Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nihad Soruşur Yazılma Tarixi:01.07.2017 15:27:10

Salam.Mən İtalyada mağistraturada təhsilimi davam etmək hüququ qazanmışam.Ancaq Bildiriş məktubum ğec ğəldiyi üçün Hərbi Komisarlıq iyul 2017 ihərbi xidmətə çagırıb və xidmət edəcəyim hərbi hissədə məlumdur.Bilmək istəyirəm mənə iyul 2017 çagırışından möhlət hüququ hansı qaydada və necə verilə bilərmi ? Təşəkkür edirəm.

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.  
Nihad Soruşur Yazılma Tarixi:01.07.2017 15:17:38

Salam.Mən bu il Azərbaycan İqtisad Universitetini bitirib İtalyada magistraturaya qəbul olunmuşam.Sentyabr 2017-ci il tarixdə təhsilimi davam etdirmək üçün İtaliyada olmalıyam.Ancaq Bərdə rayon Hərbi Komisarlıqdan mənə möhlət hüququ verilmir və təqdim etdiyim notarial qaydada təsdiq olunmuş qəbul sənədini əsassız sayır.Bu halda mən hara müraciət etməliyəm?

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.  
Nurlan Soruşur Yazılma Tarixi:01.07.2017 12:57:41

Salamlar dovlet serhed xidmeti hansi şeherlerde yerlesir ? Herbi hissenin nomresin demiller hansi şehere dusmusem komeklik ederdiz

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Mətləb Soruşur Yazılma Tarixi:01.07.2017 11:34:35

Salam mənə iyul ayının 3 nə cağırış gəlib burdada yazıram deyir göndərdiyiniz məlumata uyğun çağırışcı tapılmadı qeydiyyatda olduğum söbədədə yoxdu nece oyrənə bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Şair Soruşur Yazılma Tarixi:01.07.2017 10:42:01

salam men 08.05.1995 tevelludem ancaq Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) de menim dogum tarixim 08.05.1999 yazilib. iyul ayinin 4 u cagiriwdi .bunu duzeltmek ucun men hara muraciet etmeliyem.Bu saytda da 08.05.1999 yazilib zehmet olmasa bu haqda melumat vererdiz

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Cəbrayıl rayon bölməsinə göstəriş verilmişdir.     Odur ki, Siz  təcili olaraq  10.07.2017-ci il tarixdə Xidmətin Cəbrayıl rayon bölməsinə  gəlməyiniz tövsiyə olunur. 
Rüstəm Soruşur Yazılma Tarixi:01.07.2017 09:47:00

Salam. Mənim tanışlarımın hamısı cvbları çıxdı lakin menim hara düşəcəuim barədə melumat yoxdu. nə bu saytda nedeki vainkamatda

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Muraz Soruşur Yazılma Tarixi:01.07.2017 09:45:24

salam, men dovlet serhed xidmetine dusmusem ama bilmirem hansi weherdekine vaynkamat ozu mene deyecek?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Fəxrəd Soruşur Yazılma Tarixi:01.07.2017 08:25:12

Salam.İyul çağırışında hərbi xidmətə gedəcək çağırışçıların hara düşdükləri barədə məlumat sayta nəvaxt yerləşdiriləcək?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. 
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Yasir Soruşur Yazılma Tarixi:01.07.2017 02:51:32

Salam mən hansı hərbi hissəyə düşdüyümü öyrənmək istəyirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İlqar Soruşur Yazılma Tarixi:01.07.2017 02:32:13

Salam,Mən Ali Təhsilliyəm.Bu il Bitirirəm Universiteti.MəNə Rayon Hərbi Komisarlığından Kəsrimin olub olmamsi Barədə Oxuduğum Universitet Rektoruna Məktub Yazmaqları nə dərəcədə Doğrudu? Və Mən 30iyun Tarixində Yekun Dövlət İmtahanını vermişəm .Kimə necə müraciət edim? İyul çağrışında Hərbi Xidmətə Getmək istəyirəm. Sağlamlıq tam yararlıdı Tibbi yoxlanışdan Keçmişəm....Xaiş Məlumat Verin

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  07.07.2017-ci il tarixdə Xidmətin Gədəbəy rayon şöbəsinə gəlməyiniz zəruridir
Cədvəldə sətir sayı :14897