Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəvan Soruşur Yazılma Tarixi:19.09.2017 23:01:00

Salam meni artiq cekiye gore herbi xidmete aparmirlar.Onuda deyim ki,normadan 2 kilo artiqdi cekim men nece ede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə  təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Üzeyir Soruşur Yazılma Tarixi:19.09.2017 18:57:00

Salam oktiyabırın 2si hərbi xidmətə gedirəm hara düşdüymü bilməy istiyirəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Səfər Soruşur Yazılma Tarixi:19.09.2017 17:59:37

Zehmet olmasa cavablandirardiniz.Ola biler size tam aid olmayan sual ola biler.herbi bileti yararsiz olan shexsler harda ishleye biler ve harda ishleye bilmez?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin ikinci fəslində əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları təsbit edilmişdir. Qeyd etdiyiniz məsələ əmək münasibətləri sahəsində çox geniş miqyası əhatə etdiyi üçün, hər hansı bir iş fəaliyyəti ilə məşğul olmaq hüququnuz işə qəbulla bağlı müraciət etmək istədiyiniz işəgötürənin qanunvericilik çərçivəsində müəyyən etdiyi hüquq və vəzifələrin məcmusundan asılıdır.
Ümid Soruşur Yazılma Tarixi:18.09.2017 17:41:58

Men oktiyabir piriziviyem ve ne vaxt esger gedirem bilmey isdiyirem maraxlanardiz

: Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Hikmət Soruşur Yazılma Tarixi:18.09.2017 09:46:33

Hansi hərbi hissədə qulluq edəcəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Elşən Soruşur Yazılma Tarixi:17.09.2017 22:00:06

Salam mənim herbi xidmete yararlılıq katiqoriyam nədir?

Müəyyən olunmuşdur ki, Siz, 2017-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, əlavə olaraq səhhətiniz ilə əlaqədar əlavə müayinəyə göndərilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 48-ci maddəsinin I qrafasına əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Şahin Soruşur Yazılma Tarixi:17.09.2017 14:48:06

Slam mən 2001-2003-cü illərdə Göygöl (Xanlar) rayonunda yerləşən 952-sayli hərbi hissənin Fizuli rayonunda döyüş növbətçiliyi aparan 1-ci divizionunda leytenant rütbəsində Heyyət rəisi vəzifəsində xidmət etmişəm. Xidmət etdiyim dövürdə döyüş növbətçiliyi aparmışam və xidmət etdiyim divizion döyüş bölgəsində yerləşdiyindən, Nazirlər kabinetinin 1992-ci il 23-noyabr 631 nömrəli qərarı ilə bizim xidmət etdiyimiz hər bir ay üç ay sayilib və bu qərar hərbi hissənin qərərgahına şamil olunmayib. Əlavə edim ki xidmət etdiyim müddətdə iki qat maaş almışam. Mənim güzəştli xidmət illərimin hesablanması barədə yazili arayış formasında mənə məlumat verməyinizi sizdən xahiş edirəm. Əlavə edim ki mən Suraxanı rayonunda qeydiyyatdayam və həmin rayonun Səfərbəlik və hərbi xidmətə çağırış üzrə şöbəsində mənim şəxsi-işim yoxdur və ya tapa bilmədilər. Ümid edirəm ki baş idarə kimi siz mənim sualimi cavablandıra biləcəksiniz.

Bildiririk ki, Sizin şəxsi işiniz Xidmətin Suraxanı rayon idarəsindədir.Odur ki, müvafiq arayışın alınması üçün aidiyyəti üzrə hərbi qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinə müraciət etməlisiniz.  
Şahin Soruşur Yazılma Tarixi:17.09.2017 14:45:25

Slam mən 2001-2003-cü illərdə Göygöl (Xanlar) rayonunda yerləşən 952-sayli hərbi hissənin Fizuli rayonunda döyüş növbətçiliyi aparan 1-ci divizionunda leytenant rütbəsində Heyyət rəisi vəzifəsində xidmət etmişəm. Xidmət etdiyim dövürdə döyüş növbətçiliyi aparmışam və xidmət etdiyim divizion döyüş bölgəsində yerləşdiyindən, Nazirlər kabinetinin 1992-ci il 23-noyabr 631 nömrəli qərarı ilə bizim xidmət etdiyimiz hər bir ay üç ay sayilib və bu qərar hərbi hissənin qərərgahına şamil olunmayib. Əlavə edim ki xidmət etdiyim müddətdə iki qat maaş almışam. Mənim güzəştli xidmət illərimin hesablanması barədə yazili arayış formasında mənə məlumat verməyinizi sizdən xahiş edirəm. Əlavə edim ki mən Suraxanı rayonunda qeydiyyatdayam və həmin rayonun Səfərbəlik və hərbi xidmətə çağırış üzrə şöbəsində mənim şəxsi-işim yoxdur və ya tapa bilmədilər. Ümid edirəm ki baş idarə kimi siz mənim sualimi cavablandıra biləcəksiniz.

Bildiririk ki, Sizin şəxsi işiniz Xidmətin Suraxanı rayon idarəsindədir. Odur ki, müvafiq arayışın alınması üçün aidiyyəti üzrə hərbi qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinə müraciət etməlisiniz.  
Qurban Soruşur Yazılma Tarixi:17.09.2017 11:39:12

salam mən 10.02.2017 tarixində hərbi xidmətə yola düşəcəm hansı hərbi hissəyə düşdüyümü öyrənmək istəyirəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Ədalət Soruşur Yazılma Tarixi:16.09.2017 21:11:45

Salam.Mən Azərbaycan Texniki Universitetinin Komputer mühəndisliyi ixtisasını SABAH layihəsi nəzdində oxuaraq fərqlənmə diplomu ilə başa vurmuşam.Elektronika və proqramlaşdırma ilə iş təcrübəm və beynəlxalq sertifikatlarım var.Oktyabr ayı üçün xidmətə yollanacaq çağırışçıyam.Mənə maraqlıdır ki,mənim mühəndislik biliklərim hərbi xidmət müddətində istifadə oluna bilər ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897