Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Bəhruz Soruşur Yazılma Tarixi:22.08.2017 13:26:57

Salam. Hərbi bilet itibsə onu almaq prosedurası neccədir? birdə bununla bağlı hər hansı rusum ödənilirmi?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən 50 manat cərimə) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. 
Şəfa Soruşur Yazılma Tarixi:21.08.2017 19:50:27

Anadan gelme gözü çep ve gözüne göre pensiya alan şexs esgerliye yararlidir

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı , qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda qərar qəbul olunacaqdır. 
Rüfət Soruşur Yazılma Tarixi:21.08.2017 12:18:29

Salam. Mənim 21 yaşım var. Hal hazırda universiteti bitirmişəm və təhsilimi xaricidə davam etdirəcəm. Xaricdəki Təhsil Müəssisəsinin qəbul sənədini Hərbi Çağırış üzrə komissarlığa təqdim etmişəm. (Sənəd Natariusda tərcümə təsdiq olunmuş şəkildə) Sentyabr ayının 1 i Xaricdə universitet qeydiyatinnan keçmeliyem. Bilmək istərdimki bununla bağlı qanun nece tənzimlənir? Diqqətinizə görə təşəkkürlər.

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.    Qeyd edirik ki, növbəti çağırışa cəlb olunmanız üçün 25.08.2017-ci il tarixdə Xidmətin Sumqayıt şəhər idarəsinə gəlməyiniz zəruridir.Tibbi müayinənin nəticələrinə əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:20.08.2017 23:44:53

Salam, Mən öyrənmək istəyirdim ki,magistratura təhsilindən sonra doktorantura təhsili alan şəxslər hərbi xidmətə göndərilir yoxsa hərbi xidmətə yararlı şəxs kimi hərbi biletlə təmin olunurlar.

Bidiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər və hərbi biletlə təmin olunurlar.
sona Soruşur Yazılma Tarixi:20.08.2017 22:14:57

salam menim qardasim ali tehsilini basa vurub akademik borcu olduqu ucun diplom almayib bilmek isteyirik ki yeni qerara esasen herbi xidmet cekme muddeti 1 il ola bilermi

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Ramiq Soruşur Yazılma Tarixi:17.08.2017 23:34:16

Salam bağışlayın narahat etdim, mən hərbi xidmətdə olmuşam ali təhsilliyəm ADPU - nun Psixologiya fakultəsini bitirmişəm. Yerli Hərbi Çağırış Komitəsinə mülki işçi kimi işə girmək istəyirəm bunun üçün bu saytda yaxud harasa elektron ərizə verməliyəm? diqqətinizə görə çox sağolun

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz ərizəyə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyə olunur.
Pərviz Soruşur Yazılma Tarixi:17.08.2017 02:56:41

Salam mene 3 ayliq mohlet verilib mohlet 02.11.2017 ci ilde bitir mualice olmusam tam saglamam Vaxtindan evvel tibbi sehadetlendirile bilerem?oktyabr cagirisinda kecmey istiyirem komissiyadan hansi sened versem meni oktyabr cagirisinda yoxlamadan kecirde bilerler?xais eliyirem etrafli cvb verin

Möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əmrah Soruşur Yazılma Tarixi:16.08.2017 18:59:45

Salam men 1999tevelud terter vaynkamatndan oktyabr przfyem avqustun 14vaynkamata yoxlanwda dedilerki agcyernde prablem var delomada agcier verem yazdlar birdeki qolmdaki cuzi ciziga gore agdama yazdlar ve dedler get cagranda gelersen.geldim getim xesdexanaya diaqnostikaya hekme butun orqanlarmi yoxlatdim dediki bawhekm hecneyin yoxdu gul kimisen axi bu vaynkamat nie bele yalan danwir

Müəyyən olunmuşdur ki, 2017-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz, Xidmətin Tərtər rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Müayinəniz 05.09.2017 ci il tarixə planlaşdırılmışdır. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin Tərtər rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamagınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Odur ki, əlavə tibbi müayinələrdən keçməyiniz mütləqdir.
Əmrah Soruşur Yazılma Tarixi:15.08.2017 21:54:12

Salam men 2017 oktyabr przfyem men avqust ayinda 14 du yoxlanwdan kecdim menim qolmda ciziq varydi agdama quzaniya yazdilar birde delonun uzerine agcier yazdilar amma sebebin demediler ve dedilerki zeng edende gel vaynkamata neyegore demedi esgerye getmekdende hecne demedi bawqa uwaqlara dediki oktyabrn ucu gedesiz ama mene dediki zeng edende gel bura valideyininle sebeb nedir axi ?

Müəyyən olunmuşdur ki, 2017-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz, Xidmətin Tərtər rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Müayinəniz 05.09.2017 ci il tarixə planlaşdırılmışdır. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin Tərtər rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamagınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Odur ki, əlavə tibbi müayinələrdən keçməyiniz mütləqdir.
Natiq Soruşur Yazılma Tarixi:15.08.2017 13:32:24

Salam zehmet olmasa deyerdiniz herbi xidmete gozden zeyif goren ve acqi taxan 18 yasli genc herbi xidmete gede bilermi bu ne derecede dogrudur acqi ile xidmet olarmi

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz , qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14804