Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aymir Soruşur Yazılma Tarixi:15.10.2017 13:04:04

Men 2013 de Azerbaycan Dovlet Neft Akademiyasina daxil olmusam, lakin 2015 Qafqaz universitetine perevod olmusam, lakinafqaz universitetinin(indiki BMU) tehsil proqraminin kredit sayini tamamlaya bilmediyime gore bir il elavede oxumaliyamki mezun olub , diplomu goture bilim universitetden, meni universiteti tamamlamadan esgerliye apara bilerlermi?

Bildiririk ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.3.7-ci maddəsində təhsilalanın müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək hüququnun olduğunu nəzərə alaraq, Siz təhsil aldığınız fakültədən digərinə keçdiyiniz halda, həmin fakültəyə hansı əsaslarla köçürülməyiniz barədə sənədləri Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir
Daşqın Soruşur Yazılma Tarixi:14.10.2017 15:03:22

Salam . Birneçə il əvvəl BAkıda snayper kurslarının olduğunu bilirdim. Hal-hazırda da varmı və yazılmaq üçün şərtlər nədir ? özüm hərbi xidmətdə olmuşam.

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır. Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.  Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən  vətəndaşlar üçün snayper ixtisası üzrə  hazırlıq kursları təşkil edilmir.  
Bəxtiyar Soruşur Yazılma Tarixi:14.10.2017 11:55:41

Salam, bilmək istərdim ki 10 faiz görmə qabiliyyəti olan birisinin hərbiyə yararlı hesab edilməsi nə dərəcədə realdır? Ümumiyyətlə görmə qabiliyyəti norması neçə faiz hesab edilir? 10 faiz görmə qabiliyyətli birisinin hərbiyə yararlı hesab edilməsi qanunla yol verilməzsə əgər, lakin hərbiyə yararlı hesab edilib hərbiyə göndərilmək istəsə bu barədə kimə və ya haraya şikayət etmək olar?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz , qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.  
Kənan Soruşur Yazılma Tarixi:12.10.2017 01:29:47

Salam mən Neftçala rayon hərbi komissarlığı tərəfindən 2 ildir ki yubadiliram və artıq 2 ildir ki məni bir neçə xəstəxanalara göndərirlər dəqiq cavab verilmir və 06.07.2017 ci il tarixində məni hərbi hospitala apardılar yenə cavab vermədilər xaiş edirəm ki mənə dəqiq cavab verəsiniz.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. 
yusif Soruşur Yazılma Tarixi:11.10.2017 21:05:01

herbi xidmetde hansi rayona dusecem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
asim Soruşur Yazılma Tarixi:11.10.2017 09:51:51

size sual verildi cavabsiz qaldi ,niya qore men 16tisi esker qedirem menim hara duwduyim 25 siz deyirsiz bilesiz ,cox pis faliyet gorsedirsiz sualari cavabsiz qoyursiz, vetene xidmede qedirem hara duwduyimi deyenmirsiz siz,neyniriq biz qedenen sora hara duwdiymizi elan edirsiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elgün Soruşur Yazılma Tarixi:10.10.2017 23:48:02

Salam mənə oktyabrın birinə çağırış gəlib amma mən hara düşdüyümü öyrənə bilmirəm rəsmi saytınızda da çıxmır.Zəhmət olmasa cavab yazardınız.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nihad Soruşur Yazılma Tarixi:10.10.2017 22:17:44

Salam.Mən oktyabr ayının 16sında hərbi xidmətə çağrılmışam lakin hansi hərbi hissəyə düşdüymü və hansı qoşun növündə xidmət edəcəymi hələdə bilmirəm.Bu haqda necə məlumat ala bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əliağa Soruşur Yazılma Tarixi:10.10.2017 15:55:53

Salam. Məndə həm yastıpəncəlik(ayağın altı yaş olanda yerə qoyarkən tam şəkildə yerə yapışır və ayaqda olan qövs görsənmir) həm də döş qəfəsində deformasiya var. Bilmək istərdim bu xəstəliklər H.X-ya yararsız qəbul edilirmi?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər, III  dərəcəli yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nadir Soruşur Yazılma Tarixi:10.10.2017 01:00:15

Həbiyev Təbriz Firqət oğlu, 4 yanvar 1996cı il təvəllüd,SHXÇDX-in Suraxanı rayon şöbəsi. Sağlamlığı ilə əlaqədər bir neçə dəfə tibbi müayinələrdən keçib, ilk dəfə 3 saylı şəhər klinik xəstəxanasında, daha sonra Mərkəzi Həkim Komissiyada müayinədən keçib. Hərbi xidmətə keçən il çağırılıb. Ancaq hal-hazıradək hərbi xidmətə yararlı və ya yararsız olmağı haqda ona məlumat verilmir. Xahiş olunur, verdiyim məlumatlara əsasən müayinənin nəticələri və hərbi xidmətə yararlı və ya yararsız olduğunu dəqiqləşdirərdiz...

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, 1996-cı il təvəllüdlü Həbiyev Təbriz Firqət oğlu 05.10.2017-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul edildikdən sonra Sizə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən əlavə məlumat veriləcəkdir..
Cədvəldə sətir sayı :14891