Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseynağa Soruşur Yazılma Tarixi:12.07.2017 03:40:46

Salam. Həyatımın qalan hissəsini dövlətə xidmət edərək yaşamag istəyirəm.Musiqi kollecini bitirmədiyimə görə əsgərlik xidmətində olmamışam.Elə bir şansım və yaxud hansısa bir yolum varmı təlim və təhsil alarag hərbidə xidmət edim.hərbi təlimlərdə iştirak etmək istəyirəm.Hər bir sahədə Dövlətə Xidmət arzusundayam.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün möhlət yalnız bir dəfə verilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
İsmət Soruşur Yazılma Tarixi:11.07.2017 18:56:35

Salam mən müayinədən keçən zaman ürəyimdə sağ ayaqcığın natamam blokadası aşkar olundu.Mən hərbiyə yararlıyammı?

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən:”His dəstəsinin sağ ayaqcığının natamam blokadası”  olan çağırışçılar “ Hərbi xidmətə yararlı” hesab edilirlər.
Nemət Soruşur Yazılma Tarixi:11.07.2017 15:57:25

Salam hər vaxtınız xeyir.Mən 2-dəfə bura sualımı yazıb göndərmişəm, amma heç birinə cavab verilməyib .Bunun səbəbi nədi?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.  Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nizami Soruşur Yazılma Tarixi:11.07.2017 13:59:45

Salam.Mən 21 herbi xidmətə gedirəm 20 cixacax burda cavablar.Bawqa hara muraciet ede bilerem biraz tez orgenim

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Sərvət Soruşur Yazılma Tarixi:11.07.2017 01:09:45

Salam menim 11.10.1999 ile okyabrin 11 18 yasin tamam olur ve esgerliyimin vaxtdi ve menüm 18 yasin tamama olanda men oktyabrda esger gedecem yoxsa yanvarda ? Xais edirem aciq yazin

Bildiririk ki, 18 yaşı 2017-ci ilin oktyabr ayının 11-də tamam olmuş vətəndaşlar həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  
Nemət Soruşur Yazılma Tarixi:10.07.2017 22:44:50

Salam hər vaxtınız xeyir 2-dəfə sual vermişəm amma cavab vermirsiz .Səbəbi nə ola bilər?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.  Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
RAHİD Soruşur Yazılma Tarixi:10.07.2017 22:30:16

Salam mənə 24di iyül hərbiyə yola düşməyi deyiblər mən geddim görüm hara düşmüşəm diyilər hələ gəlmiyib 20sinə qədər gələcəy haminda gəlb məndə gəlmiyib niyə bu qədər gec?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Radim Soruşur Yazılma Tarixi:10.07.2017 18:38:22

Salam. Bilmey isderdimki 2ci dereceli pence yastisi esgerliye yararlidi yoxsa yox?

Çağırışçıların II dərəcəli yastıayaqlılıq xəstəliyi üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən ayaqın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozunun mərhələsindən asılı olaraq aparılır.
Rüstəm Soruşur Yazılma Tarixi:10.07.2017 14:21:48

Hər vaxtınız xeyr mən Səbail rayon qeydiyyatındayam bütün həkimlərdən keçdim çağırış vərəqəsini İyul ayının 1-nə verdilər. Sonra yenidən komisarlıqdan zəng gəlldi dedilərki yaşayış yerindən arayış birdə ki Azərbaycan Respublikasının nə vaxt vətəndaşlığını qəbul etmişəm. Mənim anam rəhmətə gedib.Atam 2-ci qrup Qarabağ əlilidir. Özümdə evin tək uşağıyam. Məni əsgərliyə getmə ehtimalım var?

 Bildiririk ki, ailənin tək övladlarının həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
İsmət Soruşur Yazılma Tarixi:10.07.2017 13:34:46

Salam.Mən həkim yoxlanışından keçərkən ürəyimdə sağ ayaqcığın natamam blokadası aşkar olundu.Mən hərbiyə yararlıyam?

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən:”His dəstəsinin sağ ayaqcığının natamam blokadası”  olan çağırışçılar “ Hərbi xidmətə yararlı” hesab edilirlər.
Cədvəldə sətir sayı :14890