Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aydın Soruşur Yazılma Tarixi:24.09.2017 22:27:48

Siravi xidmete yararli ne demekdi.texris olmusam .basqa biletlerde sadece yararli yazlib mende siravi xidmete yararli.

Bildiririk ki, sağlamlıq vəziyyəti ilə əlaqədar sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar hava-desant qoşunları, üzən heyətlər, dəniz piyadası və xüsusi təyinatlı dəstələr istisna olmaqla digər qoşunlarda hərbi xidmət keçməyə yararlıdırlar.Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmətdə olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər. 
asim Soruşur Yazılma Tarixi:24.09.2017 16:18:02

Salam.men gurcustanda ali tesil bitirmiwem (beynalhalg munasibetler uzre) diplomum testiq olunub bilmek isteyirem eskeriyim 1 il olacaq? ve nece aydan sonra zabit ola bilerem zehmet olmasa sualimi cavablandirardiz

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.   Digər sualınızla əlaqədar qeyd edirik ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Hikmət Soruşur Yazılma Tarixi:23.09.2017 16:33:37

Hansı hərbi hissəyə duşmuşəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.

Tural Soruşur Yazılma Tarixi:23.09.2017 13:10:18

Salam Men Oktyabr Ayinin 2-si Heqiqi Herbi Xidmete Cagirisciyam. Xais edirem ki menim hansi bolgeye xidmete getmeyim barede melumat veresiniz.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.

Meybəli Soruşur Yazılma Tarixi:22.09.2017 23:13:26

Salam.Menim gözüm zeifdi biri 40 faiz biri 80 faiz görür indi bilmək istəyirəmki məni əsgər aparacaqlar?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz , qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.  
Elşad Soruşur Yazılma Tarixi:22.09.2017 15:51:00

oktyabrin 2 esger gedirem hara dusduyumu bilmek istiyirem

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.

Fərid Soruşur Yazılma Tarixi:20.09.2017 23:13:40

Salam,mən iyul çağirişinda hərbi xidmətə yararsiz olduğumu dedilər aparmadilar.Avqust ayinda yararsiz olduğumun təsdiqi üçün təkrar tibbi müayinədən keçmək üçün baş idarənin yoxlanişina göndərildim.Cavablar mənfi çixib dedilər vainkomatdan,mənim ayaqimin altinda düzlük var amma mən könüllü getmək istəyirəm bunun üçün konkret nə etməliyəm?Cavab deyin zəhmət olmasa 3 aydi dəqiq heçnə demirlər

Bildiririk  ki, Siz Xidmətin Yasamal rayon idarəsinin çağırış komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Vüqar Soruşur Yazılma Tarixi:20.09.2017 21:35:07

Salam.Mümkünsə deyərdiz,SHXÇDX-ya işə qəbul nə zaman və hansı ayda olacaq?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır.
Zaur Soruşur Yazılma Tarixi:20.09.2017 13:03:24

Salam. Mən Huseynov Zaur Nurəddin oğlu 01.04.1996-cı il Təvəllüdlü. Universiteti bu il bitirmişəm İyul çağırışçısıyam. Lakin ilkin yoxlama zamanı məlum oldu ki, onurğamda eyrilik var. Baki Şəhəri Nəsimi Rayon Hərbi Kommisarlığı Hərbi Hospitalda sonra isə 3 nömrəli Suraxanı travmatoloji klinikada rentgen muayinesi keçirtdi. 14 derece eyrilik (2 ci derece skaliyoz) təsdiqini tapdı. 28 iyulda komisariyyat meni yekun müayinədən keçmək üçün Mərkəzi Komisyaya təqdim etdi. Lakin bu qədər vaxt keçməsinə baxmayaraq Mərkəzi Komisyanın qərarı Nəsimi Rayon Komisarlığına gəlib çıxmayıb. Cavab ala bilmirəm xahiş edirəm ki bu barədə mənə məlumat verəsiniz.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 56c, 66ç maddələrinin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Siz 2017-ci ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Mirzaman Soruşur Yazılma Tarixi:20.09.2017 10:58:07

Salam men 9100 nomresine hansi nomreni gonderim? Seriya nomresin yaziram alinmir xahis komek ederdiz

: Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Elə həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897