Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Malik Soruşur Yazılma Tarixi:12.09.2017 11:50:06

Salam. Xahiş edirəm, məlumat verərdiniz.Əvəllər çağırış yaşına çatana qədər çağırışçıları hərbi komissarlıq sürücülük kürslarına göndərirdi, indi belə göndərişlər olurmu? Təşəkkür edirəm.

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir.      
Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən  vətəndaşlar üçün sürücü ixtisası üzrə  hazırlıq kursları təşkil edilir.
Pərviz Soruşur Yazılma Tarixi:12.09.2017 09:09:29

Salam Mənə 2015 ci ildə 1kateqoria 14b maddəsi ilə 3 illik yararsız veriblər.2018 ci ildə təkrar kamisya olsa yararlı olsam hərbi xidmətə gedə bilərəm?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
FUAD Soruşur Yazılma Tarixi:12.09.2017 01:23:40

Salam men oktyabr cagirisindayam bilmek isteyirem olkeden cixisa qadaga qoyulubmu bu yaxinlarda iran serhedini kececem

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
VƏLİ Soruşur Yazılma Tarixi:11.09.2017 18:31:59

Salam. Mən Rusiyada ali təhsil alıram. müvafiq arayışı gec təqdim etdiyim üçün mənim ölkəyə çıxışıma Füzuli rayon şöbəsi tərəfindən məhdudiyyət qoyulmuşdu. Arayışı təqdim etdim. Məhdudiyyətin götürülüb-götürülmədiyini necə bilərəm? Çox sağ olun

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Füzuli rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Şahin Soruşur Yazılma Tarixi:08.09.2017 21:07:43

Salam. Mən əsgərliyimi Naxçıvanda oldum. İndi 29 yaşım var. Zabit olmaq istəyirəm. Ola bilərəm və olsam Naxçıvana göndəriləcək?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyə olunur.
Fərid Soruşur Yazılma Tarixi:06.09.2017 16:54:09

Salam. Mənə 2016-cı ilin Aprel ayı Hepatit C virus daşıyıcısı olduğum üçün Dinc dövürdə hərbi xidmətə yararsız hesab edərək 3 illik möhlət verdilər. Maddi çətinliyə görə müalicəmi davam etdirə bilmirəm və virus xroniki olaraq davam edir. 2019-cu ilin Aprel ayına qədər müalicəni bitirə bilməsəm nə baş verəcək? yenidən 3 illik möhlətmi veriləcək yoxsa hərbi uçotdanmı çıxarılıram?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər Möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi)-nin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, aidiyyətı üzrə tibb müəssisəsində müayinəniz təmin olunacaq və qaraciyərin funksiyasının pozulması dərəcəsindən asılı olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.  
Fərid Soruşur Yazılma Tarixi:06.09.2017 04:16:46

Salam mən oktyabr ayında herbi xidmətə cagrilmisam ama bilmek isdeyirem ki ne zaman hansi herbi hisseye dusduyum barede mellumat elde edecem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Vüqar Soruşur Yazılma Tarixi:05.09.2017 17:27:29

Azerbaycanda Qiyabi ali tehsil basa vurmus gencin herbi xidmet muddeti 1 il alti aydi yoxsa 1 il??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 1 (bir) il  müddətli həqiqi hərbi xidmət keçdikdən sonra ehtiyata buraxılırlar.
Araz Soruşur Yazılma Tarixi:05.09.2017 15:59:23

Salam. Mən hərbi xidmətdən yeni tərxis olan gənc hüquqşünasam. Bilmək istərdimki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün hansısa müsabiqə nəzərdə tutulurmu? Zəhmət olmasa bu barədə məlumat verərdiz.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər. Nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqədə (test imtahanında) müraciət edən vətəndaşların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyə olunur.
Kamil Soruşur Yazılma Tarixi:04.09.2017 23:08:16

Salam mən Azərbaycan Texniki Universitetinin Aftomatika fakultəsinin, İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi ixtisası üzrə bakalavriat pilləsini bitirmişəm. Qeydiyyatda olduğum Hərbi Komissarlıqda mülkü vətəndaş kimi çalışmaq istəyirəm. Bununla belə MS Word, MS Excel, MS PowerPoint, MS Access - proqramlarını yüksək səviyyədə bilirəm. Bütün bu üstünlüklərimi nəzərə alaraq mən qeydiyyatda olduğum Hərbi Komissarlıqda mülkü vətəndaş kimi çalışa bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz ərizəyə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, ixtisasınız Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdiril­məsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891