Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:06.07.2017 23:28:18

salam. mene 2015 ci ilde yarasiz veribler.ve men bununla razi deyilem,2 ci dereceli... yarasiz yazilmagindan xeberim yox idi bu il oyrendim. kamisiyalara aparirdilar ancaq hecne demirdiler. men bununla razi deyilem,legv etmek ve herbi xidmete getmey isdirem.nece legv etmey olar? tekrar herbi kamisiyadan kecirde bilerler?

Bildirilir ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin tələblərinə əsasən müəyyən edilir.             Eyni zamanda nəzərinizə çatdırırıq ki, sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə yararsız olan  vətəndaşların hərbi xidmətə göndərilməsi qanunvericiliyin tələblərinə ziddir.   
Niyaməddin Soruşur Yazılma Tarixi:06.07.2017 19:14:12

Salam, çagırış vərəqəsində 21 iyul hərbi xidmətə çağırıldığım qeyd olunub. Bilməy istərdim, xidmətə başlıyacağım gün , iyulun 1dən hesablanır yoxsa iyulun 21 dən ?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.1-ci maddəsinə əsasən çağırışçılar üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır.
Elvin Soruşur Yazılma Tarixi:06.07.2017 10:50:03

Salam. Hər vaxtınız xeyir. Mən ehtiyatda olan zabitəm. Bütün hüquq və vəzifələrimi haradan oxuya bilərəm? Əgər bu bir külliyatda deyilsə, konkret külliyatların maddələrinin nömrələrini yazmağınızı xahiş edirəm. Təşəkkür edirəm.

Normativ hüquqi aktların vahid internet elektron bazasına (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (www.huquqiaktlar.gov.az) daxil olmaqla hərbi qanunvericiliyə dair normativ hüquqi aktları əldə edə bilərsiniz.
Kənan Soruşur Yazılma Tarixi:06.07.2017 10:19:12

salam mene iyul ayinin 3 ne caqiris gelib amma hele men bilmirem hansi herbi xidmete dusmusem xahis ediremki mene melumat veresiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Emin Soruşur Yazılma Tarixi:06.07.2017 01:19:34

Mən İtaliyada magstr dərəcəsində təhsil almaq üçün qəbul almişam ancaq ödənişli təhsil olduğu üçün könüllü sürətdə ərizə yazaraq hərbi xidmətə getmək üçün müraciət etmişəm lakin,sonrada mənə İtaliyada digər bir universitetdən ödənişsiz təhsil haqqı qazanmışam.Sualim odur ki,mən yazdığım könüllülük ərizəsi ləğv oluna bilər mi?

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  10.07.2017-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsinə gəlməyiniz zəruridir. 
Valeh Soruşur Yazılma Tarixi:05.07.2017 23:57:43

Salam mən iyul ayının 4ünə xidmətə çağırılmışam ama hələ də düşdüyüm yer barədə məlumat tapılmır..çağırışçı tapılmadı yazılır . Nəvaxt və necə öyrənə bilərəm hara düşdüyümü?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Səfər Soruşur Yazılma Tarixi:05.07.2017 21:34:31

Herbi chagirishchilar komissarliqdaki hekimlerin gonderishi ile hekim komissiyasindan kechenden sonra yeniden herbi hissede yoxlanilir? yoxsa bu ancaq DQ,DSX ve sairlerinde bash verir?

Bildiririk ki, çağırışçılar təyin olunduqları hərbi hissələrə təhvil verilən zaman  yenidən tibbi müayinədən keçirilərək qəbul olunurlar. 
Zaur Soruşur Yazılma Tarixi:05.07.2017 12:49:06

Hara düşdüyümü bilmək istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Sərvin Soruşur Yazılma Tarixi:05.07.2017 01:19:39

Men sehhetimle bagli 6 aydan bir cagiris gelirdi. Indi gelmiyib. Sebebin soruwmag istiyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Süleyman Soruşur Yazılma Tarixi:04.07.2017 19:54:03

Salam. Hərbi həkim ekspertizasindan keçmişəm. Revmatizma qeyri fəal mərhələ mitral qapağın birinci dərəcəli prolapsı, his dəstəsinin sağ ayaqcığının tam blokadası. Hərbi xidmətə yararlılıq kateqoriyamı bilmək istəyirəm ?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “c” maddəsinin I qrafasına əsasən: “Revmatizm, qeyri-fəal mərhələ. Mitral qapağın birinci dərəcəli prolapsı. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası” diaqnozu təyin edilən çağırışçılar “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlıdır” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897