Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Namiq Soruşur Yazılma Tarixi:26.07.2017 20:10:19

Salam. Sizin rəsmi saytın elektron xidmətlər bölümündən işə qəbulla bağlı ərizəni göndərirəm, anketlə tərcümeyi halı yazıram, amma əlavə edilən sənədlərdə qeyd etmisiz ki, təhsil haqqında sənədin və hərbi biletin surətlərini elektron formada əlavə etməklə göndərməlidir. Orda isə ancaq Təhsil haqqında sənədi yükləmək üçün yer var, hərbi bilet üçün yer niyə yoxdur, onu hara yükləyək? Tək diplomu da yükləyib müraciəti göndərmək istəyəndə deyilir ki, sənədlərin hamısı əlavə edilməyib. indi nə edək??

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, yenidən işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Pərviz Soruşur Yazılma Tarixi:26.07.2017 18:51:43

Salam Siz zehmet olmasa baxa bilersiz men herbi hekim komissiyasinda muayineden kecdim Neticeni bilmey istiyirem voynkomat Deyir bize gelmiyib hele

Bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz nəzarət qaydasında razılaşdırılmış qrafikə əsasən Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz
Fariz Soruşur Yazılma Tarixi:26.07.2017 11:25:58

Men hara dusduyumu orgene bilmirem.Ayin 20 cagiris vereqesi verib mene amma hara dusduyumu bilmirem.Mene ordan dediler ki get biz zeng edende gelersen. Men de xidmetdeki sayita ad familami yaziram deyir ki bele bir cagrisci tapilmadi.Men hara dusduyumu deye bilersiz

Müraciətinizlə əlaqədar barənizdə araşdırılma aparılması üçün təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
cavad Soruşur Yazılma Tarixi:26.07.2017 10:23:24

salam.dogum tarixim27.08.1997 qeydiyyatda olduğum herbi kamisarlığ Binəqədi rayon hərbi kamisarlıgı. İyun ayinin-29 müayinədən kecmişem dəride alergiyaya göre.müayinənin cavabında alergiyanin qalığ əlamətləri yazılmışdı.Herbi xidmətə iyul ayında getməliydim, bu cavabla mən herbi xidmətə yararlıyam əgər yararlıyamsa müalicə olunub nə vaxt gedəcəm?

Məlum olmuşdur ki, Siz, 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinələrə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Əfqan Soruşur Yazılma Tarixi:25.07.2017 14:30:29

Salam.Mən 05.07.2017 tarixindən 06.07.2017 tarixinə qədər 1 saylı Respublika psixatriya xəstəxanasında stasionar müayinə olunmuşam.Diaqnozumda,yüngül nevrotik reaksiyalar,anamnezində funksional tutmalar yazılıb.Mən amma hərbi xidmətə getməy istiyirəm.Bu vəziyətimdə hərbi xidmətə necə gedə bilərəm?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Təkrar tibbi müayinə zamanı hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) dəqiq göstərilməlidir.
Fariz Soruşur Yazılma Tarixi:25.07.2017 11:50:29

Salam. Meni 20.07.2017 vata herbi xidmete cagiris vereqesi verilib amma hara dusduyumu bilmirem. Mene komek ede bilersiz hara dusduyumu orgenim.

Müraciətinizlə əlaqədar barənizdə araşdırılma aparılması üçün təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Bəhram Soruşur Yazılma Tarixi:25.07.2017 10:07:16

Salam.Mən 14.05.1996 təvəllüdlü Rəhimli Bəhram Kazım oğlunun hansı hərbi hissədə xidmət edəcıyini öyrənmək istəyirəm

           Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:25.07.2017 09:03:34

Salam ayin 25 oldu helede cavab cixmadi oktyabra qaldim indi men ?

Bildiririk ki, sənədləriniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasından Xidmətin Cəbrayıl rayon bölməsinə geç daxil olduğuna görə Sizi 2017-ci ilin iyul çağırışına cəlb etmək mümkün olmamışdır.            Odur ki, Siz Xidmətin Cəbrayıl rayon bölməsi tərəfindən 2017-ci ilin oktyabr çağırışında   müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Bəhram Soruşur Yazılma Tarixi:25.07.2017 07:10:33

Salam.Mən öyrənmək istəyirəm 14.05.1996 təvəllüdlü Rəhimli Bəhram Kazım oğlu hansı hərbi hissədə xidmət edəcək.

           Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
FUAD Soruşur Yazılma Tarixi:24.07.2017 19:31:54

Salam. 22 yasim var herbi xidmete bu ilin oktyabr ayinda celb olunacagim komisarliqdan bildirildi. sualim beledir - xarici olkeye gedmeliyem oktyabrdan sonra dekabr ayina kimi xarici olkede olacam bu zaman menim ucun bir problem yaranar ? olkeye qayidarken men hansisa bir mesuliyyete celb ede bilerler?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Cədvəldə sətir sayı :14897