Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Elçin Soruşur Yazılma Tarixi:27.09.2017 15:16:41

Salam. Mənim oğlum 2001 ci il 1 iyun tarixində anadan olub. Hazirda orta məktəbin 10-cu sinfində təhsil alır. Orta məktəbi bitirdikdəndən dərhal sonra yəni - 2019-cu ilin iyul ayının 1-də 18 yaşı tamam olacaq. O ali təhsil almaq üçün ölkədə və ya xaricdə imtahanlarda iştirak etmək üçün möhlət ala bilərmi?

Orta ümumtəhsil məktəblərini bitirən çağırış yaşlı vətəndaşlara həmin ildə Respublikanın ali və orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Əfqan Soruşur Yazılma Tarixi:27.09.2017 09:33:31

Salam.Məni 2014 cü ildə 56B (açıq dişlər və çənə əyriliyi) maddəsinə əsaslanaraq,hərbi biletimdə yararsız yazaraq,hərbi xidmətdən saxladılar və hər 3 ildən bir həkim yoxlanışı nəzərdə tutuldu.Hal-hazırda ilk 3 ilim tamamdır və məni hərbi xidmətə aparıllar.Qeyd edim ki,mənim çənəm anadan gəlmə belədir.indi necə olur məni hərbi xidmətə aparıllar?Bu nə dərəcədə düzgündür?Xahiş edirəm sualıma tez bir zamanda cavab yazasınız

Bildiririk ki, barənizdə Xidmətin Xətai rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən 02.10.2017 ci il tarixdə şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. 
ələkbər Soruşur Yazılma Tarixi:26.09.2017 20:54:38

men hansi herbi hissede qulluq edecem

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Sahil Soruşur Yazılma Tarixi:26.09.2017 19:11:50

Mən Hara Düşmüşem ?

Amur Soruşur Yazılma Tarixi:25.09.2017 19:58:49

Hərbi xidmətdə harda qulluğ edəcəm?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Hikmət Soruşur Yazılma Tarixi:25.09.2017 15:38:34

Mən hansı herbi hissədə qulluq edəcəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.

ümid Soruşur Yazılma Tarixi:25.09.2017 13:26:15

salam men oktiyabir aynda esgere gedirem bilmey isdyirem hansi casta dusmusem

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
ÜMİD Soruşur Yazılma Tarixi:25.09.2017 12:05:40

salam men oktyabrin3 erbi xidmete yola dusurem xasis edirem hara dusduyum yeri bilmek isderdim

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Leyla Soruşur Yazılma Tarixi:25.09.2017 10:51:25

Mənim bacım ingilis dili müəllimliyini bitirib. İngilis, alman və rus dillərində bilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə düzəlmək istəyir. Nə zaman vakansiya elan olunacaq?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, bacınızın işə qəbul olunmağı ilə bağlı müraciətinin müsbət həlli mümkün deyil.
Yasin Soruşur Yazılma Tarixi:25.09.2017 10:02:12

Salam. 2017-ci ilin Oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar nə zaman sayta yerləşdiriləcəkdir?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897