Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səbuhi Soruşur Yazılma Tarixi:04.10.2017 20:20:03

Salam mənim qardaşım müdafiə nazirliyi herbi hissesi TTM-e düşüb lakin biz onun hansi seherde ve bu hərbi hissənin harada oldugunu deyesiz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Sərvət Soruşur Yazılma Tarixi:04.10.2017 01:20:41

salam mənim niə hansi hərbi hissəyə duşduyum barədə cixmir ad soyad hərşəyi düzgün yaziram cixmir ) zəhmət olmasa cavab verin

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Yəhya Soruşur Yazılma Tarixi:03.10.2017 21:46:14

Salam.Mənim 18 yaşim 2017 ci il 15 oktyabrda tamam olur,bilmək istərdim ki,hərbi xidmətə çagiriş vaxtim bu il oktyabra yoxsa 2018 ci il yanvara düşür?

Bildiririk ki, 18 yaşı 2017 -ci ilin oktyabr ayının 15-də tamam olmuş vətəndaşlara həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.
üzeyir Soruşur Yazılma Tarixi:03.10.2017 11:11:32

DSX hərbi hissəyə düşmüşəm bilməy istəyirəm hardadı

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməyinizi tövsiyə edərik.
Üzeyir Soruşur Yazılma Tarixi:03.10.2017 10:57:33

DSX hərbi hissəyə düşmüşəm bilməy istiyirəm hardadı

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməyinizi tövsiyə edərik.
Natiq Soruşur Yazılma Tarixi:03.10.2017 01:42:50

Salam mənə ayim 20sine çagıriş gəlib hacan öyrənə biləcəmki hara düşmüşəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İlham Soruşur Yazılma Tarixi:03.10.2017 00:23:41

Salam mən oktyabr ayının (Ağdam qeydiyyatlı) çağırışçısıyam ve FHNə düşmüşəm. Dəqiq bilmək istəyirəm hansı bölgəyə düşmüşəm, Xahiş edirəm köməklik göstərəsiniz.

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik
Arif Soruşur Yazılma Tarixi:02.10.2017 15:12:10

Men hansı herbi hissəyə duşmuşem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Arif Soruşur Yazılma Tarixi:02.10.2017 14:50:56

Men bilmək istirəmki hansı hərbi hissəyə duşmuşem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Arif Soruşur Yazılma Tarixi:02.10.2017 14:22:00

Bilmey isdiyirem hansi hərbi hissədə xidmət ederem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897