Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:01.08.2017 11:06:59

iyul ayinin 12 si herbi hekim komissiyasindan kecmisem 3 ay muveqqeti yararsizdir Cixib baremde Indi men oktyabrda gedecem yoxsa birde Hekim muayinesinden kececem ?eyer birde merkezi hekim komissiyasina gelecemse ne vaxt gelecem?samaxi rayon komissarligindan

Möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əhməd Soruşur Yazılma Tarixi:31.07.2017 20:55:49

salam.mən işə qəbulla bağlı sənədlərimi poçt vasitəsilə göndərə bilərəm?əgər göndərə bilərəmsə hansı formada?(yəni sənədlərin sürətini təsdiq etməyə ehtiyac varmı və anketin xüsusi forması var yoxsa adi anket formas ilə olarmı)

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Ərizəyə əlavə olunan İlkin sənədlər: - tərcümeyi-hal; - şəxsiyyət vəsiqəsinin sürəti; - diplomun sürəti (təhsil haqqında sənəd); - hərbi biletin sürəti. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Pərviz Soruşur Yazılma Tarixi:31.07.2017 11:15:25

Salam bagisliyin narahat eliyirem men tekrar muayineye getdim merkezi hekim komissiyasina Iyul ayinda Bilmey istiyiremki oktyabr cagirisinda celb olunacam xidmete ?

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Şamaxı   rayon  şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz.          Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.          Odur ki, Sizin möhlət müddətiniz bitdikdən sonra təkrar  tibbi şəhadətləndirildikdən sonra  barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:30.07.2017 02:47:06

Salam,mən 2 ay əvvəl komisyadan keçmişəm.Ayaqimin altinda düzlük olduğuna görə 3 sayli xəstəxanada müayinədə olmuşam.Ama nə iyun ayinin 29 - da nədəki iyul ayinin 25 - də ki çaqiriş siyahisinda adim çixmadi,vainkomatdan deyirlərki zəngimizi gözlə.Mən bilməy istəyirəm mən nə vaxt əsgər gedəcəm ? 1 aydi zəng eləmirlər.Vainkomatda jurnalda adim var ama çaqirişçi siyahisinda adim yoxdu,adimin qarşisi boşdu.xaiş edirəm dəqiq bir məlumat verin mənim işim nə olacaq?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən 02.08.2017 ci il tarixdə şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Hamlet Soruşur Yazılma Tarixi:29.07.2017 15:47:01

Həqiqi hərbi xidmətə müraciət etmək istəyirəm.Senedleri elavə et bölməsində Təkcə Ali təhsil diplomunun Yüklənməsi üçün yer ayrılıb.Herbi biletin yüklənməsi üçün yer yoxdur.Bütün bölmələri doldurmşam.amma göndərə bilmirəm.Hərbi bileti istəyir ama onun ucun yer ayrılmayib.nece edə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər göndərilmiş ərizənizə 2049 №-li 13.06.2017-ci il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir.
Elşən Soruşur Yazılma Tarixi:28.07.2017 22:44:48

Salam men gelen cagirisda muveqqeti yararsız katiqoryam ləgv ediləcək ya yox?

Möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əsgər Soruşur Yazılma Tarixi:28.07.2017 21:40:21

Salam men işə qəbul anketi doldurmaq üçün portalda qeydiyyatdan kecirdim e-mailim yanlish yazmişam . Yenidən nə qeydiyyatdan kece bilirem ne etmek olar . Qeyd etdiyim kimi həmin emailde başqasinda ola biler sifirlaya bilerik menim qeydiyyatimi yeniden qeyydiyatdan keçəm . Sağ olun

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, yenidən işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Cavidan Soruşur Yazılma Tarixi:28.07.2017 18:42:19

Başından əməliyyat olmuş şəxs və 4-cü qrup ən ağır dərəcəli xərçəng xəstəsi olan şəxs hərbiyə yararlıdır?

"Bədxassəli yenitörəmələr” (xəstəliyin yayılması və  mərhəsindən asılı olaraq) diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 8-ci maddəsinin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” və ya “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilirlər.
Vəli Soruşur Yazılma Tarixi:28.07.2017 16:07:37

Salam. 06.07.1981-ci ildə Qax rayonunda anadan olmuşam.2002-2003-cü illərdə DSX-nin Sərhəd qoşunlarınd əsgər 2005-2009-cu illərdə Daxili qoşunlarda tağım komandiri vəzifələrində xidmət etmişəm. Ehtiyyatda olan Baş-leytenantam. Hazırda Qax rayon təhsil şöbəsində müqavilə əsasında məsləhətçi vəzifəsində işləyirəm.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq arzusundayam. Bilmək istəyirəm bunun üçün ərizə ilə müraciət edə bilərəmmi. Hazırda 36 yaşımıın olması bu istəyimə mane ola bilərmi. Ümumiyyətlə xidmətə qəbul olunmaq üçün yaş məhtudiyyəti varmı.Əgər varsa neçə yaşdır. Təşəkkür edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Pərviz Soruşur Yazılma Tarixi:27.07.2017 19:55:51

Salam mən bilmək istərdim. əgər qismət olsa 23 yaşında əsgərliyə getsəm mən Xüsusi Təyinatlı Qüvvəllərə secilə bilərəm orda yaş həddi var?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Cədvəldə sətir sayı :14891