Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:08.10.2017 23:13:41

Salam Men FHN a duwmuwem quba vayenkumatidi ama herbi hissenin nomresin nece oyrenmey olar?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik
Rauf Soruşur Yazılma Tarixi:07.10.2017 16:50:30

Salam mən sizə işə qəbulla bağlı müraciət etmişəm .Sənədlərimi poçt vasitəsiilə sizin ünvanınıza göndərdim və ordanda xəbər gəldiki sizin ixtisasınız bizim vakant yerlərə uyğun gəlmir.Mən Bərdə dövlət idarəetmə və texnalogiya kollecinin nəqliyyat vasitələrinin texniki istismarı fakultəsini bitirmişəm.Nəyə görə bu ixisas SHXÇDX-də gizir kimi işləməyə uyğun gəlmir.?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edən vətəndaşın təhsili və ixtisası Xidmətin komplektləşdiril­məsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olduqda və buna  uyğun vakansiya olduğu təqdirdə, onların həqiqi hərbi xidmətə (işə) qəbul edilməsinin mümkünlüyünə baxılır. Vətəndaşın ixtisasının Xidmətin komplektləşdiril­məsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmaması və ya ixtisasına uyğun vakansiyanın (boş vəzifənin) olmaması, onun həqiqi hərbi xidmətə (işə) qəbul edilməsinə imtina üçün əsasdır. Nəzərə almağınızı tövsiyə edirik.
Ümid Soruşur Yazılma Tarixi:07.10.2017 15:26:58

men oktiyabirin 12si herbi xidmete gediren bilmey isdiyirem hara dusmusem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:06.10.2017 19:24:39

Salam men hansi herbi hisseye dsduyum haqda melumat almaq isdiyirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Qənbər Soruşur Yazılma Tarixi:06.10.2017 18:02:45

Salam, men iyul ayında 2sayılı xestexanadan komissiyadan keçmişem. Vaynkomattan mene dediler ki sentyabrda herbi hekim komissiyasına göndereceyik, sentyabrda gettim dediler oktyabrda göndereceyik, indi de getmişem Vaynkomattan dediler noyabrın 2de göndereceyik. Xaiş edirem bu haqda melumat vererdiz, bele get gele salmaqlarının sebebi nedir?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən 18.10.2017 ci il tarixdə şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
İmamverdi Soruşur Yazılma Tarixi:06.10.2017 17:52:17

Salam, sentyabr ayının 28-i Bakı şəhərində hərbi hospitalda (səməd vurğun küç 230 c ünvanında) tibbi müayinədən keçmişəm, təsdiq olundu ki, məndə öd daşı xəstəliyi var. Hərbi xidmətə yararlı olub olmadığımla bağlı məlumatı nə vaxt öyrənə biləcəm? Öncədən təşəkkürlər

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən (28.09.2017-ci il tarixdə) şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cəmil Soruşur Yazılma Tarixi:05.10.2017 15:08:20

Salam məni 17.10.2017 tarixində hərbi xidmətə çağırıblar və mən hansı çasta düşdüyümü öyrənmək istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Sərvət Soruşur Yazılma Tarixi:05.10.2017 00:05:48

Ayin 25 mən əsgərlikdə olcam nəyləyirəm day bələ şəy olar hec olmasa diyin hara duşurəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Vüqar Soruşur Yazılma Tarixi:04.10.2017 23:23:34

Salam,men hansi herbi hissede qulluq edeceyim barede melumat aldim.Sadece hemin herbi hissenin harada yerlesdiyini bilmek isteyirem.Herbi hissenin nomresi 212.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
asim Soruşur Yazılma Tarixi:04.10.2017 20:42:00

siz hamiya yazirsizki qelen melumat 25 si cixacaq yahwi bes ayin 16tisi qedenler hardan oyrensen hara duwduylerin ?? bele cixirki biz 16 tisi qetimiyeceyyik? eqer bu sualada cvb verenmersize bizi hansi yere yonlendirirsize neye qore bu sayt portali yaradmisiz hamiya eyni sozu yazib durmusuz?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897