Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:05.09.2017 17:27:29

Azerbaycanda Qiyabi ali tehsil basa vurmus gencin herbi xidmet muddeti 1 il alti aydi yoxsa 1 il??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 1 (bir) il  müddətli həqiqi hərbi xidmət keçdikdən sonra ehtiyata buraxılırlar.
Araz Soruşur Yazılma Tarixi:05.09.2017 15:59:23

Salam. Mən hərbi xidmətdən yeni tərxis olan gənc hüquqşünasam. Bilmək istərdimki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün hansısa müsabiqə nəzərdə tutulurmu? Zəhmət olmasa bu barədə məlumat verərdiz.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər. Nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqədə (test imtahanında) müraciət edən vətəndaşların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyə olunur.
Kamil Soruşur Yazılma Tarixi:04.09.2017 23:08:16

Salam mən Azərbaycan Texniki Universitetinin Aftomatika fakultəsinin, İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi ixtisası üzrə bakalavriat pilləsini bitirmişəm. Qeydiyyatda olduğum Hərbi Komissarlıqda mülkü vətəndaş kimi çalışmaq istəyirəm. Bununla belə MS Word, MS Excel, MS PowerPoint, MS Access - proqramlarını yüksək səviyyədə bilirəm. Bütün bu üstünlüklərimi nəzərə alaraq mən qeydiyyatda olduğum Hərbi Komissarlıqda mülkü vətəndaş kimi çalışa bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz ərizəyə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, ixtisasınız Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdiril­məsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Asif Soruşur Yazılma Tarixi:04.09.2017 22:32:48

salam.Bağışlıyın mən sizin xidmətə işə qəbul olmaq üçün sənəd vermişəm.Bilmək istəyirəm, imtahan haçan olacaq? zəhmət olmazsa bu barədə məlumat verəsiniz.Əvvəlcədən təşəkkürlər.İşlərinizdə uğurlar.

Özünüz barədə ətraflı məlumat vermədiyinizə görə sualınızın cavablandırılması mümkün olmamışdır.
Elgün Soruşur Yazılma Tarixi:04.09.2017 12:58:45

Salam ,iyul ayında rayonda yoxlanışdan sonra bakıya ağciyər xəstəlikləri institutuna muayinəyə göndərildim və nəticə olaraq rayon çağırış komissiyası tərəfindən ekssudativ plevritin sorulması mərhələsi diaqnozu ilə 3 ay möhlət verildi.1 ci sualım 3 aylıq möhlət bu xəstəlik üçün nə dərəcədə düzgündür ?əlavə olaraq avqust ayında yenidən hərbi xidmətə çağırıldım və yenidən müayinəyə ağciyər xəstəlikləri institutuna göndərildim .Hazırda ekssudativ plevritdən müalicə olunuram və ağciyərimdə plevra qalınlaşması var və bu qalınlaşma həkimlərin dediyinə görə müalicə olunmur, ömürlük qalır. Və 2 ci sualım bu şəraitdə mənə yararsiz hərbi bilet verilmelidir yoxsa möhlət ? əgər möhlətsə hansı müddətə? xaiş edərdim cavablandırasınız ,təşəkkür edirəm .

Məlum olmuşdur ki, möhlət hüququ bitdiyi üçün və 2017-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz, Xidmətin Quba rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar 28.08.2017-ci il tarixdə aidiyyəti üzrə müayinəyə göndərilmisiniz.
Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Quba rayon şöbəsinə təqdim edildikdən sonra, təyin olunmuş diaqnoza müvafiq Sizin, həqiqi hərbi xidmətə yararlı olub-olmamagınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Odur ki, Sizin əlavə tibbi müayinədən keçməyiniz mütləqdir.
Əlavə olaraq bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə “Ekssudativ plevrit” aşkar edilən vətəndaşlar hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.
ismail Soruşur Yazılma Tarixi:03.09.2017 21:32:51

salam. mene oktyabrin 3-ne cagiris gelib. bilmek isdeyirem ki hansi herbi hisseye dusmusem?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Ceyhun Soruşur Yazılma Tarixi:03.09.2017 17:18:24

Salam. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə itibsə onu almaq prosedurası necədir? Bununla bağlı hər hansı rüsum ödənilirmi?

Bildiririk ki, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
Ceyhun Soruşur Yazılma Tarixi:03.09.2017 11:22:54

Salam mənim 18 yaşım avqust ayında tamam oldu. Məni haçan çağıracağlar hərbi xidmətə? Və birdə hara düşdüyümü necə bilə bilərəm? Zəhmət olmasa Cavablandırın.

Bildiririk ki, 2017-ci ilin avqust ayında 18 yaşınız tamam olduğuna görə oktyabr çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Əlavə olaraq bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Ağarza Soruşur Yazılma Tarixi:01.09.2017 19:11:03

Salam.men Nəsirov Ağarza Nizami oglu 1995 tevelludem universiteti bitirmiwem iyul cagiriwinda 2ci dereceli skalyozla bagli 3 ayliq muhlet verilib..mualice olunmuwam skaliozdan indi xaiw edirem mene melumat vererdiz oktyabr cagriwinda esger gede bilerem?bu haqda zehmet olmasa etrafli melumat vererdiz..

Müəyyən olunmuşdur ki, Siz, 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Neftçala rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, əlavə olaraq səhhətiniz ilə əlaqədar əlavə müayinəyə göndərilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 66c maddəsinin I qrafasına əsasən “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən 17.10.2017-ci il tarixdə şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Əhməd Soruşur Yazılma Tarixi:01.09.2017 12:04:55

salam mən işə qəbulla bağlı sənədlərimi poçt vasitəsilə göndərmişəm hələki heç bir cavab verilməyib.haradan məlumat ala bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz ərizəyə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyə olunur.
Cədvəldə sətir sayı :14804