Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
RAHİD Soruşur Yazılma Tarixi:10.07.2017 22:30:16

Salam mənə 24di iyül hərbiyə yola düşməyi deyiblər mən geddim görüm hara düşmüşəm diyilər hələ gəlmiyib 20sinə qədər gələcəy haminda gəlb məndə gəlmiyib niyə bu qədər gec?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Radim Soruşur Yazılma Tarixi:10.07.2017 18:38:22

Salam. Bilmey isderdimki 2ci dereceli pence yastisi esgerliye yararlidi yoxsa yox?

Çağırışçıların II dərəcəli yastıayaqlılıq xəstəliyi üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən ayaqın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozunun mərhələsindən asılı olaraq aparılır.
Rüstəm Soruşur Yazılma Tarixi:10.07.2017 14:21:48

Hər vaxtınız xeyr mən Səbail rayon qeydiyyatındayam bütün həkimlərdən keçdim çağırış vərəqəsini İyul ayının 1-nə verdilər. Sonra yenidən komisarlıqdan zəng gəlldi dedilərki yaşayış yerindən arayış birdə ki Azərbaycan Respublikasının nə vaxt vətəndaşlığını qəbul etmişəm. Mənim anam rəhmətə gedib.Atam 2-ci qrup Qarabağ əlilidir. Özümdə evin tək uşağıyam. Məni əsgərliyə getmə ehtimalım var?

 Bildiririk ki, ailənin tək övladlarının həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
İsmət Soruşur Yazılma Tarixi:10.07.2017 13:34:46

Salam.Mən həkim yoxlanışından keçərkən ürəyimdə sağ ayaqcığın natamam blokadası aşkar olundu.Mən hərbiyə yararlıyam?

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən:”His dəstəsinin sağ ayaqcığının natamam blokadası”  olan çağırışçılar “ Hərbi xidmətə yararlı” hesab edilirlər.
Vasif Soruşur Yazılma Tarixi:10.07.2017 12:17:01

Salam. Hər vaxtınız xeyir. Mən bu yaxınlarda soyadımdakı ov sonluğunun yerinə milli soyad götürəcəm. Bu səbəbdən digər sənədlərim kimi hərbi biletimdə dəyişdirilməlidir. Hərbi biletin dəyişdirilməsi elektron portalda yalnız itən və ya korlanmış hallarda mümkündür? Yaxud mütləq yazılı-kağız formada mürəciət edə bilərəm? Bu haqda ətraflı məlumat verərdiniz zəhmət olmasa?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, soyadınız dəyişdirildikdən sonra bunu təsdiq edən sənəd və hərbi biletinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. Müraciətiniz əsasında hərbi biletiniz dəyişdirilmədən “Xüsusi qeydlər” bölümündə müvafiq qeydiyyat aparılacaq.
Nemət Soruşur Yazılma Tarixi:10.07.2017 10:43:23

Salam hər vaxtınız xeyir mən sms göndərdim belə bir çağırışçı yoxdu cavabı gəldi.Məni qeydiyyatda olduğum hərbi komissarlığ belimə görə xəstəxanaya göndərmişdi.Mən nə vaxt öyrənə bilərəm hara düşdüyümü.

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.  Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İmamverdi Soruşur Yazılma Tarixi:10.07.2017 01:35:41

Salam Həkim komissiyadan keçən zaman məndə öd daşı xəstəliyi aşkar olunub (15.3 mm) . Bilmək istəyirdim belə xəstəlik zamanı hərbi xidmətə göndərirlər ?

Çağırışçıların “Öddaşı xəstəliyi” üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 58-ci maddəsinin I qrafasının tələblərinə əsasən xəstəliyin fəsadlarının dərəcəsindən asılı olaraq aparılır.  
Nemət Soruşur Yazılma Tarixi:10.07.2017 00:31:35

Salam hər vaxtınız xeyir,bir söz soruşum mən sms göndərirəm, mənə belə çağırışcı yoxdu cavabı gəlir.Çağırış vərəqəmə ayın 3-ü yazılıb.Məni vaynkomat belimə görə xəstəxanaya göndərmişdi,amma onun cavabı vaynkomata gəlib çıxmayıb.Mən hara düşdüyümü nə vaxt öyrənə bilərəm

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.  Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:09.07.2017 22:13:44

Salam məni xəstəxanaya göndərdilər ayın 6sı cavab çıxıb yararlıyam ayın neçəsi gedəcəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  
Tural Soruşur Yazılma Tarixi:09.07.2017 19:28:46

Salam. Mən ehtiyatda olan zabitem. .Səfərbərlik xidmətinə işləməyə heddsiz maraqim və bacariqim var. Xidmətdəisə qəbul olmaq üçün nece köməklik edə bilərsiniz?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 01.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14804