Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gülnar Soruşur Yazılma Tarixi:12.08.2017 22:11:39

Salam. Mən bilmək istəyirdim işlə bağlı ərizə təqdim etdikdən sonra təxminən nə qədər vaxta cavab gəlir? Ümumiyyətlə hal-hazırda işə qəbulla bağlı müsabiqələr keçirilirmi? Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı noyabr ayında müraciət etməyiniz tövsiyyə olunur. Nəzərinizə çatdırırıq ki, özünüz haqqında (təvəllüd, ailə tərkibi, təhsil və təhsilə görə ixtisas, əmək fəaliyyəti) ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər.
Sərvət Soruşur Yazılma Tarixi:12.08.2017 22:11:25

Salam mən 1 ci dərcə skalyozum var özüm Azerbaycan cenpiyonuyam idmanciyam yani mən bilməy istiyirəm mən əsgərliyə yaraliyam ? 10 sm 2xi dərcəyə kecmemiwem mualice aliram bilməy isyirəm əsgərliyə yaraliyam ? Xaiş edirəm dəqqiq cavab yazim ?

Hərbi xidmətə çağırış zamanı “I mərhələ skolioz” aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “ç” bəndi ilə hərbi xidmətə yararlı hesab edilirlər.
Rövşən Soruşur Yazılma Tarixi:12.08.2017 17:18:54

Salam. Mən işləmək üçün hansi sənədləri toplamaliyam və hara müraciət etməliyəm? Zəhmət olmasa, məlumat verərdiniz.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyə olunur.
Sadiq Soruşur Yazılma Tarixi:12.08.2017 16:59:35

Salam menim 24 yasim var. Ali tehsilliyem. Herbj xidmeti basa vurmusam . Bilmek isteyirdim ki men yeniden herbi xidmete qayitsam men lieutenant rutbesi ala bilecen ? Yoxsa MAHHX olacam. Evvelceden tesekkur edirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.            Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilərsiniz.
Elvin Soruşur Yazılma Tarixi:10.08.2017 10:35:15

Salam.Mən bu il 9 illik təhsildən Kollece sənədlərimi vermək istəyirəm.Kollec bitirdikdən sonra nə qədər olacaq hərbi müddət? 1il, yoxsa,1 il 6ay?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.     
Pərviz Soruşur Yazılma Tarixi:09.08.2017 17:25:45

Salam,Mene 3 ayliq mohlet verilib menim mohlet vaxtim ne vaxt bitir?vaxtykomat deyir biz bilmiriy senedlerin bize gelmeyib

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün 13.07.2017-ci il tarixdə Xidmətin Şamaxı rayon şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz.          Müəyyən edilmişdir ki, Siz 02.08.2017-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.          Odur ki, Sizə sağlamlıq vəziyyətinizlə əlaqədar olaraq verilmiş möhlət hüququ bitdikdən sonra təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaqsınız və müayinənin nəticələrinə əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:07.08.2017 05:58:02

Salam.Mən iyul ayında hərbi xidmətə yollanacaqdim,amma 3dəfə həkim müayinəsindən sonra ayın axırı dəqiq qərarı öyrənmək üçün hərbi komissarlığa müraciət elədim.Lakin,mənə iyulda hərbi xidmətə getməyəcəyimi və ilk növbədə baş qospitala müayinə olmaq üçün aparacaqlarını dedilər.Artiq avqust ayının ortasına yaxinlaşiriq,amma hələ də bir xəbər yoxdur.Mənə nə dəqiq vaxt dəmirlər nə də başqa bir şey.Mümkun qədər maraqlanardiniz məsələynən.Vaxtim boşa gedir, bilmirem əsgərliyə gedəcəm ya yox,ona görə işimi tarazlıya bilmirəm.Təşkkürlər

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə  təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Eşqin Soruşur Yazılma Tarixi:06.08.2017 09:38:57

Salam Sizə bildirim ki ,oktyabrda əsgər gedirəm men indin xarice cixa bilərəm tətil ücün?

Bildiririk ki, 2017-ci ilin oktyabr çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara avqust ayında sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Pərviz Soruşur Yazılma Tarixi:06.08.2017 00:40:30

Salam,Iyul ayinin 12 si mene 3 ayliq mohlet verilib bilmek istiyiremki oktyabr cagirisinda Yoxlanisdan kececem men ?deqiq bir soz deyin zehmet olmasa yeni bir prablem olmasa Oktyabr gedecem yoxsa ?

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Şamaxı   rayon  şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz.          Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.          Odur ki, Sizin möhlət müddətiniz bitdikdən sonra təkrar  tibbi şəhadətləndirildikdən sonra  barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Emil Soruşur Yazılma Tarixi:06.08.2017 00:24:33

salam men universiteti bitirdikden sonra herbi hekim komissiyasindan kecmek ucun cagirilmisam daha sonra muxtelif xestexanalara gonderilmisem ve sonda aktimda funksiya pozgunlugu qeyd olunub herbi xidmete yararsizam lakin hele yararsiz herbi biletimi almamisam ve bu yaxinlarda bir yaxinimi Turkiye respublikasina universitete qeydiyyat ucun aparmaliyam bilmey isterdimki herbi biletimin olmamagi menim olkeden cixmagima her hansi bir manie ola bilermi,cavabiniz ucun onceden tesekkur

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Sumqayıt şəhər  idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına  təqdim olunmalısınız.  Odur ki, təcili olaraq 11.08.2017-ci il tarixdə Xidmətin Sumqayıt şəhər  idarəsinə gəlməyiniz zəruridir. 
Cədvəldə sətir sayı :14890