixində çıxacağı yazılıb. Bilmək istəyirdim ki, rayonlarda tez çıxmaq ehtimalı varmı?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Elvin Soruşur Yazılma Tarixi:21.07.2017 14:29:43

Mənə Masallı rayonunun hərbi komisarlığından iyul ayının 28-i nə m çağırışıl vərəqəsi verilib. Hara düşəcəyimi bilməy istəyirəm

Bildiririk ki, qəbul olduğunuz ali təhsil müəssisəsindən qəbul olunmağınız barədə arayışı hərbi qeydiyyatda olduğunuz Xidmətin Masallı rayon şöbəsinə təqdim etdiyinizə görə Sizə təhsilinizi bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilib.
Pərviz Soruşur Yazılma Tarixi:21.07.2017 14:01:50

Salam,XoleLitiazis,Keskin xolestit elametleri tesbit edilmedi. diaqnozu qoyulan cagirisci herbi xidmete yararli hesab olunur?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. 
Zəfər Soruşur Yazılma Tarixi:21.07.2017 12:46:57

Salam Herbi xidmet kecme,veteranliq ucun arxiv araryisi elektron muraciet esasinda nece gune verilir? Vetendasa catdirilma poct vasitesiledi yoxsa nece?

 Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, müvafiq arayışın əldə olunması üçün mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz. Belə ki, arxivə sorğu və hərbi xidmətkeçməniz barədə arayış hərbi biletinizdə olan qeydlərə əsasən verilir.
İlham Soruşur Yazılma Tarixi:21.07.2017 12:31:34

Salam Mən 24.07.2017 tarixində hərbiyə çağrılmışam ama hələ hara düşdüyüm barədə məlumat yoxdur Xaiş edirəm mənə bir cavab yazasız hara düşmüşəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Kənan Soruşur Yazılma Tarixi:21.07.2017 10:41:26

Salam, Men cagirilan vaxtda Komisiyyadan kecmek ucun Cebrayil rayon vayinkamatina getdim. Orda meni bezi yerlere muayinneden kecmey ucun gonderdiler. Lakin muayineden kecdikden sora Helede mene cavab gelmeyib. Nezerinize catdirim ki bir ay muddet kecib artiq. Mene ne zaman cavab gelecek ? Cagiris olacaqmi ? Olacaqsa niye indiye qeder uzanib bu qeder ? Kiminle elage saxlayaraq melumat ala bilerem ?Xahiw edirem meni deqiq melumatlandirin.

Bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən (08.08.2017-ci il tarixdə) şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:21.07.2017 10:23:46

Salam, 25 iyul tarixində hara düşdüyüm bilinməsə oktyabrda gedəcəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Fərid Soruşur Yazılma Tarixi:21.07.2017 01:04:15

Salam,xaiş elirəm bi cavab yazin,mənim ayaqimin altinda düzlük var,komisyadan keçdim məni 3 sayli xəstəxanaya rentgenə göndərdilər,iyunun 29-u cavablar çixanda vainkamatda siyahida adim çixmadi,soruşdum mənə didilər herbi xidmətə yararsizsan 2-ci dəfə yoxlanilacaqsan baş idarədə,başqa heçnə.indi mən nə vaxt yenidən yoxlamadan keçəcəm??

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Cədvəldə sətir sayı :14897