Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cəmil Soruşur Yazılma Tarixi:17.07.2017 15:04:14

Salam mən Azərbaycan Texniki Universitetinin Enerji maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavriat pilləsini bitirmişəm. Hal - hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura pilləsində, İstilik Elektrik Stansiyalarında su və yanacaq ixtisası üzrə təhsil alıram. 2 - ci kurs tələbəsiyəm və gecə smenində oxuyuram. Texniki ixtisas üzrə təhsil almağıma baxmayaraq, qeydiyyatda olduğum Hərbi Komissarlıqda mülkü vətəndaş kimi çalışmaq istəyirəm. Bununla belə MS Word, MS Excel, MS PowerPoint, MS Access - proqramlarını yüksək səviyyədə bilirəm. Bütün bu üstünlüklərimi nəzərə alaraq mən qeydiyyatda olduğum Hərbi Komissarlıqda mülkü vətəndaş kimi çalışa bilərəm və qəbul şərtlərinə uyğun olaraq hansı sənədlər tələb olunur ?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Kənan Soruşur Yazılma Tarixi:17.07.2017 14:15:48

Məni Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi Bakı Respublika Mərkəzi klinikaya Müayinnə üçün yazıb.Əgər maddi vəziyyətim imkan vermirsə Bakıya getməyə Bu halda mən nə edə bilərəm ?.Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsindən maddi kömək almaq olarmı?

Müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmış və Sizin qısa müddət ərzində tibbi şəhadətləndirilməniz üçün Xidmətin Lənkəran rayon şöbəsinə göstəriş verilmişdir. Odur ki, Sizin qeydiyyatda olduğunuz Xidmətin Lənkəran rayon şöbəsinə getməyiniz vacibdir.
Elgün Soruşur Yazılma Tarixi:17.07.2017 11:24:16

Salam. Mən Neftçala rayon şöbəsinə qeydiyyatlıyam və keçən ildən bu yana yuvadılıram və məni bir neçə xəstəxanalara göndəriblər . Hələdə heç bir xəbər verilmir. Zəhmət olmasa siz dəqiq məlumat vərəsiz. Təşəkkürlər..

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Neftçala   rayon  şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz.          Müəyyən edilmişdir ki, Siz 16.05.2017-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.          Odur ki, Sizin möhlət müddətiniz bitdikdən sonra təkrar  tibbi şəhadətləndirildikdən sonra  barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Əskər Soruşur Yazılma Tarixi:17.07.2017 11:24:09

Vayonkamatan ayin 20 sine cagiris kagizi veribler ama hara dusduyum bilinmir.Sizce niye?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
cavad Soruşur Yazılma Tarixi:16.07.2017 18:37:08

salam.mən müayinədən keçən zaman dərimdə alergiyanın qalığ əlamətləri aşkar olunub.hərbi xidmətə yararlıyam?yaralıyamsa bu ay gedəcəm yoxsa müalicə olunub oktyabr ayında?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
cavad Soruşur Yazılma Tarixi:16.07.2017 18:29:19

salam.men iyun ayinin-29 muayineden kecmiwem deride alergiyaya gore.muayinenin cavabinda alergiyanin qalig elametleri yazilmisdi.bu cavabla men herbi xidmete iyul ayinda gedecem yoxsa mualice olunub oktyabr ayinda?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Rəşad Soruşur Yazılma Tarixi:16.07.2017 16:45:19

Salam xəstəxanada müayinədən keçmişəm hələ bir xəbər yoxdu mən oktyabra qalma ehtimalım var?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə  təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elnur Soruşur Yazılma Tarixi:16.07.2017 14:24:17

Salam, mənə çağırış vərəqəmə iyul ayının 18-i yazılıb getməyim bəs düşdüyüm yer nə vaxt bilinəcək?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Elvin Soruşur Yazılma Tarixi:16.07.2017 10:27:25

Salam bu ayin 20 deqiq bilinecek hara dusduyumuz yer?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
RƏHMAN Soruşur Yazılma Tarixi:16.07.2017 08:43:48

Salam menim cagiris vereqemde 17si gosterilib cagirilis sizse saytda novbeti yerlesmenin 20 iyuldan sonra aciglanacagini deyirsiniz bu mumkundurki 17si gedmeli olum düşeceyim yeri bilmeden?yoxsa 20sinden sonra da gedsem olar?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Cədvəldə sətir sayı :14897