Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:04.07.2017 00:20:23

Salam. Men bu il bakalavr tehsilimi bitirmişrm ve magistratura imtahanlarında ugurlu betice göstererek ADİU ne daxil olmuşam. Men sizde melumat almaq isteyirem ki, cagrişçının qeydıyyat senedinde menim senedime ne zaman möhlet hüququ verilmesi haqqında peçat vurulacaq? Men bütün lazımı senedleri qeydiyyatda olduqum komisarlıqa teqdim etmişem amma hele deqiq cavab verilmeyib

Bildiririk ki, Respublikanın ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul imtahanlarından müvəffəqiyyət qazanmış çağırışçıların adlı siyahısı Dövlət İmtahan Mərkəzindən Xidmətə təqdim olunmuşdur. Bununla əlaqədar qəbul olduğunuz ali təhsil müəssisəsindən qeydiyyatdan keçdikdən və qəbul olunmağınız barədə arayışı hərbi qeydiyyatda olduğunuz Xidmətin Nəsimi rayon idarəsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:03.07.2017 22:04:50

Salam men iyulun 24 xidmete cagırılmışam. Ama hara dusduyumu yazıram cavab olaraq gönderilen. Melumata uygun cagirişçı yoxdu yazilir birde hacan deqiqliknen bilecem hara dusduyumu

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əliəkbər Soruşur Yazılma Tarixi:03.07.2017 18:56:52

Hansi herbi hissede xidmet edecem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Səfər Soruşur Yazılma Tarixi:03.07.2017 18:37:45

Mən 9100 sms gonderdim mene bele bir cavab geldi. Gonderilen shexsiyyet vesiqesi nomresine uygun chagirishchi tapilmadi. SHXCHDX. Nece oyrene bilerem hara dusduyumu

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Məhəmməd Soruşur Yazılma Tarixi:03.07.2017 18:23:05

Salam dostum Gələn il Magistraturanı qurtaracaq. Keçən il çıxan Magistrlara Möhlət hüququndan faydalanaraq Hərbi Xidmətə getməyib. Gələn İl Almaniyada Doktoranturaya qəbul olacaq bu halda Hərbi Xidmətə gedib sonra oxumalıdır yoxsa Doktoranturayada möhlət hüququ verilir ? Xaricdə Oxuyacaq bunuda nəzərə alın.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Səfər Soruşur Yazılma Tarixi:03.07.2017 14:30:00

Men hansı rayona ve de hansı herbı düşmüşəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Elvin Soruşur Yazılma Tarixi:03.07.2017 13:18:44

Salam mən iyulun 24 gedirəm xidmətə ama düşdüyüm yer bilinmir hacan bilinecey?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:03.07.2017 11:42:41

Salam mən iyul ayinin 24 gedirəm xidmətə ama cixmayib hansi qosun novunə dusməyim yazılırki göndərilən məlumata uygun çagırışçı tapılmadı məlumatı haçan öyrənə bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Şahbaba Soruşur Yazılma Tarixi:02.07.2017 19:49:14

Castin nomresini bilmek isteyirem?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:02.07.2017 15:58:35

Salam Mən Bərdə şəhərindən İyul ayının 3də xidmətə getməm üçün çağırılmışam.Lakin, ayın 30 dan etibarən bu saytda bə eləcədə mesaj vasitəsiylə mənə bildirilirki belə bir çağırışçı mövcud deyil.Yerli Hərbi kamisarlıqdanda ayın 15 dən sonraya qaldığım bildiririlib.Bunun haqqında sizdən ətraflı məlumat istiyirəm.Ən böyük qorxum oktyabra qalmağımdı.ehtimal varmı elə bir şeyə??

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Bərdə rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Cədvəldə sətir sayı :14897