Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Soruşur Yazılma Tarixi:20.07.2017 18:01:20

salam necesiz men muraciet vasitesle baxdim melumatlari duzgun yerine tyetirdim melumat gelmedi esger getmekle baqli xais etsem menim yerime baxa bilersiz hara dusmusem doqum gunum31.05.1999 xais tsem email veya 0705130213 nomresine xeber ede bilersini?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Ziya Soruşur Yazılma Tarixi:20.07.2017 13:34:30

Cagriş 20 sine yazilib bes niye cavab cixmadi duwmeyimin 20 si demiwdiler cixacaq

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Hüseyn Soruşur Yazılma Tarixi:20.07.2017 12:37:18

Salam.men exinakokdan emeliyat olmuwam.vayankumat meni qospitala gonderdi.orda dedilerki emeliyyatin 3 ili bitende herbi xidmete gedeceysen.bilmey isdeyiremki azarbaycan qanunlarinda belebir madde varmi?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 
İmamverdi Soruşur Yazılma Tarixi:20.07.2017 11:01:10

Salam Məndə öddaşı xəstəliyi (15.3 mm) diaqnozu ilə Bakı şəhərinə müayinəyə göndərilmişəm, cavabımın gəlmədiyi deyilir. Müayinədən keçdiyim tarix 05.06.2017. Qeydiyyatda olduğum Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Goranboy rayon şöbəsi

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Zəkəriyə Soruşur Yazılma Tarixi:20.07.2017 10:53:28

Salam. Mən Süleymanov Zəkəriyə İlham oğlu 20.07.2017 tarixinə həqiqi hərbi xidmətə cağırısım var amma men xidmət edəcəyim Hərbi hissənin adını bilmirəm. Xahis edirəm mənə komək edin.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Ədalət Soruşur Yazılma Tarixi:20.07.2017 02:48:37

Salam.Məni SHXÇDX-nin Sabunçu rayon şöbəsindən yoxlanış üçün qospitala göndərdilər.Yoxlanışdan keçdim və nəticə etibari ilə yararlıyam (bunu həkimlər şifahi olaraq orada mənim sualıma əsasən təsdiqlədilər).Ancaq mənə bildirilir ki,oktyabr ayında mən xidmət etmək üçün yenidən çağırılacağam.Sualım budur ki,mən yararlıyam və nə üçün iyulda xidmətə getmirəm ancaq oktyabrda yenidən komissiyadan keçməliyəm ?

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Sabunçu   rayon idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına 18.07.2017-ci il tarixdə təqdim olunmusunuz.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Sabunçu   rayon idarəsiinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Amil Soruşur Yazılma Tarixi:19.07.2017 19:26:58

salam SHXCHDX ya ishe qebul uchun hansi senedler teleb olunur?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Xəyal Soruşur Yazılma Tarixi:19.07.2017 17:51:35

20 si cağriş vereqesi verilib amma bu gunə qədər bilmirem hara duşmuşəm 20 si gunu də hərbi hissəyyə gonderilecəm bunu bilmək isterdim xahiş edirem bir cavab verəsiniz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Saləddin Soruşur Yazılma Tarixi:19.07.2017 17:12:33

Salam mən Sadıqlı Saləddin yazıb sizdən xaiş edirəm ki , qeydiyyatda olduğum Bakı şəhəri Yasamal rayonu N.Nərimanov 103 de yerləşən Səfərbərlik və Hərbi xidmətə Çagırış idarəsinə müraciət edəsiniz ki mənə tibbi muayinədən kecmək ücün sənəd versinlər cunki komisiyada mənim gozümdə problem ola ola məni muayinə etmedən yararlı yazdılar şikayət etdim baxılmadı .15.07.2017 tarixində müraciət etdikdə isə mənə deyildi ki gecikmisiz. Mənim gözümdə isə (R) S -6.50. C -2.50. A 160. S.E -7.75 (L) S -5.00. C -4.00 . A 180. S.E -7.00. Xaiş edirəm bu problemi həll edəsiniz .

Məlum olmuşdur ki, Siz, 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Yasamal rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək, sərəncamla Dövlət Sərhəd Xidmətinə təyin olunmusunuz. Əlavə olaraq bildiririk ki, səhhətiniz ilə əlaqədar xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:19.07.2017 15:17:30

salam. bildirirsiniz ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları ayin 25-i aciqlanacaq. amma mene herbi komisarliqdan bildirilib ki, ayin 20-i burda ol apaririq. hansi herbi hisseye teyin olundugum aciqlanmadan meni aparmaq huquqlari var? onceden teskkurler

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Cədvəldə sətir sayı :14897