Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yusif Soruşur Yazılma Tarixi:29.06.2017 18:15:44

Mən İyul çağırışçısıyam ama mən hara düşdüyüm haqda məlumat ala bilmirəm qeydiyyat olduğum rayon şöbəsindən məni 5saylı xəstə xanaya göndərdilər 2həftədən çoxdur keçmişəm həkimnən hələ də cavab yoxdur xahiş edirəm bununla maraqlanarsız . Təşəkkür edirəm

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Emil Soruşur Yazılma Tarixi:29.06.2017 18:10:04

384 saylı hərbi hissə harada yerləşir ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.  
Rustam Soruşur Yazılma Tarixi:29.06.2017 18:01:39

Salam Mən iyul çağırışçısıyam ama hara düşdüyümü öyrənə bilmirəm necə öyrənim?

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:29.06.2017 17:58:07

Salam her vaxtiniz xeyr olsun uzur isteyirem sizden zehmet olmasa deyerdiniz bilmek isterdim qardasim Xankisiyev Nahid Server oglu hansi herbi hisseye dusub

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
bayram Soruşur Yazılma Tarixi:29.06.2017 17:53:36

2012 sayli herbi hisse harada yerlesir xahis edirem cavab veresiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.  
Rəşad Soruşur Yazılma Tarixi:29.06.2017 17:50:06

Salam men 9100 a sms gonderdim ...cavab olaraq DSX geldi...daha aydin melumatladira bilersizniz??

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Adgözəl Soruşur Yazılma Tarixi:29.06.2017 17:39:48

Salam mən DSX düşmüşəm ama hansi rayon olduğu haqda məlumat yoxdu necə öyrənə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Kamran Soruşur Yazılma Tarixi:29.06.2017 17:12:37

Salam məni iyunun 7si travmatologiya institutuna skalioz diaqnozu ile yoxlanışa yolladilar yoxlandim və heç bir problem olmadigi deyildi yəni yararliyam, ve bugunde çagirişçilarin hara dusduyu bilindi ama menim hara dusduyum bilinmedi ununiyetle bele cagirişci olmadigi yazildi, Agstafa rayonunda qeydiyyatdayam oranin vayenkomati ile maraqlandim dedilerki senin senedlerin hele gelmeyib, men bilmek isterdim menim senedlerim ne vaxt gelecek? Men bu cagiriş esgerliye gede bilecem ya yox? Xahiş etrafli melumat vererdiz

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Ağstafa rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
ELCAN Soruşur Yazılma Tarixi:29.06.2017 16:43:45

herbi xidmete hara dusmusuz

Bildiririk ki, özünüz haqqında olan məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:29.06.2017 15:18:17

Salam men hekim komisiyasindan kecmisem amma mene ferdi cagiris vereqesi verilmeyib bunun sebebi nedir

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır
Cədvəldə sətir sayı :14897