Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlkin Soruşur Yazılma Tarixi:20.10.2017 13:34:04

Salam,Mən Qobustan rayon qeydiyyatıyam və ayağımda 2-3dərəcəli düzlük var.Mən bildiyimə görə Bakıya düşmək olmur,məsafə az olduğu üçün(Qobustan-Bakı 90km-dir),amma mənə verilən məlumata görə yüngül problem olduğu halda Bakıya salınır.İkinci sualım isə ayın neçəsinə kimi (bu ayın yəni) hərbi xidmətə gedə bilərəm?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr üzrə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur. Digər sualınızla əlaqədar qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elbrus Soruşur Yazılma Tarixi:20.10.2017 11:56:37

esgerliye dusduyum yeri bilmek isteyirem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
asim Soruşur Yazılma Tarixi:20.10.2017 11:43:15

ayin 20si oldu 24 di qedirem hacan bes bilenecek haiw edirem yazmayin 20-25 bilenecek men 24 qedirem 25 cixmaqin cavabini neynirem men duzqun melumat yazin

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:19.10.2017 23:29:01

salam inşallah mən oktyabrın 27-si hərbi xidmətə gedəcəm amma hara düşdüyümü və harda xidmət edəcəymi bilmirəm xaiş edirəm mənə bu barədə məlumat verərdiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Elmar Soruşur Yazılma Tarixi:19.10.2017 16:49:20

Salam.Mənim bu oktyabirda cagirişım var amma məndə qan parcalanmasi xesteliyi olub texmini 10 il əvvəl,məni çagırış məntəqəsindən Bakıya qan instituna göndəriblər.Cagırş məntəqəsinə cavab gəlib ama mənə dəqiq bir söz demirlər əsgərə düşürəm ya yox.Sizdən xaiş eliyirəm düşürəm ya yox mənə dəqiq bi söz deyə bilərsiz?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə  təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elbrus Soruşur Yazılma Tarixi:19.10.2017 00:14:54

Esgerliye dusduyum yeri bilmek isteyirem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir
Elvin Soruşur Yazılma Tarixi:18.10.2017 09:24:00

inşallah oktyabrın 27-si hərbi xidmətə gedəcəm amma hara düşdüyümü və harda xidmət edəcəymi bilmirəm xaiş edirəm mənə bu barədə məlumat verərdiniz .

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir
Hikmət Soruşur Yazılma Tarixi:18.10.2017 00:30:12

salam men vainkamatdan kecmiwem kamisyadan helem yerim bilinmeyibdi menim yerim ne vaxt bilinecekdi ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir
Aydın Soruşur Yazılma Tarixi:17.10.2017 21:56:46

Salam, mənim sol qulağımda eşitmə problemi olduğu üçün məni yoxlanış üçün respublikanski xestexanasına göndərmişdilər. Məni yoxlayan həkim çox qeyri-peşəkar yoxlanış etdiyi üçün özəl klinikada neçə faiz eşitdiymi ölçdürdüm və sağ qulağım normal işlədiyi halda sol qulağımın tamamilə eşitmədiyi müəyyən olundu. Sualım budurki, 1) yoxlanışdan 12 gün geçməsinə baxmayaraq vaykomatdan mənə hərhansı bir bildiriş gəlməyib. Xidmət üçün yararlı olub-olmamağım barədə xəbəri mənə neçə gün ərzində verməlidirlər? 2) Özəl klinikadan aldığım sənədi (hansıkı peçatlıdı) vaykomata təqdim edərsəm bu rəsmi sənəd kimi geçərlidirmi?

Müəyyən olunmuşdur ki, 2017-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin İmişli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin İmişli rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:17.10.2017 21:25:46

salam aleykum dusduyum yeri bilmeki isteyirem? mene helem caxiris gelmeyip ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir
Cədvəldə sətir sayı :14897