Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Soruşur Yazılma Tarixi:30.06.2017 21:00:37

Salam hamıda hara duwduyu bilinir amaki men mesaj gonderirem mesaj gelirki bele bir cagiriwci yoxdur. Napravlenya ile Bakıya gondermiwdiler ordada yararlı yazıldı. Men indi iyul ayında esger gedecem ya yox ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əyyub Soruşur Yazılma Tarixi:30.06.2017 20:01:30

Salam herbi hekim komissiyasindan kecdim ve kagizima ayaqlarimdan dizlerime gore 65Ç mehdudiyyet yazdilar bunun herbi xidmetime ne kimi maneəleri olacaq xahis edirem cavablandirasiniz ?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Sultan Soruşur Yazılma Tarixi:30.06.2017 19:41:03

Salam mən gizirlik kursu üçün hansı sənədlər lazımdı onları bilmək istəyirəm.Xahiş edirəm cavablandırasınız.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz.
əzəmət Soruşur Yazılma Tarixi:30.06.2017 19:26:59

muradov əzəmət hacıqulu oğlu hansı hərbi hissəyə düşüb

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Xəyal Soruşur Yazılma Tarixi:30.06.2017 19:09:47

Salam.Mənə çağırış vərəqəsi iyulun 15-nə gəlib.Xidmətin saytında baxıram ama hara düşdüyüm barədə göndərilən məlumata uyğun çağırışcı tapılmadı deyir.Hara düşdüyümü necə bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İlkin Soruşur Yazılma Tarixi:30.06.2017 18:53:22

Hansi herbi hissede quluq edecem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əlihüseyn Soruşur Yazılma Tarixi:30.06.2017 18:36:36

Salam. mənim sualim odu ki. mən 052 nömrəli herbi hissəyə düşmüşəm .ama hansı rayonda yerləşdiyin bilmirəm. zəhmət olmasa 052 nömrıli hərbi hissənin hansı rayonda yerləşdiyin mənə bildirərdiz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nizami Soruşur Yazılma Tarixi:30.06.2017 18:32:01

Men ayin 21ri herbiye cagrilmisam burdada yaziram cixmir deyir gonderdiyiniz melumata uygun sexs tapilmadi nece oyrene bilerem hara dusduyumu

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Qəhrəman Soruşur Yazılma Tarixi:30.06.2017 17:13:50

Salam. Artiq iyunun 30 dur. Ancaq mən informasiyamı sayta daxil edirəm. Yazılırki belə bir çağırışçı yoxdu. Bu necə ola bilər. Aydınlıq gətirin buna. Qeyd edimki iyulun 3 de çağırışım var.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Telman Soruşur Yazılma Tarixi:30.06.2017 15:54:39

Mən 9100 xidmətindən və elektron xidmətdən istifadə etmişəm buna baxmayaraq hansı hərbi hissədə xidmət edəcəyimi öyrənə bilmirəm. Təhsilimlə bağlı başqa şəhərdə olduğum üçün qeydiyyatda olduğum səfərbərlik bölməsinə müraciət edə bilmirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14890