Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səhman Soruşur Yazılma Tarixi:29.06.2017 18:59:55

Salam. Mən bilmək istiyirəm ki, Mənim dostum (Ruslan Yusibov Zakir oğlu 10.06.1999 Şəmkir Rayon Şöbəsi) Dövlət Sərhəd Qoşunlarına qulluq üçün çağırılıb. Amma hərbi hissənin nömrəsini yazmıyıblar bilə bilərəm neçə nömrəli hərbi hissədə qulluq edəcək? Xahiş edirəm cavablandırın.

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
EMİL Soruşur Yazılma Tarixi:29.06.2017 18:30:31

Salam Men 2013 de DSX herbi xidmətdə Olmuşam ve 2 ay xitmet etmişəm xesteliyime göre texris olundum. Ve Indi Tam Saxlamam Ve Herbi Xitmete Getmek istiyirem bunun üçün Nə Etmeliyəm. Bir də ki Herbi xitmete getsem Yene DSX ya düşe bilerem. Ve 2 ay xitmet etdiyim 1,6 aydan çixilacaq ya yox ?

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Natiq Soruşur Yazılma Tarixi:29.06.2017 18:18:20

Salam menim cagiris vereqem iyul ayinin 3 ne yazilib hem internet vaistesiyle hemde 9100 la yoxlayiram netice ise yoxdu deyir bele cagirisci tapilmadi neyleyim?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Yusif Soruşur Yazılma Tarixi:29.06.2017 18:15:44

Mən İyul çağırışçısıyam ama mən hara düşdüyüm haqda məlumat ala bilmirəm qeydiyyat olduğum rayon şöbəsindən məni 5saylı xəstə xanaya göndərdilər 2həftədən çoxdur keçmişəm həkimnən hələ də cavab yoxdur xahiş edirəm bununla maraqlanarsız . Təşəkkür edirəm

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Emil Soruşur Yazılma Tarixi:29.06.2017 18:10:04

384 saylı hərbi hissə harada yerləşir ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.  
Rustam Soruşur Yazılma Tarixi:29.06.2017 18:01:39

Salam Mən iyul çağırışçısıyam ama hara düşdüyümü öyrənə bilmirəm necə öyrənim?

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:29.06.2017 17:58:07

Salam her vaxtiniz xeyr olsun uzur isteyirem sizden zehmet olmasa deyerdiniz bilmek isterdim qardasim Xankisiyev Nahid Server oglu hansi herbi hisseye dusub

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
bayram Soruşur Yazılma Tarixi:29.06.2017 17:53:36

2012 sayli herbi hisse harada yerlesir xahis edirem cavab veresiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.  
Rəşad Soruşur Yazılma Tarixi:29.06.2017 17:50:06

Salam men 9100 a sms gonderdim ...cavab olaraq DSX geldi...daha aydin melumatladira bilersizniz??

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Adgözəl Soruşur Yazılma Tarixi:29.06.2017 17:39:48

Salam mən DSX düşmüşəm ama hansi rayon olduğu haqda məlumat yoxdu necə öyrənə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Cədvəldə sətir sayı :14890