Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əhməd Soruşur Yazılma Tarixi:22.07.2017 23:38:14

Salam.men 2017ci ilin iyul ayinda əsgər getməliyəm.lakin mənə cagiriş gəlməyib ,Mən bilməy istəyirəm mən bu ay gedə bilərəm yoxsa qalmişam oktyabir cagirişina?,bu ay getməy istəyirəm bu mümkündür?

Araşdırma nəticəsində müəyyən edilmişdir ki,  Xidmətin Biləsuvar rayon şöbəsinə gəlmədiyiniz üçün Sizi tibbi müayinəyə göndərmək mümkün olmamışdır.                Qeyd edirik ki, növbəti çağırışa cəlb olunmanız üçün Xidmətin Biləsuvar rayon şöbəsinə müraciət etməyinizi tövsiyə edirik. 
Xəyal Soruşur Yazılma Tarixi:22.07.2017 20:00:11

Salam. Vayonkmat deyirilir ki, 24 artıq xidmətə gedirsən. Mənim çağırış vərəqəm 20-dir. Yerimi nə vaxt biləcəm. 24 gedəcəm yoxsa 25 sonra. Zəhmət olmasa məlumat verərdiniz.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Ramin Soruşur Yazılma Tarixi:22.07.2017 19:47:50

salam men eknakok emeliyyati kecirmisem iki il evvel indi muayineden sonra yararli yazilib iyulun 20ne cagiris verilib indi men herbi gedecem yoxsa sonradan yararsiz yazilacag birdeki nevaxt bilinecey

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            
Əli Soruşur Yazılma Tarixi:22.07.2017 19:01:51

Mən hərbi xidmətimi harda keçirələcəyimi bilmək istəyirəm. Zehmet olmasa cavab verin.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
ismayıl Soruşur Yazılma Tarixi:22.07.2017 18:21:31

SALAM MEN 24 İYUL HERBİ CAGRİSA YOLA DUSECEM AMA HELEDE HARA DUSDUYUM BELLİ DEYİL NECE OYRENE BİLEREM?HARA DUSMUSEM?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Rəhman Soruşur Yazılma Tarixi:22.07.2017 16:16:04

Salam.2015 ilde men 1995 ci il tevelludlu Osmanov Rehman Urufayil oglu Qebele rayon herbi komissarligindan herbi xidmete cagirilmali idim amma muayine zamani dizimde oskot slattder xesteliyi askar edildi.ve 2 il muddetinde 6 aydan bir muayinelere getdim ve dizimde hec bir sagalmayla bagli irelileyiw olmadigini bildirdiler.ve 2017 cil il iyulun 12si mene A3-le yararli oldugum bildirildi iyulun 20sine herbi cagiriw geldi.amma dizimdeki xestelikde hec bir deyiwiklik yoxdu xahiw edirem bu haqda melumat veresiniz ve bu A3le yararli olmaq haqda mene melumat veresiniz

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək sərəncamla 100 saylı hərbi hissəyə təyin olunmusunuz. Əlavə olaraq bildiririk ki, səhhətiniz ilə əlaqədar xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət edə bilərsiniz.
Əli Soruşur Yazılma Tarixi:22.07.2017 15:37:29

Salam.Dəqiq bilmək istəyirdim ki, 25i gedəcək olanların siyahısına adım yazılıb? Səbail komisarlığına Ərizəylə müraciət etmişdim 29 iyunda. Xahiş edirəm məlumat verəsiniz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Rahid Soruşur Yazılma Tarixi:22.07.2017 13:36:48

Salam, Menim 18 yasim aprelde tamam olub ama esgerliye cagirmadilar iyul ayinda yoxlanisa gettim dediler cagiracayig ama cagirmadilar deyirlerki avqusta gondereceyik bele bir sey ola biler

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Ağsu rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Məhərrəm Soruşur Yazılma Tarixi:22.07.2017 13:35:38

Salam,bilmek isteyirem ki men iyul cagirisinda esger gedecem ya oktyabr cagrisina qalacam? Tewekkur edirem.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. 
Orxan Soruşur Yazılma Tarixi:22.07.2017 13:20:58

Salam mən iyul çağırışçısıyam və məndə ağciyərimdə müəyyən problemlər olduğu üçün məni Bakı şəhərində yerləşən Ağciyər xəstəlikləri inistituna müayinə üçün göndərdilər.Orada müayinədən keçdim və nəticələr yaxşı olduğu halda cavablar yerli hərbi kamisarlığa gec göndərilir deyə mənə oktyabr ayına qaldığım bildirilib.Bilmək istiyirdim ki, bu nə dərəcədə düzgündür? cavablar 20 gün ərzində hərbi kamisarlığa verilə bilməzdimi?

Məlum olmuşdur ki, 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmiş və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14897